ABŞ-ın moteratorluğu ilə Azərbaycan – Ermənistan arasında imzalanan “Vaşinqton Sazişindən” düz bir il keçir. Bu 1 il ərzində Azərbaycan-Ermənistan müasibətləri xeyli dərəcədə normallaşıb, sülh bərqərar olub, logistik və ticari münasibətlər yaranıb, üçüncü ölkələrin iştirakı olmadan dialoq başlayıb. Bütün bunlar ona görə baş verdi ki: 1) Moterator ABŞ oldu, 2) Rusiya Cənubi Qafqazdan zəiflədi, 3) Azərbaycan tarixi hərbi qələbəyə nail oldu.
Azərbaycanın qələbəsi, nə qədər qəribə səslənsə də, Ermənistanın müstəqilliyini və suverenliyini möhkəmlətdi, yükünü azaltdı, işğal və münaqişənin yaratdığı iqtisadi xərcləri sıfırladı.
ABŞ-da məhz 8 avqust tarixində belə bir sənədin imzalanmasının böyük simvolik əhəmiyyəti də var idi – 2008-ci ildə Kreml Gürcüstana təcavüz etdi, 20% de-facto işğal etdiyi torpaqları de-jure tanıdı və bu Moskvanın bölgədə dominantlığını xeyli artıran faktora çevrildi.
Cəmi 17 il sonra eyni tarixdə Vaşinqtonda atılan imzalar Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu xeyli zəiflətdi, Kremlin bölgəmizlə bağlı planlarını pozdu. Rusiyanın Cənubi Qafqazda zəiflədilməsi, sıxışdırılması da Azərbaycan – Türkiyə münasibətlərinin tarixi sıx səviyyəyə yüksəlməsi ilə baş verdi. Bu gün Cənubi Qafqazda Rusiya zəifdirsə, zəifləməkdə də davam edirsə, bunun müəllifi Azərbaycan və Türkiyə ittifaqı, bu münasibətlərin yaratdığı sağlam təməldir.
İnanmaq istərdim ki, 2027-ci il bütün formal məsələlərin həlli ili olacaq, Cənubi Qafqazda sülh və əməkdaşlıq dərinləşəcək, günün birində dost Gürcüstan da öz ətrazi bütovlüyünü bərpa edəcək, bölgəmiz iqtisadi, siyasi, mədəni əməkdaşlıq coğrafiyasına çevrilicək. Amin!
Natiq Cəfərli - "DİA-AZ"


















