Britaniya şirkəti Azərbaycan filialını bağlayır .....                     1 aprel zarafatı deyil: Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz .....                     İran İsrailin mühüm obyektlərinə zərbələr endirdi .....                     Xocavəndin bu kəndlərində yaşayış evlərinin layihələndirilməsinə başlanılır .....                     Xərclərimizin 54%-dən çoxunu yeyib-içməyə sərf edirik .....                     "QHT işi" üzrə təqsirləndirilən şəxsə hökm oxunub .....                     İcra başçısını güllələyən Elbrusun həbsxanadakı sirli istəyi: .....                     9 mart imtahanı 15-dən çətin olub? .....                     Quru sərhədlərin bağlı qalması vətəndaşları və sahibkarları sıxır .....                     ABŞ Ordusu 12 ölkənin adını açıqladı .....                     Vəkillər Kollegiyasının üzvü dekan müavini təyin olundu .....                     Yetkinlik yaşına çatmayanı oğurluyub girov saxlamaqda ittiham edilənlərə .....                     “Şəfiqə Məmmədovanın qorxusundan mənə zəng etmirlər” .....                     Xalq artisti KÖVRƏLDİ: .....                     Nazirliklər, komitələr soğan-kartof əkəcək? .....                     Küçədə kişini döyüb telefonunu alan şəxsin istəyi reallaşmadı .....                     İsrail “hücum peykləri” üzərində işləyən İranın kosmik obyektini məhv edib .....                     ABŞ-İsrail hücumları daha bir tarixi abidəmizi HƏDƏFƏ ALDI .....                     “Aznet Technologies” nizamnamə kapitalını 6 milyon manat azaltdı .....                     Rusiya dronu Müstəqillik abidəsinə çırpıldı .....                     İranın yeni lideri Moskvada ölümlə çarpışır? .....                     Ermənistanda seçkiöncəsi rəqabət ALOVLANIR .....                     “Tamaşaçını teatrdan buna görə qaçırırlar, tamaşalarda müasir insan, cəmiyyət öz əksini tapmır” .....                     İctimai fəal Əhməd Məmmədliyə hökm oxundu .....                     Əlavə ödənişlər artıq 5 aya yaxındır hesablarına köçürülmür... .....                     Özünüzə qumar kimi kredit qadağası da qoya biləcəksiniz: .....                     Dövlətə borcu olan şirkət nizamnamə kapitalını 6 milyon manat azaltdı .....                     ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir .....                     “PAŞA Bank”da yeni təyinat .....                     Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır .....                     Paşinyanın Mehri “xəritədən çıxarılıb” fikrinin PƏRDƏARXASI .....                     Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır .....                     DİM-in açıqlamaları abituriyentlər üçün “arxadan atılan daş” kimidir .....                     FHN Heydərovun övladlarına məxsus 5-ci obyektin də istismarına icazə verdi .....                     Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərin məhkəməsində ittiham aktı elan edilib .....                     Xalqımızın ən əziz bayramı - Novruz .....                     Novruz - dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı .....                     Dünyada qızılın hasilatı 20 ilə tükənə bilər .....                     Rusiya İranın süqutunu səssizcə izləyir .....                     Ermənistan yeni silahlarını NÜMAYİŞ etdirəcək .....                 

“Şəfiqə Məmmədovanın qorxusundan mənə zəng etmirlər” - Şeyx Əbdül
Tarix: Bu gün, 16:59 | Çap et

Məlum olduğu kimi, Xalq artisti, kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov hazırda ev şəraitində müalicə alır.

Musavat.com-un əməkdaşı Xalq artistinin son vəziyyəti, səhhəti, kino mühiti və şəxsi düşüncələri ilə bağlı onunla söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Əbdül bəy, bilmək istəyirdik hazırda vəziyyətiniz necədir? Müalicələriniz necə gedir?

–Yavaş-yavaş düzəlirəm. Müalicələrim də təsirini göstərir. Hazırda əsasən mədə-bağırsaq sistemi və bronxlarla bağlı müalicə alıram. Məni ən çox narahat edən isə belimdir. İnşallah, hər şey yavaş-yavaş qaydasına düşər. Amma onu deyə bilərəm ki, əvvəlki kimi güclü ağrılar artıq yoxdur. Sadəcə, əlimdə və ayağımda müəyyən keyimələr olur. Onun müalicəsi də yaz aylarında davam etdiriləcək. Bayramdan sonra mədəm yenidən müayinə olunacaq. Müayinənin nəticəsindən asılı olaraq ikinci müalicə mərhələsinə başlanacaq.

–Dostlarınızdan kimlər sizi yad edir, hal-əhval tutur?

–Əvvəla onu deyim ki, evimə heç kimi qəbul etmirəm. Çünki necə deyərlər, Karlson kimi (cizgi filmi qəhrəmanı – red) “krişa”da yaşayıram”. Ona görə də utanıram kimisə evimə dəvət etməyə. Təsəvvür edin, bu yaşımda hələ də “krişa”da yaşayıram. Ailə üzvlərimlə hərəmiz evin bir küncünə sığınmışıq. Amma telefonla zəng edənlər çoxdur. Hətta o qədər zəng olur ki, bəzən yoruluram və telefonu söndürüb dincəlirəm. Bəzən də sistem altında olanda danışa bilmirəm. Türkiyədən, Almaniyadan, İrandan, Amerikadan, Kanadadan, Rusiyadan çox sayda zənglər gəlir. İnsanlar zəng edir, maraqlanır, halımı soruşur.

–Bəs küsülü olduğunuz dostlarınız necə, onlar sizinlə əlaqə saxlayırmı?

–Yeganə mənimlə əlaqə saxlamayan qurum Kinematoqrafçılar İttifaqının rəhbərliyidir. Təsəvvür edin, vaxtilə yaratdığım ittifaq, oradan pul qazanan adamlar indi mənim xəstə vaxtımda bir dəfə də olsun nə zəng edir, nə də vəziyyətimlə maraqlanırlar. Bu qədər mənəviyyatsızlıq, naşükürlük... nə deyim. Allaha şükür, onlara ehtiyacım yoxdur. Amma məsələ mənəviyyat məsələsidir. Yəqin ki, onların ya mənəviyyatlarında, ya da insanlıqlarında problem var.

Bizim qədim bir deyimimiz var: “Uman yerdən küsərlər”. Yəni o adamlar ki, vaxtilə salam-kəlamımız olub, münasibətimiz olub, amma indi bəlkə də kimdənsə qorxurlar. Bilmirəm, bəlkə Şəfiqə Məmmədovadan qorxurlar, bəlkə başqa səbəb var. Elə bil məni təhlükəli bir düşmən kimi görürlər ki, ay aman, birdən zəng etsək nəsə olar. Halbuki məqsədim yalnız bir idi – bütün kino camiəsini bir araya gətirmək, parçalanmanın qarşısını almaq. Amma görürsünüz ki, rəhbərlikdə təmsil olunanlardan heç kim zəng etmir, digər kino adamlarının isə əksəriyyəti zəng edir.

–Yəqin ki, Şəfiqə Məmmədovanı, Baba Vəziroğlunu və digərlərini nəzərdə tutursunuz...

–Açıq deyirəm: nə Baba Vəziroğlu, nə Şəfiqə Məmmədova, nə də Əli İsa Nicat mənimlə əlaqə saxlayıb.

–Sizcə, bunun səbəbi nədir? Nədənsə çəkinirlər, yoxsa sizdən bərk incikdirlər?

–Bilmirəm, bu artıq onların problemidir. Axı xəstə adama zəng etməzlərmi? Mən onların düşməni olmamışam. Əksinə, onlara yaxşılıqlar etmişəm, gətirib hazır “taxt”da oturtmuşam. Nə katib olmaq istəmişəm, nə də rəhbər. Hətta bundan rəsmi şəkildə imtina etmişəm. Məqsədim parçalanmış kino ittifaqlarını birləşdirmək idi və buna da nail oldum. Bunu nazirlikdən tutmuş kino camiəsində hər kəs təsdiqləyə bilər. Ən çox qəribə gələn isə Baba Vəziroğlu ilə Əli İsa Nicatın münasibətidir.

- Bu günlərdə kinoşünas Aydın Kazımzadənin 4 cildlik kino ensiklopediyasının təqdimatı oldu. Sizin filmləriniz də həmin ensiklopediyada geniş yer alıb. Bundan xəbəriniz var idi?

–Bəli, xəbərim var. Buna görə Aydın Kazımzadəyə təşəkkür edirəm. Çəkdiyim filmlər – “Doğma sahillər”, “Gecə qatarında qətl”, “Qaçaq Nəbi” və digər ekran əsərləri Azərbaycanfilm kinostudiyasının tarixində bir mərhələdir. Bunu inkar etmək mümkün deyil. Aydın Kazımzadə qərəzsiz, cəfakeş bir insandır. Kino üçün çox böyük işlər görüb. Yaşının bu çağında belə böyük zəhmət çəkərək belə bir ensiklopediya hazırlamaq müqəddəs bir işdir. Mən onu buna görə bağrıma basıram. Ümumiyyətlə, kino üçün kim zəhmət çəkirsə, mənim üçün əziz insandır.

–Amma o tədbirdə sizin yeriniz çox görünürdü...

– Elədir, qızım... Mən adi bir kənd həyatından çıxmış adamam. Repressiya görmüş bir nəslin övladıyam. Vaxtilə vətəndən sürgün olunmuşuq, Qobustanın tozlu-küləkli çöllərində böyümüşəm. Bizim kənddə klub belə yox idi.
Bütün bu illər ərzində Mahmudbəyov obrazı formalaşıb və onu mən özüm yaratmışam – illərlə zəhmət çəkərək, əziyyət çəkərək, mübarizə apararaq. Mən fəxr edirəm ki, bu gün 81 yaşım var və indiyə qədər heç kimin yoluna mane olmamışam. Bu yolda mənə Ədil İsgəndərovlar, Tağızadələr, Ocaqovlar kimi böyük sənətkarlar dəstək veriblər. Mən buna görə onlara, valideynlərimə və böyük qardaşıma borcluyam.

-Fürsətdən istifadə edib başqa bir sual da vermək istəyirəm. Bu günlərdə aktyor-rejissor Sərxan Kərəmoğlu belə bir fikir səsləndirdi ki, Sovet dövründən qalan aktyorlar kinoda və teatrda pafosla danışırlar və onlar sovet dövrünün qalıqlarıdır. Siz bu fikirlə razısınızmı?

–Birinci onu deyim ki, kino sənəti ilə teatr sənəti fərqli sənətlərdir. Teatr birbaşa tamaşaçı ilə canlı ünsiyyətdir. Orada mikrofon, qulaqcıq yoxdur. Aktyor səhnədə səsini zalın sonuna qədər çatdırmalıdır. Tamaşaçı teatra qulaq asmağa gəlir. Əgər aktyorun səsi zəifdirsə və tamaşaçı onu eşitmirsə, deməli tamaşa alınmır. Kinoda isə başqa cürdür. Burada aktyor obrazını daha incə və təbii şəkildə təqdim edə bilir. Çünki texniki imkanlar var. Detektiv janrı var, romantik janr var, dramatik filmlər var. Hər obrazın öz tonu, öz xarakteri var. Sovet dövründə bizim Həsən Məmmədov, Həsən Seyidbəyli kimi böyük rejissorlarımız olub. Onlar yaxşı bilirdilər ki, qəhrəmanlıq obrazı necə təqdim olunmalıdır, detektiv janrı necə qurulmalıdır, romantik səhnələr necə çəkilməlidir. Hər obrazın öz səsi, öz xarakteri var. Bizim kinomuzun faciəsi ondadır ki, indiki nəsil çox məsuliyyətsiz danışır. Bəzən elə fikirlər səsləndirirlər ki, bu, savadsızlıqdan və bilməməzlikdən irəli gəlir. Açığı, belə fikirlər mənə gülməli gəlir.
Bir məsələ də məni həmişə düşündürür. Əgər Elm və Təhsil Nazirliyi varsa, onda Dövlət İmtahan Mərkəzi nəyə lazımdır? Əgər bələdiyyələr varsa, onda icra hakimiyyətləri niyə var? TƏBİB varsa, Səhiyyə Nazirliyi nə üçündür? Bunların bir çoxu eyni funksiyanı daşıyan, bəzən bir-birinə qarşı duran, bir-birinə qənim kəsilən eyni strukturlardır. Mən hesab edirəm ki, hər şey peşəkarlara tapşırılmalıdır. Sənətdə də belə olmalıdır.

– Sonda demək istədiyiniz başqa fikirlər varmı?

– Mən bu yaşa çatmışam, sənətim üçün çox əziyyət çəkmişəm. Bəzən olub ki, aktyorlarıma, işçilərimə çox tələbkar davranmışam. Demişəm ki, gəlin bu kadrı da çəkək, sonra dincələrsiniz. Yəni iş üçün fədakarlıq etmişəm. Amma indi başa düşürəm ki, insan gərək ilk növbədə Allahın ona əmanət verdiyi sağlamlığının qayğısına qalsın. Cavanlıqda sağlamlığını düşünməyən insan qocalıqda bunun ağır əzabını çəkir.

Bir şeyi də indi anlamışam ki, qocalıqda insan üçün ən vacib məsələlərdən biri də maddi təminatdır. Qocalıqda sağlamlıq qədər pul da çox lazım olur. Biz bunu gəncliyimizdə anlamamışıq. Ona görə də indi bunun çətinliyini yaşayırıq. Təkcə mən yox, ailəm də. Buna görə gənclərə demək istəyirəm ki, indidən gələcəyinizi düşünün, özünüz üçün “gün ağlayın”…











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Britaniya şirkəti Azərbaycan filialını bağlayır
Bu gün, 19:09
1 aprel zarafatı deyil: Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz - DİQQƏT
Bu gün, 19:06
İran İsrailin mühüm obyektlərinə zərbələr endirdi
Bu gün, 19:04
Xocavəndin bu kəndlərində yaşayış evlərinin layihələndirilməsinə başlanılır - 3 milyon ayrıldı
Bu gün, 18:14
Xərclərimizin 54%-dən çoxunu yeyib-içməyə sərf edirik
Bu gün, 18:11
"QHT işi" üzrə təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 18:02
İcra başçısını güllələyən Elbrusun həbsxanadakı sirli istəyi: - “Mənə dünya xəritəsi gətir…”
Bu gün, 18:01
9 mart imtahanı 15-dən çətin olub? - "Belə getsə, plan yerləri boş qalacaq"
Bu gün, 17:51
Quru sərhədlərin bağlı qalması vətəndaşları və sahibkarları sıxır - FAKT BUDUR!
Bu gün, 17:48
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
Bu gün, 17:45
Vəkillər Kollegiyasının üzvü dekan müavini təyin olundu
Bu gün, 17:15
Yetkinlik yaşına çatmayanı oğurluyub girov saxlamaqda ittiham edilənlərə hökm oxunub
Bu gün, 17:02
“Şəfiqə Məmmədovanın qorxusundan mənə zəng etmirlər” - Şeyx Əbdül
Bu gün, 16:59
Xalq artisti KÖVRƏLDİ: - "Bilsəm ki, bu dəqiqə öləcəyəm, buna da şükür edərəm"
Bu gün, 16:57
Nazirliklər, komitələr soğan-kartof əkəcək? - AÇIQLAMA
Bu gün, 16:49
Küçədə kişini döyüb telefonunu alan şəxsin istəyi reallaşmadı
Bu gün, 16:43
İsrail “hücum peykləri” üzərində işləyən İranın kosmik obyektini məhv edib
Bu gün, 16:41
ABŞ-İsrail hücumları daha bir tarixi abidəmizi HƏDƏFƏ ALDI - FOTO
Bu gün, 16:30
“Aznet Technologies” nizamnamə kapitalını 6 milyon manat azaltdı
Bu gün, 16:26
Rusiya dronu Müstəqillik abidəsinə çırpıldı - Kiyevdə nə baş verir?
Bu gün, 16:14
İranın yeni lideri Moskvada ölümlə çarpışır? – Kremldən müəmmalı şərh
Bu gün, 16:10
Ermənistanda seçkiöncəsi rəqabət ALOVLANIR – Əsas namizədlər və qələbə şansları
Bu gün, 16:04
“Tamaşaçını teatrdan buna görə qaçırırlar, tamaşalarda müasir insan, cəmiyyət öz əksini tapmır”
Bu gün, 16:00
İctimai fəal Əhməd Məmmədliyə hökm oxundu - DETALLAR
Bu gün, 15:54
Əlavə ödənişlər artıq 5 aya yaxındır hesablarına köçürülmür... - GİLEY
Bu gün, 15:49
Özünüzə qumar kimi kredit qadağası da qoya biləcəksiniz: - Azərbaycanda yeni QAYDA
Bu gün, 15:44
Dövlətə borcu olan şirkət nizamnamə kapitalını 6 milyon manat azaltdı
Bu gün, 15:43
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
Bu gün, 15:39
“PAŞA Bank”da yeni təyinat - ƏMR
Bu gün, 15:37
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır – Rəsmi statistika
Bu gün, 15:35
Paşinyanın Mehri “xəritədən çıxarılıb” fikrinin PƏRDƏARXASI - YENİ SSENARİ
Bu gün, 15:32
Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır - İrəvan sülh yolunu seçəcəkmi?
Bu gün, 15:28
DİM-in açıqlamaları abituriyentlər üçün “arxadan atılan daş” kimidir
Bu gün, 15:27
FHN Heydərovun övladlarına məxsus 5-ci obyektin də istismarına icazə verdi - SİYAHI
Bu gün, 15:23
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərin məhkəməsində ittiham aktı elan edilib
Bu gün, 15:20
Xalqımızın ən əziz bayramı - Novruz - MƏQALƏ
Bu gün, 15:13
Novruz - dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı - İsrafil Kərimovun yazısı
Bu gün, 15:11
Dünyada qızılın hasilatı 20 ilə tükənə bilər – Qiymətlərə necə təsir edəcək?
Bu gün, 14:07
Rusiya İranın süqutunu səssizcə izləyir - “Foreign Affairs”
Bu gün, 14:04
Ermənistan yeni silahlarını NÜMAYİŞ etdirəcək – Nə BAŞ VERİR?
Bu gün, 13:39
SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəlib
Bu gün, 13:36
Qabil Məmmədovun sələmçi qohumuna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 13:27
Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır - Srbui Qalyan
Bu gün, 13:12
MİDA-ya yeni aparat rəhbəri təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:07
AMB qlobal enerji qiymətlərində kəskin artımın ölkə iqtisadiyyatına təsirini şərh edib - TƏFƏRRÜAT
Bu gün, 13:05
"Avtovağzalın rəhbəri pulumu alıb, özümü də işsiz qoyub" - ÖZBAŞINALIQ
Bu gün, 13:03
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:55
"O müğənniyə azadlıq versən, cığırından çıxar"
Bu gün, 12:46
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
Bu gün, 12:35
Möminə xatun türbəsinin bərpasına 9,566 min manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru