Bir müddət əvvəl boşandıqları deyilən tanınmış sənətçi Rəqsanə İsmayılova həyat yoldaşı ilə yeni fotolarını paylaşaraq özünün sosial şəbəkə hesabında maraqlı rəyi ilə diqqətə gəlib.
"DİA-AZ" xəbər verir ki, tanınan müğənni əri ilə olan fotosunun altında belə yazıb:
"Yaxşı ki, həyatımın yoldaşısan. Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan. Yaxşı ki, varsan, yaxşı ki, həyatımın ən gözəl parçasısan. Hər zaman belə yan-yana olaq..."
























