“Drilltechsolution” MMC (VÖEN – 2006771711) nizamnamə kapitalını azaldır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Drilltechsolution” MMC nizamnamə kapitalının 780 000 dollar məbləğindən 580 000 dollar məbləğinə qədər azaldıldığını elan edib.
Elanda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı, məhəllə 1181, blok A1, mərtəbə 2 ünvanına bildirə bilərlər.
Məlumat üçün qeyd edək ki, “Drilltechsolution” 6 iyul 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Eyubov Azər Qələndəroviçdir.
Onu da bildirək ki, bu ilin yanvar ayının 23-də Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev A1, mənzil 32 ünvanında nizamnamə kapitalı 10 manat olan “Drilling Solutions Services” MMC (VÖEN – 2009006171) adlı şirkət dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Eyyubov Xusan Qələndəroviçdir. Xusan Eyyubov daha əvvəl SOCAR-AQŞ şirkətində baş direktorun müşaviri vəzifəsində işləyib.








