Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                 

Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Tarix: Bu gün, 07:37 | Çap et

2025-ci il 8 avqust tarixli Vaşinqton görüşündən bir il keçdi. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə Vaşinqtonda mühüm siyasi sənədə - Vaşinqton Bəyannaməsinə imza atdı. Eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair razılaşdırılmış saziş mətnini parafladılar. Azərbaycan və ABŞ isə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Anlaşma Memorandumu imzaladılar. Bu hadisələrin hər biri ayrı ayrılıqda mühüm olmaqla regionun geosiyasi taleyində yeni bir mərhələnin - sülh prosesinin, yeni təhlükəsizlik arxitekturasının, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün Azərbaycanla Ermənistan arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının – Zəngəzur dəhlizinin açılmasının əsası qoyuldu. Eyni zamanda Azərbaycan – ABŞ münasibətlərində strateji yaxınlaşmaya keçidin başlanğıcı oldu.
Bütövlükdə Vaşinqton görüşünün ən mühüm geosiyasi yekunu Güney Qafqazda münaqişə dövrünün başa çatmasının və postmünaqişə dövrünün başlanmasının, regionun gələcək siyasi, təhlükəsizlik, iqtisadi və kommunikasiya xəritəsinin formalaşmasın rəsmi təsdiqi oldu.
Ötən bir il müddətinə Ermənistanın Baş naziri Nikol Paşinyan və yüksək çinli başqa erməni rəhbərləri beynəlxalq tribunalarda sülhə hazır olduqlarını, regionda sabitliyin, kommunikasiyaların açılmasının, qonşularla münasibətlərin normallaşmasın vacibliyini dəfələrlə sözdə bəyan etsələr də, bunlara nail olmaq üçün əsas maneəni aradan qaldırmaq üçün konkret praktiki addım atmayıblar. Sülhə vaxtaşırı verilən bəyanatlarla deyil, qəbul edilən konkret qərarlarla nail olmaq mümkündür. Lakin bugünkü reallıq onu göstərir ki, problem sülh müqaviləsinin mətnində deyil, sülh prosesini başa çatdırmaq üçün Ermənistan hakimiyyətinin siyasi iradəsinin yetərincə olmamasındadır.
Məlumdur ki, paraflanmış sülh müqaviləsinin imzalanmasına yeganə maneə Ermənistan konstitusiyasıdır, bu konstitisiyada Azərbaycana və Türkiyəyə qarşı qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar. Ona görə də Azərbaycan tərəfi həmin müddəaların Ermənistan konstitusiyasından çıxarılmasını sülh müqaviləsinin imzalanmasının yeganə şərti kimi irəli sürüb və bu məsələdə mövqeyinin dəyişilməz olduğunu dəfələrlə aşıq şəkildə bildirib. Ermənistan rəhbərliyi də 2025-ci il 8 avqust tarixli Vaşinqton Bəyannaməsi ilə sülh müqaviləsinin imzalanmasına mane olan bütün halların tezliklə aradan qaldırılması, o cümlədən Konstitusiyadakan ərazi iddiaları haqqında müddəaların çıxarılmasını öz üzərinə beynəlxalq xarakterli öhdəlik kimi götürüb.
Lakin hadisələrin gedişi göstərir ki, Ermənistan rəhbərliyi konstitusiya dəyişikliyinin vacibliyini qəbul etsə də, bu dəyişikliklərin həyata keçirilməsi proseduruna praktiki başlamağa tələsmir və ümumiyyətlə bu işə hələ hazır deyil. Ermınistan rəhbərliyi keçən ilin sonlarında yeni konstitusiya layihəsinin bu ilin mart ayında ictimai müzakirəyə təqdim olunacağını bildirsə də, deyilən vaxtda layihə müzakirəyə təqdim olunmadı və məsələ bu ilin sonlarına saxlanıldı.
Ermənistan rəhbərliyinin bu tərəddüdü və prosesi uzatması müxtəlif səbəblərdən qaynaqlanır. Əsas səbəb daxili siyasi vəziyyətlə bağlıdır. Son parlament seçkiləri göstərdi ki, Ermənistan cəmiyyətində və siyasi cameəsində sülhü qəbul etmək istəməyən revanşist qüvvələr hələ kifayət qədər hüfuza malikdir və sülh prosesinə mane ola bilər. Paşınyan hakimiyyətinin tərəfdarları parlamentdə nisbi çoxluğa malikdirlər, yeni hökumət təşkil olunsa da konstitusiyanın qəbuluna dair referendum təyin etmək üçün tələb olunan mütləq səs çoxluğuna malik deyil. Paşinyan hökuməti revanşist qüvvələrin təzyiqini və cəmiyyətin həmin qüvvələri müdafiə edən kəsimini nəzərə almağa məcburdur.
İkinci səbəb xarici amillərlə bağlıdır. Ermənistan hələ də böyük güclər arasında manevr siyasətini davam etdirir və regionda formalaşmış geosiyasi vəziyyətin dəyişəcəyinə ümid edən dairələr hakimiyyət daxilində də mövcuddur. Ermənistan bir sıra sahələrdə Rusayadan asılılığı və Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri, habelə Zəngəzur dəhlizinəqarşı çıxan İranın təzyiqləri birmənalı qəti qərarların qəbulunu çətinləşdirir və vaxtın uzadılmasına gətirib çıxarır. Vaxtın uzadılması da cəmiyyətin məlim kəsimində, revanşist müxalif siyasi qüvvələrdə və hakimiyyət daxilindəki bəzi qüvvələrdə belə bir ümid yaranır ki, beynəlxalq şərait dəyişdikcə Azərbaycan üzərində əlavə diplomatik təzyiq formalaşdırmaq və konstitusiya dəyişikliyi etmədən sülh müqaviləsini imzalamaq mümkün olar. Bu baxımdan sülh prosesini uzadaraq bir növ vaxt qazanmaq Ermənistan diplomatiyasının əsas taktikasına çevrilmiş kimi görünür.
Sülh sazişinin imzalanmasının uzanması ilk növbədə Ermənistanın özünün iqtisadi maraqlarına zərbə vurur. Regional kommunikasiyaların açılması gecikir, investorlar gözləmə mövqeyi tutur, Güney Qafqaz isə hələ də risk zonası kimi qəbul edilir.
Azərbaycan isə bu müddətdə prinsipial mövqeyini dəyişməyib. Bakı dəfələrlə bəyan edib ki, sülh sənədinin imzalanmasına hazırdır. Lakin eyni zamanda bildirir ki, sülhün qalıcı olması üçün gələcəkdə yeni ərazi iddiaları üçün əsas ola bilən, mümkün hüquqi mübahisələr yarada bilən boşluqlar qabaqcadan aradan qaldırılmalıdır. Bu yanaşma beynəlxalq hüquq baxımından başadüşüləndir. Çünki sülh sazişi Paşinyan hakimiyyəti ilə deyil, Ermənistan dövləti ilə bağlanır, yalnız bu günü deyil, gələcək onillikləri də tənzimləməlidir; buna görə də müqavilə mövcud hakimiyyətlə bağlansa da bütövlükdə Ermənistan dövləti və cəmiyyəti tərəfindən qəbul edilməlidir.
Azərbaycan sülh müqaviləsinin imzalanması və sülhün qalıcı olması üçün zəruri olan hər şeyi edib. Lakin bununla belə Ermənistanın tərəddüdlərinə son qoymaq, müqavilənin imzalanması prosesini sürətləndirmək üçün Ermənistana beynəlxalq diplomatik və ictimai təzyiqləri artırmaq olar. Bu mənada beynəlxalq diplomatiya və informasiya məkanında sülhün gecikməsinin haradan qaynaqlandığını daha fəal şəkildə gündəmdə saxlamaq, hüquqi arqumentlərini daha sistemli təqdim etmək, Ermənistanın hansı öhdəlikləri yerinə yetirmədiyini faktlarla müntəzə şəkildə izah etmək üçün əlavə tədbirlər görmək olar. Beynəlxalq diplomatiyada və informasiya məkanında haqlı olmaq vacibdir, amma haqlı olduğunu dünya ictimaiyyətinə qəbul etdirmək daha vacibdir.


Qulamhüseyn Əlibəyli - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Dünən, 11:25
Xocavənddə traktor minaya düşdü
Dünən, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Dünən, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Dünən, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Dünən, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Dünən, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru