Nəhayət, Ukrayna üçün bədxassəli sülh planı işə salınıb. Bu, Kiyevi tarixi dilemma qarşısında qoyub: ya olum, ya, ölüm. Lakin ən pisdən daha yaxşı pisi seçib arzuolunmaz şərtlər altında atəşkəsə gediləcəyi görünür.
Tribuna yazır ki, Zelenski xalqı qarşısında sınaq qarşısındadır. Əgər razılaşmasa, uzunmüddətli böhran dərinləşəcək. Bu isə cəbhədə vəziyyəti dəyişmir. Atəşkəs qaçılmazdır. Amma işğalçının deyil, əzilən tərəfin güzəştləri olmalıdır. İndi vacib olan məsələ postmünaqişə dönəmində Rusiyanın Cənubi Qafqaz siyasətidir. Ukraynadan başı açılan kimi Rusiyanın regiona qayıdışı necə olacaq? Azərbaycana və Ermənistana təzyiqlər təsirli ola bilərmi, yoxsa Tramp öz adına olan marşrutun açılması yönündə Putinin müdaxilələrinə imkan verməyəcək?
Mövzunu Tribunainfo.az-a şərh edən siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Rusiya yorulub və taqətdən düşüb. Onun bundan sonra daha bir cəbhə açmasını istisna edən ekspertin fikrincə, Rusiya Cənubi Qafqazda təsirlərini saxlayacaq, di gəl əvvəlki gücü olmayacaq: “Çünki Tramp buna imkan verməyəcək. Rusiya müharibədən xeyli zərər görüb və strateji itkiləri var. Azərbaycan isə Türkiyə kimi müttəfiqə sahibdir. Düşünmürəm ki, Rusiya bizə təzyiq edə biləcək. Ermənistan isə Qərbdəki tərəfdaşlarına güvənir”.









