Ukrayna Prezidenti Volodimir Zelenski ilə onun ofisinin rəhbəri Andrey Yermak "Instagram" sosial şəbəkəsində bir-birini izləmədən çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə rusiyalı jurnalist Vladimir Solovyov məlumat verib.
Jurnalist bu hərəkətə istehza ilə yanaşıb.
"İndi də hər iki tərəfin yazışmaları siləcəyini, "Telegram"da bir-birini bloklayacağını və saat 3-də sərxoş zənglər və mesajlar göndəriləcəyini gözləmək olar” - deyə o zarafat edib.









