Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                 

“Tramp yolu” gürcülərin də işinə yarayacaq... - AYDIN OLDU...
Tarix: 22-11-2025, 10:19 | Çap et

“Tramp yolu”nun həyata keçirilməsi ilə bağlı siyasi-texniki çətinliklər var, bu mövzuda Ermənistan və ABŞ danışıqlar aparır. Çünki İran, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdırmaq asan deyil. Bununla belə, bu, mümkünsüz də deyil, sadəcə, çox ciddi iş tələb edir, hələ böyük yol qət edilməlidir".

Bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib. O, prosesin mürəkkəb və uzunmüddətli olduğunu bildirib və dünyada buna bənzər çoxlu nümunələrin mövcudluğunu xatırladıb: “Mən həmişə Belarusla Rusiyanın Kalininqrad vilayətini birləşdirən yolu nümunə gətirirəm: o yol Litvanın ərazisindən keçir, halbuki Litva NATO və Avropa İttifaqının üzvüdür. Buna baxmayaraq, razılaşma var ki, Rusiya vətəndaşları Kalininqrada vizasız, hətta pasportsuz gedə bilirlər. Deməli, belə layihələr mümkündür, sadəcə, çox həssas və diqqətli iş tələb edir”.

Bəzi ekspertlərin iddiasına görə, Zəngəzur dəhlizinin açılması Gürcüstana sərf etmir. Analitiklər bunu onunla əsaslandırırlar ki, buna qədər Azərbaycanın Türkiyə və Avropaya açılan bir çox əhəmiyyətli iqtisadi layihələri Gürcüstan üzərindən həyata keçirilib. Məhz bu səbəbdən Gürcüstan Zəngəzur dəhlizinin açılmasını nəqliyyat, logistika baxımından alternativ kimi qiymətləndirir.

“Ermənistan, Azərbaycan və Türkiyə arasında yeni marşrutların açılmasından sonra Gürcüstan tranzit yüklərinin 20%-ə qədərini itirmək riski ilə üzləşir”.

Bunu bir müddət əvvəl Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili demişdi. “Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyaslı itkilər olduqca ciddidir. Gürcüstan bu gün rəqabət qabiliyyətini qorumaq üçün addımlar atmalıdır: tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yük daşıyıcıları üçün stimullar təmin etməlidir”, - o bildirib.

Zəngəzur dəhlizinin açılması Gürcüstana sərf edirmi? Gürcüstan dəhlizə hansı dəstəyi verə bilər? ABŞ-ın bununla bağlı istəklərində söhbət nədən gedə bilər? Nəhayət, erməni cəmiyyəti nə dərəcədə dəhliz rejiminə hazırdır?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamentinin böyük müşaviri Conatan Askonasın Gürcüstana səfəri və rəsmi açıqlamasında TRIPP/Zəngəzur dəhlizi ilə bağlı məsləhətləşmələrə xüsusi yer verilməsi Cənubi Qafqazda geosiyasi dinamikanın yeni mərhələyə keçdiyini göstərir: “Bu danışıqlarda xüsusilə Gürcüstanın rolu diqqət mərkəzinə çıxır. Çünki regionda nəqliyyat-kommunikasiya xəritəsinin yenidən formalaşması məhz Tiflisin mövqeyindən də asılı olacaq. Zəngəzur dəhlizinin açılması əslində həm də Gürcüstan üçün mühüm imkanlar yaradır. Uzun illərdir Bakı-Tiflis-Qars xətti və digər mövcud marşrutlar sayəsində Gürcüstan Cənubi Qafqazın əsas tranzit qovşaqlarından biri kimi formalaşıb. Buna görə bəzi dairələr yeni marşrutların Gürcüstanın tranzit dominantlığını zəiflədə biləcəyini irəli sürür. Lakin daha realist yanaşma göstərir ki, Zəngəzur dəhlizinin açılması əksinə, regional yük axınlarının ümumi həcmini artıracaq. Bu halda yüklərin bir hissəsi alternativ yollarla daşınsa belə, ümumi tranzit həcminin yüksəlməsi Gürcüstanın üzərindən keçən daşımaların da artmasına səbəb ola bilər. Burada iki əsas mexanizm işə düşür: birincisi, Azərbaycan üzərindən keçəcək yüklərin sayının çoxalması Tiflis limanları, dəmir yolları və gömrük məntəqələri üçün əlavə gəlir mənbəyi formalaşdıracaq; ikincisi, regionda yeni nəqliyyat arteriyasının açılması Gürcüstanın logistika xəritəsində tamamlayıcı rol oynayan daşımaların genişlənməsinə səbəb olacaq. Bu baxımdan Gürcüstanın ziyan görməsi ehtimalı azdır, əksinə, Cənubi Qafqazın vahid tranzit məkanına çevrilməsi Gürcüstanın geoiqtisadi mövqeyini gücləndirə bilər”.

ABŞ-nin maraqlarına gəlincə, politoloq dedi ki, Vaşinqton üçün Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil, Cənubi Qafqazda Avroatlantik təsirin gücləndirilməsi üçün strateji alətdir: “Bu layihə həm Rusiya təsirinin məhdudlaşdırılması, həm İranın regiondakı logistik rolunun balanslaşdırılması, həm də Avropa-Asiya ticarətinin diversifikasiyası baxımından Vaşinqton üçün əhəmiyyətlidir. ABŞ həm Azərbaycana, həm də Gürcüstana layihənin siyasi və institusional dəstəklə təmin edilməsində yardımçı olmaq istəyir və Tiflisin bu prosesdə ”stabil tərəfdaş" kimi iştirakını vacib hesab edir".

Y.Bağırzadə qeyd etdi ki, Ermənistan cəmiyyətində isə dəhlizlə bağlı fikir ayrılığı qalmaqda davam edir: “Dəhlizin iqtisadi faydalarını başa düşənlər olsa da, xüsusilə də Paşinyanın müxalifəti dəhlizin açılmasını Ermənistanın ”suverenliyinin itirilməsi", “təzyiq altında seçim” kimi təqdim edir. Bununla belə, Ermənistanın real geoiqtisadi maraqları uzunmüddətli perspektivdə kommunikasiyaların açılımını qaçılmaz edir.

Ümumi olaraq qeyd edim ki, Zəngəzur dəhlizi ətrafında gedən danışıqlar təkcə Azərbaycan və Ermənistanı deyil, bütövlükdə regionun iqtisadi-siyasi arxitekturasını yenidən formalaşdırır. Gürcüstanın isə bu prosesdən əlavə qazanc əldə etmək imkanı böyükdür".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Cəsarətli siyasət - RƏY
Dünən, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Dünən, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Dünən, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Dünən, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Dünən, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Dünən, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Dünən, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Dünən, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Dünən, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru