"Biz işlərimizi bu şəkildə qura bilsək, formalaşdıra bilsək, təhsilimiz daha uğurlu olar" .....                     Ölkəmizdə yığılan avtomobillər anbarlarda QALIB .....                     AZƏRTAC-ın əməkdaşları İrəvanda oldu?.. .....                     KTN 154 min manatlıq katric alacaq: Nazirlik nəşriyyat yaradır? .....                     Repetitorluq ləğv edilir? .....                     PKK-çıdan CHP-ni qəzəbləndirən paylaşım .....                     Paşinyandan sülhə zərbə vuracaq çıxış .....                     Tanınmış kulinara ağır itki üz verib .....                     Qazaxda “YAP Azərbaycanın müasir tarixində böyük bir fenomendir” mövzusunda tədbir keçirilib .....                     “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” bəzi göstəricilərdə .....                     Ali məktəbi qoyub döyüşə getdi .....                     Yanğında ölənlərdən biri binanın MMMC-in sədri olub .....                     Bu ağılla... bu savadla... Türkiyənin BAŞ NAZİRİ OLUB! .....                     Neft ehiyatlarımızın və hasilatın azaldığı dövrdə... .....                     Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ .....                     “Televiziyadan uzaqlaşmağıma peşman deyiləm, .....                     İcra başçısı həbs ediləndən sonra zibil qutuları yığışdırıldı .....                     Ukraynada savaş bitir: Putinin Azərbaycan planı nə? .....                     5 manatlıq meyvə-tərəvəz şirkətinin 812,8 min manat vergi borcu var .....                     Bu nazirliklər LƏĞV OLUNUR .....                     Nazirlik hər biri 37,9 min manata 12 avtomobil aldı .....                     Rusiya sülh planına razılıq verməsə, iqtisadi böhran dərinləşəcək .....                     Azərbaycanda müflis olmuş şirkətin hazırlq iclası keçirirəcək .....                     Sabiq rəis həbsdə öldü .....                     Şair Arif Buzovnalı vəfat edib .....                     SOCAR-da işçilərin attestasiyadan keçirilməsi... .....                     “Tramp yolu” gürcülərin də işinə yarayacaq... .....                     Yanğın anından video paylaşdı: Bu restoranı ittiham etdi .....                     “Şayiə yayırlar ki, Tahir partiyanı pulla satıb” .....                     Türkiyə ilə əlaqələrin normallaşmasına Ermənistan yox, Azərbaycan maneə yaradır? .....                     Zaxarovanın Cənubi Qafqaz barədə tənqidi və Rusiya narahatlığı .....                     Vergi xidməti kartla ödənişi təbliğ edir, amma bunlar... .....                     Zaqatalada arılar kütləvi halda MƏHV OLUR .....                     “Musiqili meyxananın banisi Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq və Molla Məmməddir” .....                     DOST-un “qızıldan qiymətli” damı: 54 min manata təmir ediləcək .....                     "Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır" .....                     Dövlət xərçəngə yoluxanları Allahın ümidinə BURAXIR? .....                     Avropa İttifaqından Ukraynaya görə ABŞ-yə etiraz: İyrənclik edirsiniz .....                     Azərbaycanda tanınmış rəssam vəfat etdi .....                     Türkiyə-İsrail gərginliyi: BAKI NARAHATDIR... .....                 

İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Tarix: 9-05-2025, 11:49 | Çap et
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır
Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər. Ekspertlərə görə, Prezident İlham Əliyevin Moskvada keçiriləcək 9 May Qələbə paradına qatılmamasının səbəbləri haqda çox danışmaq olar. Elə son 5-6 ayda Azərbaycana münasibətdə ard-arda baş verən xoşagəlməz, neqativ hadisələr - AZAL-ın təyyarəsinin vurulmasından və bu cinayətin günahkarlarının cəzalandırılmamasından tutmuş, "Rus Evi" ilə bağlı yaşanan gərginliyə, Rusiyadan Azərbaycana qarşı kiberhücumların edilməsinə və eləcə də deputat Azər Badamovun Moskva hava limanında saxlanılıb geri qaytarılmasına qədər, bir çox məsələlər tam əsas verirdi ki, Azərbaycan lideri bu paradda iştirakdan imtina etsin. Ancaq rəsmi səbəbi də gözardı etməməliyik. Yuri Uşakov bildirib ki, İlham Əliyev Ümummilli Lider Heydər Əliyevlə bağlı ölkədaxili tədbirlər səbəbindən Qələbə Paradında iştirak etməyəcək. Bu da kifayət qədər əsaslı və prioritet səbəbdir. Lakin istər rəsmi, istərsə də qeyri-rəsmi səbəblərin nə olmasından asılı olmayaraq, Azərbaycan Prezidentinin bu addımı həqiqətən də təqdirəlayiq və düzgün hesablanmış addımdır.

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin 9 mayda Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı gözlənilən idi. Ekspertin fikrincə, səfərin təxirə salınmasına təsir edən əsas səbəblər bunlardır:

"AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də hadisə ilə bağlı əməli istintaq aparmayıb. Qəzanın səbəbləri aydınlaşdırılmayıb və məsul şəxslər müəyyən edilərək cəzalandırılmayıb. Son zamanlar Azərbaycanın bir sıra media resurslarına qarşı həyata keçirilən kiberhücumların mənbəyinin Rusiya olduğu sübuta yetirilib. Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə səbəbsiz yerə qadağa qoyulub, o, Moskva aeroportunda saxlanılaraq ölkədən deportasiya edilib. Rusiya tərəfi isə bu insidentlə bağlı hər hansı əsaslandırılmış açıqlama verməyib. Bütün bu amillər nəticəsində Prezident İlham Əliyevin Moskvaya səfəri təxirə salınıb. Bu qərar bir daha təsdiqləyir ki, Azərbaycan-Rusiya münasibətlərində son dövrlər müşahidə edilən nisbətən sakit fon və təmkinli ritorikaya baxmayaraq, əsaslı problemlər hələ də qalmaqdadır".

Analitikə görə, xüsusilə rəsmi Bakının Moskva ilə bağlı inamı son aylarda ciddi şəkildə sarsılıb:
"İkitərəfli səfərlərin azlığı, media və rəsmi ritorikada ehtiyatlı yanaşma nümayiş etdirilsə də, pərdəarxasında ciddi narazılıq və inamsızlıq hökm sürür. Deputat Azər Badamovun Moskvada saxlanılıb deportasiya edilməsi hadisəsi də Kremlin münasibətləri normallaşdırmaq üçün Bakı tərəfindən qaldırılan narahatlıqları aradan qaldırmağa maraqlı olmadığını göstərdi. Rəsmi Moskvanın "hadisələri unudaq və keçmişdə qoyaq" yanaşması qəbuledilməzdir. Bu cür laqeydlik və məsuliyyətsizlik Azərbaycanın inamını daha da zəiflədir. Prezident İlham Əliyevin Qələbə paradına qatılmaması isə bu inamsızlığın nə qədər dərinə işlədiyini nümayiş etdirir. İstisna deyil ki, gələcəkdə Azərbaycan-Rusiya münasibətləri zahirən normallaşsa da, Bakının Moskvaya olan inamsızlığı qalacaq. Bu, indiki qədər açıq şəkildə ifadə olunmasa da, diplomatik davranışlarda özünü büruzə verəcək".

Siyasi şərhçi Azər Niftiyev də Sherg.az-a deyib ki, müzəffər Ali Baş Komandan bu dəfə də strateji və qətiyyətli qərar qəbul edib. Onun sözlərinə görə, AZAL-a məxsus olan sərnişin təyyarəsinin məlum qəzaya uğramasından 5 ay vaxt ötür:

"Rəsmi Rusiya isə əməliyyat-istintaq tədbirləri aparmaqdan boyun qaçırır. Hadisənin günahkarları tapılıb hüquqi məsuliyyətə cəlb edilmir. Bu isə heç şübhəsiz, Rusiyadakı rəsmi dairələrin bu cinayəti ört-basdır etmək niyyətindən qaynaqlanır. Azərbaycandakı kütləvi informasiya vasitələrinə qarşı kiberhücumlar təşkil edilir. Bu hücumların da şimal qonşumuz tərəfindən həyata keçirilməsi öz təsdiqini tapır. Bununla da bağlı rəsmi Moskva hər hansı izahata və açıqlamaya ehtiyac duymur. Azərbaycanlı deputatın Rusiya ərazisinə girişinə məhdudiyyət qoyulur. Deputat deportasiya olunur və geri qaytarılır. Yenə heç bir rəsmi izahat yoxdur. Siyahını uzatmaq da olar. Rusiya da Fransa kimi öz imperiya şakərindən qurtula bilmir və özünü region ağası kimi aparır. Amma unudur... Unudur ki, rupor hesab etdiyi dövlətlərdən fərqli Azərbaycana qarşı bu cür üsullarla təzyiq göstərmək mümkün deyil. Milli maraqlara söykənən diplomatik siyasət kursu davam edir və gərginləşən geosiyasi münasibətlər sistemində Prezident İlham Əliyevin Qələbə paradı adlı tədbirə qatılmaması ölkəmizə qarşı yürüdülən ədalətsiz siyasətə layiqli cavab, möhtəşəm strateji və taktiki gedişdir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Biz işlərimizi bu şəkildə qura bilsək, formalaşdıra bilsək, təhsilimiz daha uğurlu olar" - ÇIXIŞ YOLU...
Bu gün, 12:34
Ölkəmizdə yığılan avtomobillər anbarlarda QALIB – Niyə alıcı tapılmır?
Bu gün, 12:31
AZƏRTAC-ın əməkdaşları İrəvanda oldu?.. - Hansı tədbirdə?..
Bu gün, 12:30
KTN 154 min manatlıq katric alacaq: Nazirlik nəşriyyat yaradır? - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 12:11
PKK-çıdan CHP-ni qəzəbləndirən paylaşım - Etirazlar böyüyən kimi sildi
Bu gün, 12:03
Paşinyandan sülhə zərbə vuracaq çıxış - İrəvan cinayətkarları geri istəyir?
Bu gün, 11:59
Tanınmış kulinara ağır itki üz verib
Bu gün, 11:58
Qazaxda “YAP Azərbaycanın müasir tarixində böyük bir fenomendir” mövzusunda tədbir keçirilib - FOTO
Bu gün, 11:34
“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” bəzi göstəricilərdə - GERİLƏYİB
Bu gün, 11:27
Ali məktəbi qoyub döyüşə getdi - Arif Buzovnalının BİOQRAFİYASI
Bu gün, 11:21
Yanğında ölənlərdən biri binanın MMMC-in sədri olub - tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Bu gün, 11:18
Bu ağılla... bu savadla... Türkiyənin BAŞ NAZİRİ OLUB! - deyir ki...
Bu gün, 11:14
Neft ehiyatlarımızın və hasilatın azaldığı dövrdə... - qeyri-neft sektorunun inkişafı üçün sahibkarlara dəstək verilməlidir
Bu gün, 11:10
Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ – Erməni revanşizminin SON AKKORDLARI
Bu gün, 11:02
“Televiziyadan uzaqlaşmağıma peşman deyiləm, aktyorun maddi vəziyyəti yaxşı olmalıdır”
Bu gün, 10:58
İcra başçısı həbs ediləndən sonra zibil qutuları yığışdırıldı - SƏBƏB
Bu gün, 10:55
Ukraynada savaş bitir: Putinin Azərbaycan planı nə? - ŞƏRH
Bu gün, 10:50
5 manatlıq meyvə-tərəvəz şirkətinin 812,8 min manat vergi borcu var - DETALLAR
Bu gün, 10:44
Bu nazirliklər LƏĞV OLUNUR - Dövlət səviyyəsində KƏMƏRSIXMA?
Bu gün, 10:42
Nazirlik hər biri 37,9 min manata 12 avtomobil aldı - DETALLAR
Bu gün, 10:38
Rusiya sülh planına razılıq verməsə, iqtisadi böhran dərinləşəcək - deputat
Bu gün, 10:37
Azərbaycanda müflis olmuş şirkətin hazırlq iclası keçirirəcək
Bu gün, 10:30
Sabiq rəis həbsdə öldü – 66 yaşı var idi
Bu gün, 10:27
Şair Arif Buzovnalı vəfat edib
Bu gün, 10:25
SOCAR-da işçilərin attestasiyadan keçirilməsi... - "Ən ədalətsiz hal ondan ibarətdir ki..."
Bu gün, 10:23
“Tramp yolu” gürcülərin də işinə yarayacaq... - AYDIN OLDU...
Bu gün, 10:19
Yanğın anından video paylaşdı: Bu restoranı ittiham etdi - FOTO, VİDEO
Bu gün, 10:10
“Şayiə yayırlar ki, Tahir partiyanı pulla satıb” - QALMAQAL
Bu gün, 10:05
Türkiyə ilə əlaqələrin normallaşmasına Ermənistan yox, Azərbaycan maneə yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:01
Zaxarovanın Cənubi Qafqaz barədə tənqidi və Rusiya narahatlığı - İNCƏLƏMƏ
Bu gün, 09:50
Vergi xidməti kartla ödənişi təbliğ edir, amma bunlar... - GİLEY
Bu gün, 09:45
Zaqatalada arılar kütləvi halda MƏHV OLUR – Karantin tətbiq olunacaq?
Bu gün, 09:36
“Musiqili meyxananın banisi Nizami Rəmzidən əvvəl Ağasəlim Çıldaq və Molla Məmməddir”
Bu gün, 09:33
DOST-un “qızıldan qiymətli” damı: 54 min manata təmir ediləcək - BU NƏDİ BELƏ?
Bu gün, 09:31
"Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır" - ETİRAZ
Bu gün, 09:28
Dövlət xərçəngə yoluxanları Allahın ümidinə BURAXIR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:27
Avropa İttifaqından Ukraynaya görə ABŞ-yə etiraz: İyrənclik edirsiniz - “Financial Times”
Bu gün, 09:24
Azərbaycanda tanınmış rəssam vəfat etdi
Bu gün, 09:23
Türkiyə-İsrail gərginliyi: BAKI NARAHATDIR... - Görünəni odur ki...
Bu gün, 09:12
Deputatla bağlı ittiham dolu iddialar... - TƏFƏRRÜAT
Bu gün, 09:10
AZƏRİQAZ işçisi Prezidentdən kömək istəyir - MÜRACİƏT
Bu gün, 09:05
SOCAR-da işçi ixtisarı ƏVVƏLKİ TEMPİNDƏ... DAVAM EDİR!
Bu gün, 08:55
İrəvan Moskvadan uzaqlaşır: Paşinyanın Qazaxıstan səfərinin detalları - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
"Kənd məktəblərinin bağlanması kəndlərin boşalmasına səbəb ola bilər" - deputat
Bu gün, 08:45
Pulla tikilən evlər pulsuz sökülür - AKTUAL
Bu gün, 08:44
Ermənistan müxalifəti “birləşir” – Paşinyana qarşı “ümumi hücum” planı
Bu gün, 08:39
"Nədənsə onun yanında uşaq kimi oluram..." - FOTO
Bu gün, 08:22
Zelenski və Yermak "Instagram"da bir-birini izləmədən çıxardı
Bu gün, 08:20
Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanmasına başlayıb - KİV
Bu gün, 08:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru