Attestasiya və sertifikasiya yalnız bir məqsəd daşıyır,işçi ilə bağlanmış Əmək müqaviləsini ləğv etmək. Praktik olaraq belədir.
Hesab edirəm ki, işçilərin: attestasiya və ya sertifikasiyadan keçirilməsi qaydaları, Əmək Məcəlləsində işçilərin əmək hüquqları sahəsində müddətli Əmək müqaviləsindən sonra olan ən böyük problemdir. Sual olunur:
1. İşçilərin attestasiya və ya sertifikasiyadan keçirilməsi, bunun nəticəsində isə hətta işçi ilə Əmək müqaviləsinin ləğv edilməsi nə dərəcədə ədalətli və məntiqlidir?
2. Ən ədalətsiz hal ondan ibarətdir ki, bu AR -nın Əmək Məcəlləsində nəzərdə tutulur.
3. Bu halda maraqlı bir sual yaranır və bu sualı həll etmək, nədən bu qanunları qəbul edənləri maraqlandırmır. Məgər, hər bir işçi müvafiq vəzifəyə təyin olunarkən: mühəndis, müəllim, həkim və sair olsun, əmək və digər qanunvericiliklə nəzərdə tutulan qaydada: imtahan, test, müsahibə, qiymətləndirmə, sınaq müddəti və sair yoxlamalardan keçib, həmin vəzifəyə təyin olunmurmu?
4. Əgır işçi, qanunvericiliklə nəzərdə tutulan qaydada: imtahan, test, qiymətləndirmə, müsahibə, sınaq müddəti və sair yoxlamalardan keçib, həmin vəzifəyə təyin olunursa və ya bu vəzifəyə layiqdirsə, bu halda həmin işçi əmək münasibətlərində olduğu müddətdə onun bilik və bacarığı, peşəkarlığı və təcrübəsi azalmır, əksinə artır. Bu halda nədən həmin işçi müəyyən müddətd keçdikdən sonra attestasiya və ya sertifikasiyadsn keçməli, keçə bilmədikdə isə Əmək müqaviləsi ləğv olunmalıdır.
5. Kimsə deyə bilər ki, işlədiyi müddətdə: elm, sənaye, tibb, təhsil və sair sahələrdə yeniliklər və inkişaf olur və işçilər bunu
bilməyə bilər və ya uyğunlaşmaya bilər. Lakin bunun da həll yolu var: müxtəlif təlim, seminar və ya kurslarla işçilərin bu sahədə olan bilik və bacarığını artırmaq olar, nəinki, onların Əmək müqaviləsini ləğv etmək.
6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında qərar qəbul edir. İkinci qərar isə onunla bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi ilə nəticələnir. Hesab edirəm ki, bu halda attestasiya komissiyası işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edə bilməz, bu İşçinin bilik və bacarıqlarını, peşəkarlığını qiymətləndirə bilər.
7.Sonda, yekun olaraq hesab edirəm ki, bu gün Əmək Məcəlləsində olan attestasiya və ya sertifikasiya barədə olan maddi hüquq normaları Əmək Məcəlləsindən çıxarılmalı və bu əsasla işçilərlə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə əsassız və məntiqsiz müddəalar ləğv edilməlidir.
Azər Quliyev (Allah rəhmət eləsin)
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"









