“Yanından elə keçirlər, sanki səni tanımırlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri qarmon ifaçısı Gövhər Rzayeva “Günə uğurla” verilişində deyib.
O, gənc sənətçilərdən gileylənib:
“Bu yaşımda da özümdən yaşca böyük sənətkarları görəndə ayağa qalxıram, oturmağa yer verirəm. Amma indi gənc sənətçilər arasında böyük-kiçik yeri bilən yoxdur. Yanından elə keçirlər, sanki səni tanımırlar. Böyüyün üzünə elə qayıdırlar, fikirləşmirlər ki, evindəki ata-anası da böyükdür. Elə bil evdə sən də ata-ananın üzünə qayıdırsan. Hörmət et ki, həmişə də hörmət görəsən. Hər kəs öz yerini bilməlidir. Əjdaha oxusan da, birinci insanlığın olmalıdır”.








