Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                 

Türkiyə-İsrail gərginliyi: BAKI NARAHATDIR... - Görünəni odur ki...
Tarix: 22-11-2025, 09:12 | Çap et

“Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir”. Bunu İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib. “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik”, - nazir bildirib.

Ankara və Təl-Əviv arasında münasibətlərin Qəzza hadisələrinə görə ən aşağı səviyyəyə düşdüyü sirr deyil.

Nə vaxtsa əlaqələrin əvvəlki normal səviyyəyə qayıtması mümkün olacaqmı? Bunun üçün daha çox hansı tərəf addım atmalıdır?

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da mövcud durumdan Azərbaycan tərəfin çox narahat olduğunu söylədi: “Hər iki tərəf bizim yaxın müttəfiqimiz və dostumuzdur. Türkiyə isə həm də bizə qardaş ölkədir - kökümüz bir, dilimiz bir, dinimiz birdir. Bu gün yəhudilərin dünyada bəlkə də yaşadıqları ən təhlükəsiz məkan Azərbaycandır. Onlar bunu yaxşı bilir və dəyərləndirirlər. Ona görə də İsrail dövlətinin rəsmiləri və bütövlükdə yəhudilər Azərbaycanla dostluqdan məmnundurlar 44 günlük müharibədə bu dost və qardaş ölkələrin hər biri bizə ürəkdən dəstək verdilər.

Bütün bunların fonunda bu gün Türkiyə ilə İsrail arasında baş verənlər ən çox bizə təsir edir. Lakin təəssüf ki, Azərbaycan hökumətinin bu istiqamətdə səyləri də hələ ki bir nəticə vermir. Türkiyə və İsrailin hər birinin yerləşdikləri bölgədə öz maraqları var və onların hər biri nə olursa olsun, bu maraqları maksimum reallaşdırmağa çalışırlar. Gərginliyin bugünkü səviyyəsi də bunu deməyə əsas verir ki, tərəflər bir-birinə güzəştə getməkdən, qarşılıqlı anlaşmaqdan uzaqdılar. Ancaq böyük regionun bu iki güc sahibi, nəhayət, tək öz dövlətlərinin deyil, regionun da təhlükəsizliyi naminə bir araya gəlməkdən başqa yol olmadığını bir gerçək kimi dəyərləndirməli və qəbul etməlidilər. Türkiyə ilə İsrail arasında hərbi münaqişə nə Türkiyəyə, nə İsrailə, nə də regionun hər hansı bir ölkəsinə lazımdır. Belə bir münaqişə baş verərsə, bu, bütövlükdə beynəlxalq aləm üçün ciddi fəsadlar yaradacaq qədər təhlükəli ola bilər. Dünya dörd ildir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünü dayandıra bilmir. Bu arada Türkiyə-İsrail hərbi münaqişəsi ciddi silkələnmələrə və çox acı nəticələrə gətirib çıxara bilər. Odur ki, tərəflər özlərində bir araya gəlmək üçün güc tapmağa məkumdular...

Türkiyə-İsrail münasibətlərində yaranmış bugünkü gərginliyin əsas günahkarlarından biri İrandır. İran müsəlman dövləti olaraq on illər boyu İsraili məhv edəcəyi ilə hədələməsəydi və bu məqsədi reallaşdırmaq üçün yüz milyardlarla dollar xərcləyib Yaxın Şərq bölgəsində onlarla proksilər yaratmasaydı, bəlkə də biz bu gün Türkiyə ilə İsrail arasında baş verənlərə şahidlik etməzdik".

“Ədalət” partiyasının sədri Mütəllim Rəhimlinin sözlərinə görə, İsrail-Türkiyə münasibətiləri durmadan gərginləşməkdədir: “Hər iki dövlət regional liderlik uğrunda mübarizə aparır və heç biri də geri çəkilmək niyyətində deyil. Dünyada dövlətlərin münasibətlərinin yenidən formalaşdırıldığı və nüfuz dairəsi uğrunda mübarizə getdiyi bir vaxtda regionun iki güclü dövləti olaraq Türkiyə və İsrailin qarşı-qarşıya durması gözlənilən idi.

İsrail özünün siyasi, hərbi gücündən və beynəlxalq dəstəyindən istifadə edərək region dövlətləri arasında parçalanma və gərginlik yaratmaqla onlar üzərində dominantlıq etməkdədir. 1948-ci ildə yaradılandan bəri BMT tərəfindən tanınan ərazilərini xeyli genişləndirməyə nail olub. Hazırda da qonşuları ilə müharibə vəziyyətindədir.

“Vəd edilmiş torpaqlar” dini inancı İsraili reallıqdan çıxararaq təhlükəli oyunçuya çevirib. Türkiyənin Adana, Qaziantep, Van, Diyarbəkir və ətraf əraziləri, Səudiyyə Ərəbistanının şimalı, Təbuk və əsasən vaxtilə yəhudilərin yaşamış olduğu Xeybər adlanan ərazilər “Böyük İsrail”in" ərazisi “sayılır”. Vaxtilə Misirin Sina yarımadasını, Suriyanın Qolan təpələrini, Fələstinin əsas ərazisinin indi də davam edən işğalı “Böyük İsrail” planının bir hissəsidir. 2025-ci ildə bütün dünyanın gözü qarşısında İsrail sözün həqiqi mənasında Qəzzanın altını üstünə çevirdi, əhalini öldürdü, yaxud köçməyə məcbur etdi.

İsrailin region üçün belə təhlükəli oyunlarına qarşı yalnız Türkiyə cəsarətli şəkildə müqavimət göstərir. Buna görə də Türkiyə faktiki olaraq İsrailin planlarının qarşısında böyük əngəl kimi görsənir. Türkiyə İsrailə qarşı parçalanmış ərəb ölkələrini səfərbər etmək potensialına malikdir. Bu isə İsrail üçün qorxunc və arzuolunmaz amil hesab olunur. Türkiyənin belə davranışı ərəb ölkələri və xalqları üçün də ilhamverici mənbə ola bilər. Bundan başqa Türkiyənin malik olduğu hərbi potensial və hər il onu artırmaq əzmi də İsraili narahat edir. Ən müasir silahlara və hava hücumlarından müdafiə vasitələrinə malik olsa da ərazisinin kiçikliyi İsrailin zəif yeridir. Bu amil onu Türkiyənin qarşısında gücsüz edir. Buna baxmayaraq, bu yaxınlarda İsrailin keçmiş hərbi rəhbərlərindən biri ölkəsinin qısa zaman ərzində Türkiyəyə qalib gələ biləcəyini iddia etmişdi. Təbii ki, bu açıqlama Türkiyənin hərbi, siyasi və diplomatik gücünün doğurduğu narahatlıqdan qaynaqlanır.

Türkiyənin Qətərlə qurduğu əməkdaşlıq rəsmi Dohanı İsrailin basqısından qurtarıb. Səudiyyə Ərəbistanı, Misir, Suriya, Fələstinlə yaradılan münasibətlər də İsraili ciddi narahat etməyə bilməz.

Silahlanmaya fövqəladə dərəcədə diqqət yetirən İsrail artıq Türkiyənin regional iddialarının qarşısında aciz vəziyyətə düşməkdədir. Müharibə ilə onun Türkiyəyə qalib gəlmək şansı yoxdur. Bu halda ərəb ölkələri də Türkiyəyə dəstək verə və müsəlman həmrəyliyi nümayiş etdirə bilərlər. Ona görə də İsrail alternativ variantdan istifadə haqqında düşünməyə başlayıb. Bu da Türkiyəyə beynəlxalq səviyyədə təzyiq göstərilməsi və onun təcrid olunmasıdır. Bu sınaqdan çıxmış variantdır. Lakin artıq bununla Türkiyəni dayandırmaq mümkün deyil. Çünki o tək deyil və onunla birlikdə olan İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı var. Hazırda Türkiyə-İsrail münasibətlərinin normallaşmasından danışmaq çox tezdir. Hətta nəzəri olaraq mümkün deyil. Ona görə də yaxın gələcəkdə gərginliyin artacağını müşahidə edə bilərik".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Cəsarətli siyasət - RƏY
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru