Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.
"DİA-AZ" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.








