Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                 

Ermənistan müxalifəti “birləşir” – Paşinyana qarşı “ümumi hücum” planı
Tarix: 22-11-2025, 08:39 | Çap et

Erməni müxalifəti gələn ilin yayına təyin olunmuş parlament seçkiləri ərəfəsində səylərini birləşdirməyə çalışır. Noyabrın 20-də Ermənistan Baş Prokurorluğunun binası qarşısında hökumət əleyhinə olan qüvvələrin iştirakı ilə etiraz aksiyası keçirilib.

Yaxın vaxtlarda rəsmi bəyanatla çıxış edəcəyik və siyasi qüvvələrlə məsləhətləşmələrə başlayacağıq”, – “Daşnaksütyun” partiyasının Ali Orqanının nümayəndəsi, “Ermənistan” blokundan deputat İşxan Saqatelyan orada bəyanat verib.

O, müxalifətin hazırkı hakimiyyətə qarşı atdığı addımların yetərli olmadığını etiraf edib. Saqatelyan qeyd edib ki, vəziyyəti dəyişmək üçün ən azı siyasi məhbusların müdafiəsi, repressiyalara qarşı mübarizə mexanizmlərinin yaradılması, kilsənin müdafiəsi kimi məsələlərdə bütün müxalifət tam həcmdə əməkdaşlıq etməlidir: “Artıq danışdığımız qüvvələr bizim təklifimizə müsbət reaksiya veriblər. Müxalifət meydanı bir-birini hədəfə çevirməməlidir. Əsas hədəf anti-erməni hakimiyyət olmalıdır”, – deputat vurğulayıb.

Onun fikrincə, Ermənistanda hakimiyyətin biabırçılıqlarına” və repressiyalarına qarşı təkbaşına dura biləcək heç bir siyasi qüvvə yoxdur.

Saqatelyan əlavə edib ki, “ruhunu və vicdanını Nikol Paşinyana satmış” prokurorlar, istintaqçılar və hakimlərə ümid o qədər də böyük deyil: “Onlar sübut etdilər ki, hazırkı məhkəmə-hüquq sistemi repressiyalar və saxta ittihamlarla insanların həbsə atılması yolu ilə ölkədə bir nəfərin hakimiyyətini təmin etmək üçün Paşinyanın əlində küt alətə çevrilib. Amma bütün bunlar o demək deyil ki, biz səsimizi qaldırmamalıyıq. Əgər Nikol növbəti həbsi və repressiyanı rahatlıqla “həzm edə” bilsə, dayanmayacaq və eyni cür davam edəcək”, – deputat izah edib.

Onun məlumatına görə, Ermənistanda 50-dən artıq siyasi məhbus var: “Milli xeyriyyəçi, ruhanilər, Ermənistan və Qarabağ parlamentlərinin deputatları, hərbçilər, sıravi vətəndaşlar yalnız ona görə həbsdədirlər ki, öz fikirləri var, erməni identikliyini qorumağa çalışırlar və hakimiyyətin anti-erməni addımları ilə barışmırlar”, – İşxan Saqatelyan vurğulayıb. Nümunə kimi o, Gümrüdə “öz səsini və demokratiyanı müdafiə etməyə qalxan” insanların saxlanılmasını xatırladıb.

Ardınca söz “Ermənistan” bloku parlament fraksiyasının katibi Artsvik Minasyana verilib. O bəyan edib ki, onlar hazırkı Ermənistan hakimiyyətini kənarlaşdıracaqlar və “ölkənin çiçəklənmə dövrü gələcək”.

Minasyan Baş Prokurorluğu Konstitusiyanı pozmaqda ittiham edib və hüquq-mühafizə orqanlarını qanunlara riayət etməyə, Əsas Qanuna əsaslanmağa, hakimiyyətin göstərişlərini yerinə yetirməməyə və bütün siyasi məhbusları azad etməyə çağırıb: “Erməni dövləti bunu qiymətləndirəcək, Paşinyanın satqın hakimiyyəti isə tez ya gec gedəcək”, – Minasyan əminliklə bildirib.

Etirazçılar Baş Prokurorluğa bütün siyasi məhbusların azad olunmasını tələb edən məktub təqdim ediblər.

Əminəm ki, Nikol Paşinyan maksimum 2026-cı ilə qədər gedəcək”, – “Ermənistan” blokundan deputat Qarnik Danielyan aksiyada çıxışı zamanı bunu deyib. O əlavə edib ki, onun “cinayətlərində” əli olan bütün şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Danielyan hakimiyyətə xalq təzyiqinin zəruri olduğunu bildirib: “O, xalqın taleyini onun yox, məhz xalqın özü həll etdiyini, kimin həbsdə olacağına, kimin olmayacağına da özünün qərar vermədiyini anlamalıdır”.

Onun sözlərinə görə, “iqtidarda olan “Vətəndaş müqaviləsi” partiyasının üzvləri və tərəfdarları insanları güllələmək, başlarını və boğazlarını kəsmək lazım olduğunu deyir, qarabağlı ermənilərə qarşı zorakılığa çağırırlar, cəmiyyətdə parçalanma yaradırlar”.

Hakimiyyətdəkilər elə düşünürlər ki, istədikləri adamı təhqir edə bilərlər, ancaq onlara cavab verənlərin arxasınca maskalı DTK əməkdaşları gəlir”, – deputat qeyd edib.

Onun qiymətləndirməsinə görə, Ermənistanda təqribən 40 siyasi məhbus var və bu rəqəm durmadan artır.

Deputatların fikrincə, bütün bunlar söz azadlığını məhdudlaşdırmağa, həmçinin bu tələblə çıxış edən insanları siyasətə buraxmamağa yönəlib. Misal kimi o, Samvel Karapetyanın həbsini göstərib.

Maraqlıdır, prokurorluq qarşısında bu aksiyanın keçirilməsi nəyi göstərir? Ermənilərin nə qədər hissəsi bu üç deputatın səsləndirdiyi fikirləri bölüşür? Gələn ilin yayına qədər bu əhval-ruhiyyənin populyarlaşması və seçicilər arasında ciddi şəkildə yayılması riski varmı?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bu barədə fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Robert Koçaryanın və daşnakların ümid etdiyi senari – yəni, rüsvayçı şəkildə uduzulmuş İkinci Qarabağ müharibəsindən sonra seçkilərdə Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırılması və Robert Koçaryanın qalib gəlməsi – iflasa uğrayıb: “İndi isə onlar strategiyalarını Nikol Paşinyana qarşı bütün müxalifəti konsolidasiya etmək üzərində qururlar. İndi Koçaryan da, Serj Sarqsyan da artıq əsas məqsədlərini hakimiyyətə özlərinin qayıtması yox, istənilən yolla Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq kimi qoyurlar, sonrası isə necə deyərlər, vəziyyətə uyğun olacaq.

Düşünürəm ki, onlar üçün nümunə Gümrü seçkiləridir. Orada həm avropayönlü, həm kommunist müxalifətini, həm “oğruları”, həm də korrupsiyaçıları müəyyən uğur gözləyirdi. Onlar hamısı birlikdə buna nail oldular ki, Nikol Paşinyanın partiyası Gümrü Ağsaqqallar Şurasında nisbətən çoxluq qazansa da, şəhərin meri korrupsiyaçı və oğru kommunist oldu. Amma Nikol Paşinyan indi həm onu, həm də oğlunu, necə deyərlər, günahlarına görə həbsə atıb”, – ekspert bildirib.

Onun sözlərinə görə, ümumilikdə bütün bunlar Paşinyan nə keşişlər, nə də “Moskvadan göndərilmiş xalq xeyriyyəçisi, milyarder Karapetyana” qarşı mərhəmətli davranmaq niyyətində olmadığını göstərir: “Terrora çağıran ruhanilərə münasibətdə də, Moskvadan “ezam olunmuş” xalq xeyriyyəçisi, milyarder Karapetyana münasibətdə də güzəştə getmir – Karapetyan indi istintaq təcridxanasında yatır. Deməli, mübarizə ölüm-dirim mübarizəsidir. Nikol Paşinyan çox yaxşı anlayır ki, seçkini uduzub hakimiyyətdən uzaqlaşdırılsa, təkcə hakimiyyətdən deyil, azadlığından, hətta həyatından da məhrum ola bilər. Məncə, bunu onun çoxlu tərəfdarları da dərk edir. Onlar da bu “dünənkilərə” qarşı çox ciddi şəkildə mübarizə aparırlar.

Nikol Paşinyanın növbəti dəfə çoxluğu qazanmaq şansı qalır. Onun qarşısında duran vəzifə isə budur: əgər parlamentə başqa qüvvələr düşəcəksə, onlar elə qüvvələr olmalıdırlar ki, koalisiya qurmaq mümkün olsun.

Hazırda, bir şeyi demək olar ki, Ermənistanı kifayət qədər gərgin siyasi həyat gözləyir. Nəticələri əvvəlcədən proqnozlaşdırmaq çətindir, amma bu gün Ermənistanda kifayət qədər yüksək iqtisadi artım müşahidə olunur. Bu artımın mənbələri ayrıca söhbət mövzusudur. Ümumilikdə isə əhali Azərbaycanla müharibə etmək istəmir. Əgər Nikol Paşinyan bu kartları düzgün oynasa, onlar ona növbəti qələbəni gətirə bilər. Gözləyək ", – Musabəyov yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Cəsarətli siyasət - RƏY
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru