Neftçala rayonunun Uzunbabalı kəndinin sakinləri ölkə rəhbərliyinə müraciət edərək hələ də yaşadıqları kəndin qazlaşdırılmamasından giley edirlər". "DİA-AZ" olaraq sakinlər adından edilən müraciəti təqdim edirik:
"21-ci əsrdir... Amma Neftçala rayonu Uzunbabalı kəndində hələ də qaz yoxdur. Hələ də sakinlər meşələri qırmaq, bahalı odun almaq və yaxud da heyvan peyini yandırmaq məcburiyyətində qalıb.
Burda ayıb olanı həm də odur ki, biz neft-qaz ölkəsinin vətəndaşlarıyıq...
Buna bir əncam çəkən olacaqmı? Cənablar, artıq XXII əsr gəlir ey... Camaat Marsda həyat axtarır... Amma Uzunbabalı kəndində Həyat yoxdur...."




















