Ukrayna tərəfinin Moskvaya hücum cəhdlərindən sonra Rusiya ordusu Kiyevə hücuma başlayıb.
Publika.az xəbər verir ki, 6 mart bazar ertəsi səhəri Ukrayna paytaxtında hava hücumu xəbərdarlığı verilib, hava hücumları qeydə alınır.
"Geran" kamikadze dronun qalıqları şəhər mərkəzindəki Müstəqillik abidəsinə çırpılıb. Şahidlər zərbənin nəticələrini videoya çəkiblər və abidənin yaxınlığında tüstülənən qalıqlar görünür. Bunu mer Vitali Kliçko təsdiqləyib və qəzada heç kimin xəsarət almadığını bildirib.
Bakı vaxtı ilə səhər saat 11:00 radələrində şəhərin hər yerində partlayış səsləri eşidilib.








