Azərbaycanda 2021-ci ildən fəaliyyət göstərən “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin 2024-cü il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.AZ xəbər verir ki, “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin 31 dekabr 2024-cü il tarixinə başa çatmış il üzrə hesabatında bildirilir ki, broker komissiyası 2024-cü ildə 37 milyon 801,2 min manat təşkil edib ki, bu da 2023-cü ilin 35 milyon 225,4 min manatlıq göstəricisi ilə müqayisədə 2 milyon 575,8 min manat (7,3%) çoxdur.
Həmçinin əməliyyat xərcləri 31 milyon 620,0 min manata çatıb ki, bu da əvvəlki ilin göstəricisindən 1 milyon 287,7 min manat (4,2%) daha yüksəkdir.
Nəticədə, ümumi mənfəət 6 milyon 181,2 min manat təşkil edib. Mənfəət 2023-cü ilin göstəricisi ilə müqayisədə 1 milyon 288,1 min manat (26,3%) artıb.
Məzənnə fərqindən yaranan xalis gəlir 18,3 min manat təşkil edib ki, bu, 2023-cü ildəki 159,8 min manatlıq zərərdən 178,1 min manat fərqlənərək gəlirə çevrilib.
Hesabat dövründə sığorta broker şirkətinin maliyyə xərcləri 9,9 min manat (83,2%) artarq 21,8 min manata yüksəlib.
Mənfəət vergisindən əvvəlki gəlir 6 milyon 177,7 min manat təşkil edib. Bu da illik müqayisədə 1 milyon 456,3 min manat (30,8%) artımdır.
Şirkət 2024-cü ildə 1 milyon 282,1 min manat mənfəət vergisi ödəyib. Bu da 2023-cü ilin 875,6 min manatlıq vergisi ilə müqayisədə 406,5 min manat (46,4%) çoxdur.
Nəticədə sığotra və təkrar brokeri ötən ili 4 milyon 895,6 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin 3 milyon 845,8 min manatlıq göstəricisini 1 milyon 49,8 min manat (27,3%) üstələyib.
AKTİVLƏR AZALIB…
Şirkətin cəmi aktivləri 2024-cü il üzrə 42 milyon 692,3 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (ilə müqayisədə 11 milyon 418,5 min manat (21,1%) azdır.
UZUNMÜDDƏTLİ AKTİVLƏRDƏ DƏ AZALMA QEYDƏ ALINIB…
Cəmi uzunmüddətli aktivlər 386,4 min manat təşkil edərək, 91,1 min manat (19,1%) azalıb. Əsas vəsaitlər 99,2 min manat olub, illik 13,5 min manat (12%) azalma qeydə alınıb. Qeyri-maddi aktivlər 33,9 min manat təşkil edərək, 24,9 min manat və ya təxminən 3,8 dəfə artıb. İstifadə hüququ olan aktivlər 247,8 min manata bərabər olub. Bu da illik müqayisədə 59,7 min manat (19,4%) azalma deməkdir.
Təxirə salınmış vergi aktivləri 5,5 min manat təşkil edib. İl ərzində 2,6 min manat (46,8%) artım baş verib.
CARİ AKTİVLƏR ÜZRƏ GÖSTƏRİCİDƏ GERİLƏMƏ OLUB…
Cəmi cari aktivlər illik 11 milyon 327,5 min manat (21,3%) azalaraq 42 milyon 305,8 min manata enib. Pul vəsaitləri və onların ekvivalentləri 8 milyon 747,8 min manata bərabər olub. Nəticədə, 7 milyon 143,7 min manat və ya təxminən 5,5 dəfə artım baş verib. Ticari və digər debitor borcları 32 milyon 999,6 min manat olub ki, illik 16 milyon 976,2 min manat (34%) azalma qeydə alınıb. Şirkətin digər aktivləri il ərzində 1 milyon 494,9 min manat və ya təxminən 3,7 dəfə azalaraq 558,5 min manata düşüb.
ÖHDƏLİKLƏRDƏ AZALMA MÜŞAHİDƏ EDİLİR…
Cəmi öhdəliklər 39 milyon 582,8 min manata enib. Bu, son bir ildə 11 milyon 651 min manat (22,8%) azalmadır. Cəmi uzunmüddətli öhdəliklər 194,6 min manat təşkil edərək, 93,2 min manat (32,5%) azalıb. İcarə öhdəliyi 194,6 min manata olmaqla, illik 93,2 min manat (32,5%) azalıb.
Cəmi cari öhdəliklər 39 milyon 388,2 min manat olub. Bu, son bir ildə 11 milyon 557,7 min manat (22,7%) azalma deməkdir. Ticarət kreditor borcları illik 11 milyon 982,3 min manat (24,3%) azalaraq 38 milyon 258,9 min manata düşüb. Bunun əksinə icarə öhdəliyi 40,9 min manat və ya təxminən 2,6 dəfə artaraq 66 min manata yüksəlib.
Digər öhdəliklər isə 1 milyon 63,0 min manata bərabər olub. Bu da son bir il ərzində 616,6 min manat (36,7%) azalma deməkdir.
KAPİTAL ARTIB…
Hesabat ilində “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin cəmi kapitalı 3 milyon 109,4 min manat təşkil edib. Bu, illik müqayisə ilə 232,4 min manat (8,1%) artıma bərabərdir. İl ərzində şirkətin nizamnamə kapitalı 1 min manat səviyyəsində dəyişməz qalıb.
Bir illik fəaliyyət nəticəsində bölüşdürülməmiş mənfəət cüzi artıb…
Hesabatda qeyd olunur ki, bölüşdürülməmiş mənfəət 3 milyon 108,4 min manata bərabər olub ki, bu da 2023-cü ilin göstəricisindən 232,4 min manat (8,1%) çoxdur.









