Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb.
APA xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avrokasiya Komissiyasının (AK) nümayəndəsi Anita Hipper bildirib.
“Biz Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində çalışırıq”, – deyə o vurğulayıb.
Həmin brifinqdə Avrokasiya Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu da bəyan edib ki, Avropa Komissiyası Ukrayna münaqişəsinin nizamlanmasından asılı olmayaraq, Rusiyanın aktivlərinin müsadirə olunmasına dair cəhdlərini davam etdirəcək.









