"Şah İsmayılın ziddiyyətli şəxsiyyət olmasına qibtə etdim. Xeyli insanı tarixi öyrənməyə vadar etdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Heç bir dövlət başçısı, sərkərdə bunu bacarmamışdı. Hamı Şah İsmayıldan danışır…
Mən təklif edirəm ki, Uzun Həsən, Qara Yusif, Şah Təmasib, Babək, Şah Abbas, Nadir Şah, Ağa Məhəmməd Şah Qacar haqqında da dartışmalar başlansın və diskussiyalara qoşulmaq üçün məcbur qalıb onları da oxuyaq.
Tarixi öyrənməyin ən yaxşı yollarından biri eləcə bu ilmiş..."


















