SOCAR Azəriqaz İstehsalat Birliyində "Ölkədə işsizliyin artmasına dəstək " siyasəti davam edir.
"DİA-AZ" xəbər verir ki, öhdəsində iki azyaşlı övladı olan 2-ci qrup əlil atası Şükürov Kənan Vaqif oğlu əlaqədar qurumlardan probleminin həllinə köməklik istəyir. Onun müraciətində deyilir:
"Quba rayonunda yasayıram. 2012-ci ildən Quba Qaz İstismarı İdarəsində nəzarətçi çilingər vəzifəsində çalışıram. 10.06.2025-ci il tarixində kecirilən attestasiya imtahanında iştirak etmişəm.
İmtahanda iştirakçılar üçün qeyri-bərabər muhit (rəhbər heyətin prosesə təsiri, kompüter sisteminde yaranan nasazliqlar, nəticələrin qeyri-şəffaf olması və s.) yaradılıb. İmtahan nəticələri əsasında əmək muqaviləmizə xitam veriləcəyi deyildi və xitam bildirişləri təqdim edildi.
Mən etirazımı bildirərək bildirişdən imtina etdim.
Dəfələrlə Azəriqaz İB, SOCAR İRD və digər yerlərə muraciət etməyimə baxmayaraq şikayətimə baxılmır.
Qeyd edim ki, himayəmdə 2 azyaslı övladım və 2-ci qrup əlil atam var. Xahiş edirəm mənə köməklik göstərəsiniz.."
"DİA-AZ" qeyd edir ki, narazı SOCAR işçisinin ölkə rəhbərliyinə müraciətini Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ictimailəşdirib.









