AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

İngilisdən, rusdan, fransızdan və amerikalıdan daha ağıllı olmalıyıq - AKTUAL
Tarix: 16-03-2026, 11:05 | Çap et

ABŞ/İsrail-İran müharibəsi Azərbaycan dövləti üçün dərin müşahidələr aparmağa və müxtəlif sahələri yenidən tədqiq etməyə əhəmiyyətli imkanlar yaradıb. Biz daha ağıllı şəkildə düşünməliyik, buna məhkumuq, çünki dünyanın ən bəxtsiz coğrafiyalarının birində, körpüdə - Cənubi Qafqazın ən strateji nöqtəsində dövlət qurmuşuq. Dəhlizlərin, ticarət maraqlarının kəsişdiyi coğrafiyada qurulan dövləti qoruyub saxlamaq çox çətindir, ona görə ki, daim böyük dövlətlərin, Şərqlə Qərbin həm də iqtisadi, logistik, enerji maraqları uğrunda məhz bu coğrafiyada savaş gedir. İngilisdən, rusdan, fransızdan, amerikalıdan da ağıllı olmağa məcburuq.
Unutmayaq ki, ABŞ, İsrail və onlarla dövlət İrana ona görə hücum etməyiblər ki, bizim xoşumuza gəlsinlər. Biz də, başqası da bu dövlətlərə öz məqsədlərinə çatana qədər lazımıq. İrana ona görə hücum etməyiblər ki, bölgədə növbəti bir türk cumhuriyyəti - Cənubi Azərbaycan dövləti qursunlar; ona görə hücum ediblər ki, Suriyada, İraqda, Liviyada, Əfqanıstanda etdikləri kimi - İranın da ləyaqətini tapdalayıb sərvətlərini ələ keçirsinlər. Lakin başa düşürlər ki, yalnız 15 ilə Suriyada öz təsirini formalaşdırmağı bacaran ABŞ üçün ən azı 5 min illik dövlətçilik ənənəsi olan İranla da eyni formada davranmaq elə də asan olmayacaq. ABŞ 2 min "dəniz pişikləri"ni gətirəcəyini bəyan edir, lap 20 min gətirsin, yenə də alınmayacaq. Eləcə də yerüstü əməliyyatların aparılması ABŞ üçün intihar ola bilər, başa düşürlər ki, minlərlə tabut ştatlara göndəriləndə nəticə başqa cür olacaq. İranın ərazisi 1,65 milyon km², əhalisi isə 93 milyondur. İran Ukrayndan 2,7 dəfə böyükdür. Raketlərlə, qırıcılarla vura bilərsən, boğazda döyüşərsən və ən yaxşı halda hakimiyyəti dəyişə bilərsən, inqilabın sistemini deyil! Çünki İranda İslam İnqilabı hərbi çevrilişlə yox, xalqın iradəsi ilə baş tutub. Və həmin xalq bu gün küçələrdədir, raketlərdən də qorxmur, heç kəs öz ölkəsini tərk etmir, amma İsraildə hər kəs ya ölkəni tərk edib, ya da bunkerdədir. Əgər İrana qarşı yerüstü əməliyyatlar olarsa, nəticədə İran İraqı da, Bəhreyni də işğal edə bilər. İran da, ABŞ da 40 ildir bu müharibəyə hazırlaşır. Bu illər ərzində ABŞ Suriyada niyə təsirini formalaşdırırdı, 3 amilə görə; təbii sərvətlər, İsrailin təhlükəsizliyi və İrana qarşı dayanıqlı coğrafiya qazanmaq.
İranda xaos yaranacağı təqdirdə Rusiyanın bölgədəki davranışlarını təxmin etmək elə də çətin deyil. Bu barədə ayrıca qeydlərim olacaq. Bəli, bu gün Rusiya da zəifləyib, amma ABŞ daha bərbad gündədir, 200 illik tarixi olan bu dövlətdə xalq şirkət əməkdaşları kimi saxlanılır, dövlət adı altında sadəcə yaxşı bir şirkət qurublar, indi o şirkət də yarımcan haldadır; amerikalılar müharibəyə öyrəşməyib, tarixi torpaqları da yoxdur, dövlət maaş verməyəndə ondan imtina da edə bilirlər, amma bir fars, türk, rus üçün bu vətən məsələsidir.
Şimal qonşumuz - Rusiya da müharibə aparır, cənub qonşumuz İran da! Bunun nə demək olduğunu izah etməyə gərək var, amma ehtiyac yoxdur. Deyildiyi kimi, vaxtilə bizi iki hissəyə bölən imperiyalardan söhbət gedir.
Birinci Dünya Müharibəsini də, İkinci Dünya Müharibəsini də xristianlar başladıb. İndi Üçüncü Dünya Müharibəsinə də bunlar start verib. Pakistan istisna olmaqla, hansı müsəlman ölkəsinin nüvə silahı var? Yoxdur! Pakistan da 1947-ci ilə qədər Britaniyanın müstəmləkəsi olub. Bir tək İran buna cəhd edir, onu da əzməyə çalışırlar. Başa düşürlər ki, İran bu silahı əldə etsə, xristianların Yaxın Şərqə yürüşləri iflasa uğrayacaq. XI-XIII əsrlərdə Fələstini, Yaxın Şərq ölkərini işğal etmək üçün hərbi səfərlərə çıxan Qərb ölkələri bunu "səlib yürüşləri" - "xaç yürüşləri" adlandırmırdılar? İndi də Vaşinqton açıq mətnlə etiraf edərək deyir ki, İrana bu dəfəki hücum tarixi missiyanın davamıdır - "ABŞ yürüşləridir...".
Bəzi həqiqətləri mütləq eşitmək lazımdır. Məsələn, Türkiyə əhalisi niyə birmənalı şəkildə İranı dəstəkləyir? Bu, onların uzunəsrlik imperiya ənənəsindən irəli gələn və formalaşan siyasi təhtəlşüurunun emosional və tarixi ifadəsidir. Türkiyə xalqı da, dövləti də başa düşür ki, əgər Cənubi Azərbaycan muxtariyyəti (nə adlandırırsız adlandırın - dövlət, muxtariyyət və s.) yaranarsa, yaxud Azərbaycan Respublikasına birləşərsə, İranda kürdlərin də muxtariyyəti yaranacaq və bu, Türkiyə üçün geosiyasi təhdid olacaq. Türkiyə bunu qəbul edər? Etməz! Bundan başqa, Türkiyə ilə Azərbaycan arasında bərpası mümkün olmayan potensial konfliklər meydana çıxacaq və tarix yenidən təkrar olunacaq. İmperiya ənənəsi və milli psixologiya öz monolitliyini yenə də qoruyub saxlayacaq.
İran Ukrayna deyil, müharibənin ilk günlərindən "xaxollar" vətənlərini tərk etməli oldular, 27 milyon ukraynalı ölkədən qaçdı, indi ərazisinin təxminən 20%-i Rusiyanın nəzarətindədir. Qərb, ABŞ Ukraynanı borclandırıb tamamilə vassala çevirdi, sərvətlərinin isə 50%-i ABŞ-ın nəzarətinə verilib. Bəs məğlubiyyət necə olur?
Artıq 16-cı gündür ki, müharibə davam edir. ABŞ nə əldə edib? Ölkənin rəhbərini, bir sıra hərbçilərini və mülki şəxsləri öldürüb və s. Eyni cavabı da İran verib, İsraildə daş üstə daş qalmayıb, hərbi-siyasi elitası, generalları öldürülüb və ərəb ölkələrində yerləşən ABŞ bazaları yerlə-yeksan edilib. ABŞ son 1 il ərzində (bu müharibə 3-cü cəhddir) bütün enerjisi ilə cəhd edir, amma İrana daxil ola, iradəsini sındıra bilmir.
Heç şübhəsiz ki, indi situasiyada qalib İran, məğlub ABŞ-dır.
Bu müharibə ölkəmizdə ictimai-siyasi cameənin portretinə, onların istəklərinin ciddiliyinə də ciddi işıq salır. Əslində belə bir hal nümayiş etdirirlər: "Biz 200 ildir ayrı düşdüyümüz (hər halda hər kəs belə deyir) torpaqlarımızı İrandan ala bilmirik, gücümüz yoxdur və ABŞ, İsrail, Böyük Britaniya, gəlib İranı vurun, parçalansın və mən də torpaqlarımı qazanım...". Ayıb deyil? Belə birləşməyin hesabatını gələcək nəsillərə necə verəcəksiniz? Bu barədə tarix nə yazacaq? Qarabağı döyüşüb alan xalq Cənubi Azərbaycanı bu üsulla əldə edəcək?
İndi əsl rəzalətə diqqət edək. Bir dövlət başqa bir dövlətin prezidentini qaçırır, o birilərini şantaj edir, İrana hücum edib rəhbərini ailəsi ilə birgə öldürür, məktəbli qız uşaqlarının qətliamını həyata keçirir, ölkənin suverenliyini pozur. Və biz bütün bunlara sevinirik. Niyə sevinirik? Çünki İrana nifrət edirik. Niyə nifrət edirik? Çünki hesab edirik ki, İran bizi ikiyə bölüb. Niyə ikiyə bölüb? Gedib tarixi açıb baxırsan ki, söhbət tamam başqadır, əsl Azərbaycan məhz Cənubi Azərbaycandır. İndiki ərazilərimiz neft çıxana qədər yaylaq, qışlaq funksiyasını yerinə yetiməkdən başqa da heç bir işə yaramayıb. Təbriz, Ərdəbil, Şamaxı, Naxçıvan, Gəncə, İrəvan şəhər-paytaxt olanda Bakı kimə və nəyə idi? Bakıda neft tapılandan sonra əsl kəndçilər - bakılılar oldular şəhərli, əsl şəhərli olan şamaxılılar, naxçıvanlılar da oldular kəndçilər! Xitabən deyirəm, mövsümi şəkildə İranda səslənən "Azərbaycan var olsun" şüarı da bu taya mesaj deyil, bu, öz yaşadıqları coğrafiyaya görədir, onlar üçün Azərbaycan oradır. İnanmırsınızsa, araşdırın.
Kimsə deyirsə ki, bu ölkədə ən böyük casus şəbəkəsi İrana, Rusiya aiddir, yalan deyir. Bu ölkədə ən böyük casus şəbəkəsi İsrailə və ABŞ-a aiddir. Azərbaycan xalqının isə mövqeyi bəllidir, taksi sürücüsü, alverçi, kənddçi, dülgər İsraillə, ABŞ-la heç bir ideoloji bağ qura bilmir, bu müharibədə İrana əhsən deyir. İctimai fəalların, siyasilərin isə əksəriyyəti İsraili, ABŞ-ı dəstəkləyir. Bunların da umacağı var. Yaxşı, bu, bir işə yarayırmı? Təbii ki, yox! İndi belə bir sual ortaya çıxır: İranı dəstəkləyənlər vətən xaini olursa, bəs İsraili, ABŞ-ı dəstəkləyənlər nə olur?! Belə olan halda, vətən xaininin də ən yekəsi bunlardır.
Müəllif: Samir Feyruzov - Mənbə: "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru