Bu barədə İqtisadiyyat.az Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Belə ki, qurum bununla bağlı hazırlıq işlərinə yekun vurub.
Məlumata əsasən, qurum Xocavəndin Hadrut, Qaradağlı, Cəmiyyət, Sos, Ağbulaq, Arpadüzü, Köhnə Tağlar, Görərçi, Müşkabad, Çağaduz, Kəndxurt kən şirkəti ilədlərində 639 evin layihələndirilməsi ilə bağlı “Era-Design Group” şirkəti ilə müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 1 milyon 538 min 200 manat olaraq müəyyən edilib.
Eyni zamanda, qurum Tuğ, Məmməddərə, Zərdanaşen, Qağartsı, Böyük Tağlar kəndlərində 637 ədəd fərdi yaşayış evin layihələndirilməsi ilə bağlı “Himmen Construction” şirkəti ilə müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 1 milyon 553 min 386 manat olaraq müəyyənləşib.
Bundan əlavə, Bərpa, Tikinti Və İdarəetmə Xidməti “Himmen Construction” şirkəti ilə Quzumkənd, Cütçü, Qarakənd, Kiş kəndlərində ərazisində fərdi evlərin təmir işlərinə müəllif nəzarətinin aparılması ilə əlaqədar başqa bir müqavilə də bağlayıb. Bu müqavilənin maliyyə dəyəri isə 90 min manat olaraq müəyyən olunub.








