Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 160 manat 5 qəpiyə bərabər olub. Yeniavaz.com xəbər verir ki, bir qram qızılın qiyməti ötən ilin əvvəlindən ötən dövr ərzində 43% və ya 48 manat artıb. Belə ki, ötən ilin əvvəlində qızılın bir qramı 112 manat olub. Qeyd edək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.