Son günlər sahibi olduqları bank kartlarından əsassız pulsilmə hallarının artması ilə bağlı şikayətlər Azərbaycan Beynəlxalq Bankının müştəriləri arasında daha da artıb. "DİA-AZ" xəbər verir ki, amma buna rəğmən sözügedən bank baş verənləri hansısa formada izah edə bilməyib.
Biz isə bu qəbildən olan növbəti vətəndaş gileyini təqdim edirik. Beləliklə, narazı vətəndaş "AZBank Klubu" sosial qrupundakı paylaşımında bildirir:
" "ABB" kartımda 20 manat pul var idi. 9 manat verib dərman aldım. Balansım 10 manat oldu. Bu nece olur?
Qeyd edim ki, "digital kart"a da pul yığılır... Ordan da çıxardıb kartlar arasında ödəniş edirəm. İş o həddə çatıb ki, artıq ABB kartımı tamamən ləğv etmək istəyirəm..."








