Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır, onun hakim "Vətəndaş müqaviləsi" partiyasının İdarə Heyətinin iclasında, həmçinin eyniadlı parlament fraksiyasında müzakirə edilməsi planlaşdırılır.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbui Qalyan bu gün ədliyyə naziri yanında İctimai Şuranın birinci iclasında bəyan edib.
Qurumun rəhbəri mətnin dərc olunacağı tarixlə bağlı məlumatlı olmadığını bildirib.








