Keçən günlərdə məlumat verərək bildirmişdik ki, “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevin yarıtmaz fəaliyyəti təftiş olunur və vəziyyət hətta o həddədir ki, onun vəzifədən alınması da gündəmdədir. Belə bir ərəfədə isə “Neftqaztikinti” trestinin işçiləri adından edilən şikayətlər də artıb.
"DİA-AZ" olaraq növbəti vətəndaş gileyini təqdim edirik:
"Tikinti quraşdırma idarəsində 12 gözətçi var və onların maaşları demək olar ki, hər ay aşağı düşür. Əvvəllər 850 manat və ya 900 manat alan gözətçilər indi evdən 60 kilometr, 100 kilometr məsafə uzağa - şərait olmayan yerə gedir, amma əvəzində cəmi-cümlətanı maaş olaraq 400-500 manat alır.
Bu nə dərəcədə ədalətli durumdur?"























