"Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu" .....                     Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir .....                     Vaşinqtondan başlanan sülh prosesi .....                     Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə .....                     Götürək Gürcüstan cəmiyyətini... .....                     "Evdə uşaq ac qalmalıdır?" .....                     “VƏ”dən əvvəl gələn Azərbaycan .....                     Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz .....                     Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə .....                     Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... .....                     Tarix məhkəmə zalı deyil... .....                     "Liftlər baxımsızdır, amma illik pul yığılır..." .....                     2 ildir ki, buradan mənzil alıb, amma... .....                     "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." .....                     " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." .....                     4 min manata telefon alasan, o da belə... .....                     Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... .....                     "21-ci əsrdir... amma bu kənddə..." .....                     Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... .....                     ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir .....                     Bakıda HAVALAR ÇÖNÜR? .....                     Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib .....                     Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                 

Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 09:00 | Çap et

Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sənədlər və əldə olunan siyasi razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni mərhələnin əsasını qoymaqla yanaşı, regionun geosiyasi mənzərəsinə də əhəmiyyətli təsir göstərən addım kimi qiymətləndirilir.
Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəsmi Bakı ilk gündən bəyan edib ki, müharibənin nəticələri siyasi masada hüquqi çərçivəyə salınmalı, dövlətlərarası münasibətlər beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməlidir. Sonrakı mərhələdə irəli sürülən beş baza prinsipi isə iki ölkə arasında sülh sazişinin hüquqi-siyasi təməlini formalaşdıran əsas konsepsiya kimi diqqət çəkib. Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər isə həmin prosesin növbəti mühüm mərhələsi kimi tarixə düşüb. ABŞ-nin vasitəçilik səyləri, Prezident Donald Trampın prosesə göstərdiyi siyasi dəstək, tərəflər arasında aparılan intensiv diplomatik təmaslar və liderlər arasında formalaşan birbaşa dialoq sülh gündəliyinin irəliləməsində mühüm amillərdən biri kimi dəyərləndirilir. Bu mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət kursu, beynəlxalq tərəfdaşlarla qurduğu siyasi münasibətlər və ardıcıl diplomatik xətt isə regionda yeni status-kvonun formalaşmasına təsir edən əsas amillər sırasında göstərilir.
Həmin sammit təkcə iki ölkə rəhbərinin növbəti görüşü deyildi. O, Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə kimi yadda qaldı. Vaşinqtonda aparılan danışıqlar bir daha göstərdi ki, tərəflər arasında dialoq davam edir və bölgənin gələcəyini qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmaq mümkündür.
Vaşinqton sammitindən ötən dövr ərzində Cənubi Qafqazda baş verən proseslər bir daha göstərdi ki, region yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya artıq Cənubi Qafqaza münaqişəli bölgə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika məkanı kimi baxır. Bu isə bütün region ölkələri üçün yeni imkanlar yaradır. Məhz bu baxımdan ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılmış TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsi də diqqət mərkəzindədir. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə və Cənubi Qafqazın qlobal ticarət marşrutlarında rolunun artmasına töhfə verməkdir.
Vaşinqtonda əldə olunan razılaşmalar təkcə diplomatik nəticə deyil, həm də uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son illər sərhədlərin delimitasiyası istiqamətində əldə olunan razılaşmalar, diplomatik dialoqun davam etdirilməsi, kommunikasiyaların açılması ilə bağlı müzakirələrin intensivləşməsi və regionda etimad mühitinin formalaşdırılması bu siyasətin konkret nəticələri kimi qiymətləndirilə bilər. Vaşinqtonda qəbul olunan sənədlərdə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin bir daha təsdiqlənməsi gələcək münasibətlərin hansı əsaslar üzərində qurulacağını nümayiş etdirib.
Təhlükəsiz region daha çox investisiya cəlb edir, yeni nəqliyyat marşrutlarının yaranmasına şərait yaradır və biznes mühitinin inkişafına təkan verir. Cənubi Qafqazın Avropa ilə Asiya arasında mühüm tranzit məkanına çevrilməsi perspektivi də məhz uzunmüddətli sülhdən keçir. Bu baxımdan Vaşinqton görüşünün nəticələri yalnız bugünkü siyasi reallıqlarla deyil, gələcək onilliklərin inkişaf strategiyası ilə də əlaqələndirilir.
Bir il əvvəl Vaşinqtonda atılan addımların nəticələri bu gün də Cənubi Qafqazda gedən siyasi proseslərin əsas müzakirə mövzularından biri olaraq qalır. Sülh gündəliyinin irəliləməsi, regional əməkdaşlıq imkanlarının genişlənməsi və yeni iqtisadi-kommunikasiya layihələrinin gündəmə gəlməsi göstərir ki, əldə olunan razılaşmalar təkcə həmin dövrün diplomatik nailiyyəti deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mərhələlərdən biridir.
Qarşıdakı dövrdə əsas məsələ əldə olunmuş razılaşmaların praktiki icrası, yekun sülh müqaviləsinin imzalanması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsidir. Əminliklə qeyd edə bilərik ki, bu prosesin uğurla başa çatması Cənubi Qafqazda uzunmüddətli sabitliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və regionun beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə mühüm töhfə verəcək.
Vaşinqtonda keçirilən tarixi görüşdən bir il sonra, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.
Dövlətimizin başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib. Eyni zamanda, Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
İki dövlət başçısının telefon danışığı zamanı Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib, TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Yekun olaraq, qeyd edək ki, 8 avqust Vaşinqton Zirvəsi və imzalanmış Birgə Bəyannamə ilə Azərbaycanın regionda yaratdığı status kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ bu yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"
Bu gün, 10:13
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir - "İnterfaks-Qazaxıstan"
Bu gün, 10:09
Vaşinqtondan başlanan sülh prosesi - MƏQALƏ
Bu gün, 09:02
Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Götürək Gürcüstan cəmiyyətini... - Fazil Mustafa yazır...
Bu gün, 08:57
"Evdə uşaq ac qalmalıdır?" - "Kapital bank" a "DUR" deyən olacaqmı?
Bu gün, 08:50
“VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Bu gün, 08:40
Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç
Bu gün, 08:30
Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə – Regionda proseslər sürətləndi
Bu gün, 08:29
Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... - "Az qala hər ay maaşlar aşağı düşür..."
Bu gün, 08:25
Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04
"Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58
2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39
" Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34
4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29
Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23
"21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10
Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57
ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30
Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24
Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Dünən, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Dünən, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Dünən, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Dünən, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Dünən, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Dünən, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Dünən, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Dünən, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Dünən, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Dünən, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Dünən, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
8-08-2026, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
8-08-2026, 13:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru