“Aznet Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı 6.003.836,00 manat azaldılaraq 3.096.154 manat müəyyən edilib.
Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlardan tələblərini cəmiyyətin hüquqi ünvanına göndərilməsi istənilib.
Qeyd edək ki, 2024-cü ildə "Aznet Technologies" MMC "Araznet Technologies" MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunub.
Həmin vaxt "Aznet Technologies" MMC 2 min manat, "Araznet Technologies" MMC isə 8 milyon 918 min manat nizamnamə kapitalına malik idi.
Onu da bildirək ki, şirkətin dövlətə 20 min 833 manat borcu var.








