"Mən 2 il yarim bundan qabaq ipotekayla mənzil almişam "Avant Vista"dan. Və..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Cavid adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "İmkan vermirlər ki, binanın həyərətindən öz mənzilimə baxım. Hər dəfə bir bəhanə edirlər.
50+ indiyə qədər ödəniş etmişəm, hələ bilmirəm hansı binadı. Təhvil verəcəkləri tarixlə bağlı vədlərini də yerinə yetirə bilmədilər".






















