1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                 

Türkiyə ilə əlaqələrin normallaşmasına Ermənistan yox, Azərbaycan maneə yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 22-11-2025, 10:01 | Çap et

Ermənistan xarici işlər naziri Ararat Mirzəyan qəribə açıqlama verib. Öncə o bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün mühüm prioritetdir. Ardınca qeyd edib ki, İrəvan eyni zamanda, Azərbaycanla əldə olunan sülhün institusional şəkildə möhkəmləndirilməsində də maraqlıdır və hər iki istiqamətdə “səmimi səylər” göstərir.

Daha sonra Mirzəyan iddia edib ki, Ankara ilə normallaşma prosesi guya Bakı ilə sülh danışıqlarından asılı deyil. Bununla belə, o, iki xətt arasında müsbət qarşılıqlı təsirin mümkünlüyünü istisna etməyib: “Əgər bu iki proses arasında səbəb-nəticə əlaqəsi axtarsaq, tam əminliklə deyə bilərik ki, Türkiyə ilə münasibətlərin tam tənzimlənməsi Ermənistan-Azərbaycan normallaşmasına mənfi deyil, əksinə, müsbət təsir göstərə bilər”.

Beləcə, erməni XİN başçısı yenə “atı arabanın arxasına” qoşmağa çalışıb. Çünki cəm iki gün öncə Türkiyə xarici işlər naziri Hakan Fidan demişdi ki, Ankaranın İrəvanla diplomatik münasibətləri yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşa bilər. “Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalayanda biz də Ermənistanla münasibətləri normallaşdırmağa hazır olacağıq”, - Fidan vurğulayıb və onu da əlavə edib ki, Türkiyə eyni mövqeni dəfələrlə (!!) bəyan edib və bu siyasətə sadiqdir.

O zaman Mirzəyanın bunun ziddinə fikir söyləməsinin anlamı nə? İrəvan Bakı və Ankaranın arasının dəyəcəyinəmi ümid edir? Yəni ki, Türkiyə ilə əlaqələrin normallaşmasına Ermənistan yox, Azərbaycan maneə yaradır...

Professor Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan sülh prosesi ilə sinxronluq təşkil edir. Onun fikrincə, Bakı və Ankara “saat əqrəblərini” tutuşdurur və koordinasiyalı şəkildə hərəkət edir. “Bu da konfidiensial addımlar deyil. Azərbaycan və Türkiyə müttəfiq güclər olaraq bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər. Biz olmayan tribunada Türkiyə sözümüzü deyir, Türkiyə olmayan platformada biz qardaş mesajını çatdırırıq. Bu baxımdan, Ermənistanla münasibətlər də paralel şəkildə inkişaf etməkdədir. Amma Azərbaycanın Ankara-İrəvan əlaqələrinin tam yaxşılaşmasına əngəl olması iddiaları kökündən yanlışdır”, - deyə Q.Hüseynli belə şərh edib.

Professor bunun belə olmadığını izah edib: “Əvvəla, Ermənistanın Müstəqillik aktında Türkiyənin 6 vilayətinə ərazi iddiası yer alır. Doğrudur, son olaraq Ağrı dağını gerbdən çıxardılar, amma ərazi iddiaları qalır. Ona görə Ermənistan qanunvericiliyə dəyişiklik edəndə təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı ərazi iddialarını da oradan qaldırmalıdır. Ankaranın digər tələbi isə Zəngəzur dəhlizi ilə bağlıdır. Bu koridor açılmadığı halda ”Marqara" keçid məntəqəsi də işə düşməyəcək. O nöqteyi-nəzərdən Mirzəyanın normallaşmaya maneə kimi Azərbaycanı göstərmək istəməsi uğursuz yanaşmadır. Fakt budur ki, Türkiyənin öz tələbləri və gözləntiləri var".

Q.Hüseynlinin sözlərinə görə, yəni Azərbaycan qardaş ölkə qarşısında şərt və ya diktə şəklində tələb qoymayıb ki, Ermənistanla quru sərhədləri açmasın: “Əksinə, hazırkı sülh dönəmində Türkiyə bu addımı atsa belə, Azərbaycan etiraz etməyəcək. Çünki Prezident Qazaxıstanda elan etdi ki, Ermənistana qoyulan tranzit embarqosu aradan qaldırılıb. Bu gün Azərbaycan üzərindən Rusiya və Qazaxıstan taxılı Ermənistana daşınır. Bu mənada, Türkiyənin quru sərhədlər bağlı atacağı addıma Azərbaycanın hər hansı protesti olmayacaq. Sadəcə, regiondakı proseslər, Zəngəzur dəhlizi və ərazi iddiaları məsələsi həllini tapmalıdır. Türkiyənin Ermənistandan ayrıca gözləntiləri var. Odur ki, problem və əngəl yaradan tərəf İrəvandır. Ermənistan dəhlizin tikintisi üçün addım atmayıb, konstitusiyaya düzəliş etməyib, hələ bir Azərbaycanı ittiham edir. Paşinyan hakimiyyəti tələsməlidir ki, bu problemləri yoluna qoyaraq Rusiyanın təsirlərini azaltsın, Türkiyə vasitəsi ilə Avropaya çıxsın”.

Siyasi şərhçi Alim Nəsirov isə hesab edir ki, Mirzəyan bununla Bakı və Ankaranı üz-üzə qoya biləcəyini hesablayıb: “Lakin onun yanlış məntiqi İrəvanın öz işinə xələl gətirir. Ermənistan ərazi iddialarına son qoymasa, qanunvericilik aktlarından onu çıxarmasa münasibətlərin tamamilə normallaşması real deyil. Bakı İrəvana sonuncu ”ev tapşırığı" verib və bunu tezliklə yerinə yetirməlidir. Amma Paşinyan 2026-ci il parlament seçkilərindən sonra referenduma getməyi planlaşdırıb. O deməkdir ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ən azı 2027-ci ilədək Ermənistan konstitusiyasında qüvvədə olacaq. Belə olan halda, Mirzəyan hansı haqla günahı Azərbaycanda görür?"

A.Nəsirovun fikrincə, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasından böyük fayda götürəcək: “Bu, onun iqtisadi cəhətdən Rusiyadan asılılığını azaldacaq. Eyni zamanda, avrointeqrasiya yolunu sürətləndirəcək. Ermənistan bazarlarını türklər götürəcək, inşaat sektorundan tutmuş tekstil sahəsinə qədər ciddi təsiri olacaq. Bu fürsəti dəyərləndirmək istəyən tərəf addımlarını sürətləndirməlidir. Sadəcə, Mirzəyan daxili auditoriyaya hesablanmış bəyanatlar verir”.

Ekspertin sözlərinə görə, rəsmi İrəvan Ermənistan-Türkiyə münasibətlərini, Ermənistan-Azərbaycan münasibətlərindən ayrı tutur: “Hər halda, ermənilərin baş diplomatının dediklərindən gəlinən nəticə bunu deməyə əsas verir. Çünki Mirzəyan Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasının İrəvanın Bakı ilə əlaqələrində də müsbət dinamika yarada biləcəyi qənaətinə gəlir. Əslində, buna qənaət demək bir o qədər yerinə düşmür. Erməni nazir müəyyən mənada, şərt dili ilə danışır. Təxminən belə: Ankara Ermənistanın Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq və sülh quruculuğuna töhfə vermək istəyirsə, İrəvanla normallaşma prosesinə getməlidir. Halbuki, Hakan Fidan məsələni fərqli qoymuşdu. Türkiyəli nazir, faktiki olaraq, bildirmişdi ki, Ermənistan üçün Türkiyə iqtisadi planda vacibdir və bu vacibliyin dividend qazandırmasını istəyənlər İrəvanın Bakı ilə sülhə gəlməsinə çalışmalıdırlar”.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Cəsarətli siyasət - RƏY
Dünən, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Dünən, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Dünən, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru