Laçında xuliqanlıq edən iki nəfər həbs edildi .....                     Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender .....                     Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? .....                     Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... .....                     Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq .....                     Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər .....                     Tibb bacısının əri həkimi döydü .....                     Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi .....                     Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur .....                     Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” .....                     Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır .....                     Gəncədə Prezident sərəncamı niyə icra olunmur? .....                     Parisdən Azərbaycana böyük pislik .....                     Həmkarsız qalan SOCAR işçiləri... .....                     Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... .....                     Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. .....                     Virtual təhlükəsizlik məsələsi... .....                     "Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı .....                     Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı .....                     ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR .....                     Qalmaqallı kolleclə bağlı daha bir iddia .....                     Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq .....                     İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib .....                     Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib .....                     Rəqsanənin borclu olduğu şəxs danışdı .....                     2026-cı il üçün “vahiməli ssenari” .....                     ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır .....                     "33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm" .....                     Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb .....                     Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir .....                     Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi .....                     TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... .....                     ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər .....                     Ərdoğan Zelenski ilə görüşüb .....                     Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı .....                     Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb .....                     "Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm" .....                     Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır .....                     Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu .....                     Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir .....                 

“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
Tarix: 6-11-2024, 11:57 | Çap et
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu
Bakıda BMT-nin COP29 iqlim konfransının keçirilməsi ərəfəsində anti-Azərbaycan qüvvələrin “fəallığı” səngimir. Bu “xor”a zatən həmişə Azərbaycana qərəzli münasibəti ilə seçilən “Amnesty İnternational” da qoşulub. Qurum Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında qərəzli hesabatı ilə kifayətlənməyərək, COP29 iştirakçılarına “tövsiyələrini” dərc edib.

“Amnesty İnternational” bundan əvvəlki hesabatlarında olduğu kimi, heç bir konkret faktlara əsaslanmadan, sadəcə, fəaliyyəti Azərbaycanı ləkələməkdən ibarət olan “yerli QHT-lərin məlumatına əsaslanaraq” hazırda ölkəmizdə 300-dən çox insanın siyasi motivli ittihamlarla həbsdə olunduğu yalanını tirajlayıb.

“Amnesty İnternational” iddia edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib, hətta guya “iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub”. Amma buna sübut kimi hansısa ekoloqu deyil, qaçaqmalçılıqda ittiham olanları göstərib.

Hesabatın “doza”sını artırmaq istəyən “Amnesty İnternational” bu dəfə iddia edir ki, guya bir çox yerli fəal ölkəni tərk etməyə məcbur edilib.

“Amnesty İnternational”ın gülünc səslənən iddiasından biri də budur ki, “COP29-da minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin Shell və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir”. Təşkilat az qala tələb edir ki, “bütün iştirakçı dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir”.

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, “Amnesty İnternational” kimi qondarma insan haqları təşkilatları müstəqil siyasət yürüdən ölkələri sevmirlər: ""Amnesty İnternational" kimi təşkilatlar Qərbdəki bəzi “narıncı inqilabçı” dairələrin əlində hər zaman təzyiq və təsir aləti olub. Bu kimi qurumlar heç vaxt Azərbaycanın uğurlarını həzm edə bilməyiblər. Ən əsası, öz ağalarının sifarişlərini yerinə yetiriblər. Vaxtilə Ermənistanda yüzlərlə siyasi məhbus var idi. Ölkənin iki əsas müxalif lideri həbs olunmuşdu. Onlara qarşı uzunmüddətli süni məhkəmə prosesləri təşkil edilmişdi. Amma nədənsə Avropadakı insan haqları təşkilatları Ermənistandakı bu cür antidemokratik prosesləri görməzdən gəldilər. Çünki həmin addımlar onların özləri tərəfindən küçədən hakimiyyət kürsüsünə çıxardıqları Paşinyan tərəfindən atılırdı. Ona görə də səslərini çıxarmırdılar. Bu baxımdan, hesab edirəm ki, “Amnesty İnternational” kimi qondarma insan haqları təşkilatları müstəqil siyasət yürüdən ölkələri sevmirlər. Onlara qarşı hər zaman əks mövqedə dayanırlar. Hətta ölkələrin daxili işlərinə, hüquq-məhkəmə sisteminə də qarışırlar. “Amnesty İnternational” iddia edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib. Təbii ki, bunların hamısı iftiradır. Ağ yalandır və heç bir əsası yoxdur. Qaçaqmalçılıqla tutulanları bu “təşkilat” “ekoloq” adlandırmaqdan belə çəkinmirsə, deməyə başqa söz yoxdur. Onların budəfəki qarayaxma kampaniyaları da həmişəki kimi iflasa uğrayacaq. Çünki yalanın ömrü qırx gün çəkir".

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı burada “Ermənistan sevgisi” görür: “Azərbaycanda BMT-nin COP29 iqlim konfransının keçirilməsi tədbiri anti-Azərbaycan qüvvələrin əlinə fürsət verib. Bütün imkanları ilə Azərbaycana qarşı fəaliyyət göstərirlər. "Amnesty İnternational" və bu kimi təşkilatlar Amerikanın əlində bir vasitə rolunu oynayır. İndiyə qədər bütün hesabatlarında qərəzli olublar. Məqsədli şəkildə bu cür təşkilatlar qərəzli hesabatlar hazırlayır və həmin ölkələrə təzyiq olunur. Özlərinin yaratdıqları və maliyyələşdirdikləri yerli QHT-ləri də Amerika və Qərb yaradıb. Bu təşkilatların təqdim etdiyi siyahıda terrorçu Arutunyandan tutmuş, dövlətə xəyanət etmiş şəxslərə qədər var. Ağır cinayət törətmiş şəxsləri “siyasi məhbus” sayırlar. "Amnesty İnternational" gülünc səslənən iddiasından biri də budur ki, “COP29-da minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin Shell və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir”. Təşkilat az qala tələb edir ki, “bütün iştirakçı dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir”. Göründüyü kimi, müxtəlif üsullarla Azərbaycana qarşı fəaliyyət göstərirlər. Əldə olunan məlumatlara görə, hansı ölkədə COP-un tədbiri keçirilirsə, Amerika o ölkəyə bu formada təzyiq edir, öz məqsədlərinə çatmaq üçün. İndiki vəziyyətdə Amerikanın və Qərbin Azərbaycana hücum etməsinin əsasında Ermənistan sevgisi durur. Öz xristian həmrəyliklərini nümayiş etdirirlər".

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli: “Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) bəşəriyyətin gələcək taleyini müəyyənləşdirən platforma kimi yanaşır. Konfrans iştirakçılarının rahatlığını, sərbəst fikir mübadiləsinin təşkili üçün bütün imkanlarını səfərbər edir. Azərbaycanın marağı budur ki, iqlim dəyişmələrinə səbəb olan amillər müəyyənləşdirilib müzakirə edilsin, bu səbəblərin aradan qaldırılması üçün əməli addımlar atılsın, strategiyalar hazırlansın.

Amma Qərb mərkəzlərinin yanaşması fərqlidir. Onlar bu tədbirə bəşəriyyətin gələcəyini xilas etmək üçün platforma kimi baxmırlar. COP29-a öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşırlar. Konfransın Azərbaycanda keçirilməsi yönündə qərarın verildiyi gündən başlayaraq indiyədək çirkin bir kampaniya aparırlar. Tədbiri pozmaq üçün genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Bu məqsədlə ənənəvi mexanizmləri hərəkətə gətiriblər. Özlərini “insan haqlarının müdafiəçisi” elan etmiş “beynəlxalq statuslu təşkilatlar”, o cümlədən “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” qismində təşkilatlar prosesə qatılıblar. Hər gün bir qondarma informasiya yaymaqla konfransın tərtibatına xələl gətirməyə çalışırlar. Təbii ki, bu təşkilatlar öz düşüncələri ilə hərəkət etmirlər. Bəlli mərkəzlərdən sifarişlər alıb icra edirlər.

Kampaniya təşkilatçıları bu günə qədər işlərini daha çox ənənəvi KİV-lər, transmilli media subyektləri üzərindən yürüdüblər. İndi isə həm də sosial şəbəkələri, o cümlədən X sosial media platformasını da prosesə qatıblar. #COP29 həştəqi altında qeyri-obyektiv bir kampaniyaya start veriblər. Bütün əlamətlər onu göstərir ki, bu kampaniya da ənənəvi mərkəzlər tərəfindən sistemli şəkildə idarə olunur.

COP29 konfransı Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Təbii ki, belə mövqe region üzərində məkrli planlar qurmuş geopolitik savaş oyunçularına xoş gəlmir. Fikrimcə, COP29 üzərindən aparılan kampaniya da reallıqda ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı yönəlmiş təzyiq prosesidir. Amma bu kampaniyanı aparanlar gərək unutmasınlar ki, Azərbaycan belə oyunları dəfələrlə ifşa edərək iflasa uğrada bilib".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Laçında xuliqanlıq edən iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:09
Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender - DETALLAR
Bu gün, 10:07
Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? - AÇIQLAMA
Bu gün, 10:06
Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... - İNCƏLƏMƏ
Bu gün, 10:00
Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq - ŞİRKƏT, QALİB
Bu gün, 09:56
Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 09:53
Tibb bacısının əri həkimi döydü – GƏNCƏDƏ HADİSƏ
Bu gün, 09:52
Abid Şərifov ölkə gündəmindən danışmaq istəmədi - "Canımın hayındayam..."
Bu gün, 09:48
Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir” - AKTUAL
Bu gün, 09:40
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır - MƏQALƏ
Bu gün, 09:33
Gəncədə Prezident sərəncamı niyə icra olunmur? - MÜRACİƏT
Bu gün, 09:04
Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı
Bu gün, 08:50
Həmkarsız qalan SOCAR işçiləri... - Amma qanun deyir ki...
Bu gün, 07:42
Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... - AXI NİYƏ?..
Bu gün, 07:35
Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Virtual təhlükəsizlik məsələsi... - HƏLƏ DƏ...
Bu gün, 07:21
"Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı - 5 aydır vətəndaş qapılarda qalıb
Bu gün, 07:18
Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı - NƏ ETMƏLİ?
Bu gün, 07:09
ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR - FAKT BUDUR!
Bu gün, 07:07
Qalmaqallı kolleclə bağlı daha bir iddia - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq - TƏFƏRRÜAT
Bu gün, 06:57
İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib - ŞƏRH
Bu gün, 06:44
Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib - Görünəni odur ki...
Bu gün, 06:40
Rəqsanənin borclu olduğu şəxs danışdı - "Onu biz buraxdırdıq"
Bu gün, 06:34
2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?
Bu gün, 06:32
ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır - GƏLİŞMƏ
Bu gün, 06:28
"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"
Dünən, 18:27
Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb
Dünən, 18:15
Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir - VİDEO
Dünən, 18:07
Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi
Dünən, 18:05
TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... - AKTUAL
Dünən, 17:58
ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər - KİV
Dünən, 17:56
Ərdoğan Zelenski ilə görüşüb
Dünən, 17:54
Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Dünən, 17:14
Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Dünən, 17:06
"Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Dünən, 16:48
Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır - ONA GÖRƏ DƏ...
Dünən, 16:42
Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu - Qalmaqal böyüyür
Dünən, 16:34
Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir - Zelenski
Dünən, 16:30
Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:28
Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir - Bakısız mümkün deyil
Dünən, 16:27
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad - NARAZILIQ VAR...
Dünən, 16:21
“Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” - ŞƏRH
Dünən, 16:17
Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
Dünən, 16:07
Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir - YENİ DETALLAR
Dünən, 16:03
TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək - Ermənistan Prezidenti
Dünən, 15:56
"19 min ödədim, maşınımı xəbərsiz satdılar" - GİLEY
Dünən, 15:40
“Təhsildəki real problemləri gizlətmək düzgün deyil” - ETİRAZ
Dünən, 15:38
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb - DİQQƏT
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru