“Tehran milli maraqların qorunması üçün dialoqa hazırdır, lakin təzyiq altında ölkənin suverenliyindən və müdafiə potensialından imtina etməyə razılaşmayacaq”.
Yeniavaz.com “Tasnim”ə istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
İran xalqına ünvanladığı mesajda Pezeşkian müharibəni İranın başlatmadığını və danışıqlara başlamaq qərarının milli maraqları qorumaq və lazımsız eskalasiyanın qarşısını almaq üçün verildiyini vurğulayıb.
Prezident hökumətinin ölkə rəhbərliyinə danışıqlara razılıq verməsi üçün təzyiq göstərdiyinə dair məlumatları təkzib etdi. O, əsas qərarların İran rəhbərliyi ilə əlaqələndirilərək və onun təsdiqi ilə verildiyini bildirib:
“İranın düşmənləri ölkəni özünü müdafiə etmək qabiliyyətindən məhrum etməyə və Qəzza zolağına bənzər vəziyyətə salmağa çalışırlar. İran heç vaxt hərbi və müdafiə gücünü itirməyəcək və onlara boyun əyməyəcək”.


















