İqtisadiyyat.az xəbər verir ki, bu vəzifəyə Nərmin Həsənli təyinat alıb.
O, dekanın sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nərmin Həsənli 2007-2015-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavriat və magistratura təhsili alıb. 2013–2019-cu illərdə Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb. 2020-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda, 2023-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.
Məlumat üçün bildirək ki, dekan müavini fakültə dekanının təqdimatı əsasında ali təhsil müəssisəsinin rektoru tərəfindən təyin edilir və onunla qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanır.
Dekan müavini ali təhsil müəssisəsinin müvafiq kafedralarında 0,5 ştat vahidi ilə professor-müəllim vəzifəsini tuta bilərlər.








