"Hun Trading" MMC-nin müflis elan olunması ilə bağlı müvafiq qaydada Bakı Kommersiya Məhkəməsinə müraciət edilib.
"DİA-AZ" xəbər verir ki, E-2-2(113)-8247/2025 saylı iş üzrə növbəti hazırlıq iclası 02.12.2025-ci il saat 15:15 tarixinə təyin olunub.
Ünvan: AZ1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi.
Əlaqə telefonu: (012) 525-20-74.
Qeyd edək ki, 33 manat nizamnamə kapitalına malik olan "Hun Trading" MMC 31 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Elvin Rizvan oğludur. Hüquqi ünvanı AZ1048, BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, QARAÇUXUR ŞTQ, ABBASQULUBƏY ŞADLİNSKİ, ev.23A ünvanıdır.









