Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                 

"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Tarix: Bu gün, 11:41 | Çap et

8 avqust 2025-ci il Azərbaycan tarixində 8 noyabr 2020-ci il qədər əhəmiyyətli bir tarixdir.

Məlum olduğu kimi, həmin Azərbaycanla Ermənistan Vaşinqtonda keçirilən zirvə görüşündə sülh mətnini parafladılar. Bununla da Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp arasında keçirilən zirvə görüşündə Azərbaycanla Ermənistan böyük bir yeni səhifənin təməlini qoydular, yeni bir səhifənin açılması mərhələsinə keçid etdilər. Bu isə sülh mətninin paraflanması idi.

Məhz tarixi əhəmiyyət daşıyan həmin görüşlə bağlı millət vəkili Elman Nəsirov "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında bir il bundan öncə Vaşinqtonda tarixi razılaşmalar əldə edildi:

"İlk növbədə sülh müqaviləsi paraflandı. Bu o deməkdir ki, 17 bənddən ibarət sülh müqaviləsində heç bir dəyişiklik ola bilməz. Eyni zamanda Strateji İşçi Qrupunun yaradılması haqqında razılaşma əldə edildi ki, Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq xartiyasını hazırlasınlar və qeyd edilən zaman, yəni 6 ay ərzində həmin sənəd hazırlandı.

Bu ilin fevral ayında ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı "Strateji Tərəfdaşlıq Xartiyası" da imzalanmış oldu. İkitərəfli münasibətlərimiz strateji xarakter kəsb etməyə başladı və fundamental məsələlərdə rəsmi Bakı və Vaşinqtonun mövqeyi tamamilə üst-üstə düşür.

Bu tarixi razılaşmaların əldə edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasət həyata keçirməsi, xarizmatik lider olması öz rolunu oynadı, mahir diplomat olaraq bu razılaşmaların əldə edilməsinə böyük bir töhfə vermiş oldu.

Heç şübhəsiz ki, ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə fəaliyyəti olduqca böyükdür. O, həm birinci, həm də ikinci prezidentliyi dövründə Cənubi Qafqazda sülh prosesinin əldə edilməsinə ciddi töhfələr verib və xüsusilə də məhz onun sayəsində bədnam 907-ci maddənin fəaliyyəti bir il müddətinə dayanıb.

Halbuki həmin bədnam sənədin qəbul edilməsində ABŞ-nin əvvəlki Prezidenti Cozef Bayden böyük canfəşanlıq etmişdi. 1992-ci ildə "Azadlığa Dəstək Aktı"na əlavə edilən 907-ci maddə qəbul edilərkən, o zaman senator olan Bayden xüsusi canfəşanlığı ilə yadda qalmışdı və əsas müəlliflərindən biri olmuşdu.

Məhz bu ermənipərəst siyasəti nəticəsində də bu sənəd qəbul edilmişdi. Onun prezidentliyi dövründə də ABŞ-Azərbaycan münasibətləri ən aşağı səviyyəyə endi və 907-ci maddənin Azərbaycana qarşı yenidən tətbiqi qüvvəyə minmişdi".

Onun sözlərinə görə, Tramp bu ədalətsizliyə son qoyub, məhz onun hər iki prezidentliyi dövründə münasibətlərimiz ən yüksək səviyyəyə çatıb:

"İndi isə artıq konkret sənəd ortadadır. Məhz Vaşinqtonda əldə edilmiş razılaşmalar ona gətirib çıxarır ki, son bir il ərzində Ermənistan və Azərbaycan arasında etimad mühitinin formalaşması istiqamətində xeyli işlər görülüb.

Xüsusilə də vətəndaş cəmiyyəti institutları arasında təmaslar baş verib, qarşılıqlı səfərlər reallaşdırılıb. Azərbaycandan keçməklə Qazaxıstan və Rusiyadan gələn yüklərin Ermənistana maneəsiz çatdırılması təmin edilib. Eyni zamanda Azərbaycandan Ermənistana neft və neft məhsulları göndərilib.

Bütün bu təmaslar ona gətirib çıxarır ki, etimad mühiti daha da irəliləyir. Xüsusilə də bugünlərdə Ermənistanın Türkiyədə danışıqlar prosesində xüsusi nümayəndəsi Ruben Rubinyanın spiker seçilməsi heç şübhəsiz ki, sülh prosesində də müsbət töhfələr verə bilər.

O öz çıxışlarında sülh prosesinin alternativi olmadığını dəfələrlə dilə gətirib. ABŞ Prezidenti Donald Tramp da sülhün əldə edilməsində israr edir. Xüsusilə də TRIPP ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu") layihəsinin Zəngəzur dəhlizinin işə salınması istiqamətində əməli addımlar Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.

Beləliklə, sülhün əldə edilməsi istiqamətində yeganə maneə Ermənistanın öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını icra etməsi məsələsidir. Əldə edilən son məlumatlara görə, bu ilin sonunda Ermənistanda referendum keçirilməsi və yeni konstitusiyanın qəbulu gözlənilir.

Yeni konstitusiyada isə Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi əsas məsələlərdən biri kimi nəzərdə tutulduğu qeyd olunur.

Bu isə nəticə etibarilə sülh prosesində yeni mərhələnin başlaması deməkdir və artıq 2027-ci ilin tarixə sülh ili kimi daxil olması və de-yure sülhün imzalanması baş verə bilər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Bu gün, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Bu gün, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Bu gün, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Bu gün, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru