“Xəstəlik mənə yaxşını pisdən ayırmağı öyrətdi. İnsanları o zaman daha yaxşı tanıdım”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova “Günə uğurla” verilişində deyib.
İnsult keçirdikdən sonra yaradıcılıqdan bir müddət uzaq düşən aktrisa, çətin günündə yanında olmayan dostlarından gileylənib:
“Mən ölümə də şükür edən adamam. Bilsəm ki, bu dəqiqə öləcəyəm, buna da şükür edərəm. Xəstələnəndə də Allaha şükür etdim. Çünki bu xəstəlik mənə yaxşını pisdən ayırmağı öyrətdi. Xəstələnəndən sonra ətrafımdakı insanları daha yaxşı tanıdım. Gördüm ki, kimlər çətin günümə dözdü, kimlər məni tək qoyub getdi”.








