Göyçay rayonunun Potu kənd sakini Fariz İbrahimov iddia edir ki, Göyçay Avtovağzal kompleksinin rəhbəri olduğunu bildirdiyi Sənan Şirəliyev ondan müxtəlif vaxtlarda ümumilikdə 52 min 700 manat pul alaraq Bakı – Göyçay – Bakı marşrutu üzrə işləməsinə razılıq verib.
"DİA-AZ" xəbər verir ki, şikayətçinin sözlərinə görə, təxminən iki il həmin reys üzrə fəaliyyət göstərdikdən sonra, xəbəri olmadan reysin başqa şəxslərə verildiyini öyrənib.
Fariz İbrahimovun iddiasına görə, məsələ ilə bağlı qarşı tərəfdən pulunu geri tələb etsə də, müsbət cavab ala bilməyib.
Vətəndaş ölkə rəhbərliyinə, Birinci vitse-prezident Mehriban Əliyevaya və aidiyyatı dövlət qurumlarına müraciət edərək bu məsələnin araşdırılmasını və hüquqi qiymət verilməsi xahiş edir.
Məsələ diqqətimizdədir.








