"Qadın sənətçi səhnədə qızıl ortanı tapmalıdır. Hər şey qədərində gözəldir. Çox azadlıq verəndə, cığırından çıxar".
Musvat.com xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Qapqara" yutub layihəsində deyib.
Sənətçi həmkarları haqqında qalmaqallı fikirlər səsləndirib:
"Çox zəncirləyərsən, zəncirini açanda qopar. Görməmiş olar. Ona görə də səhnədə də, sənətdə də, qızıl orta olmalıdır. Bir də məsuliyyət olmalıdır: səhnədə özümü, sənəti, mədəniyyəti göstərirəm?
Verilişlərə şərt qoyuram: deyirəm, əgər gəlirəmsə, işimdən, mərkəzimdən, gördüyüm işlərdən danışacağam. Qeybətə gəlmirəm. Bəzisi razılaşır, bəzisi yox. Bəzəndə gedirsən, başqa bir şeylə qarşılaşırsan. Mən bir iş görəndə onu reklama qoymuram, milyon baxış toplamıram. Gələn real baxışdan, insanların nəyi sevib, nəyi sevmədiyini anlayıram".








