Tarix məhkəmə zalı deyil... .....                     "Liftlər baxımsızdır, amma illik pul yığılır..." .....                     2 ildir ki, buradan mənzil alıb, amma... .....                     "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." .....                     " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." .....                     4 min manata telefon alasan, o da belə... .....                     Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... .....                     "21-ci əsrdir... amma bu kənddə..." .....                     Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... .....                     ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir .....                     Bakıda HAVALAR ÇÖNÜR? .....                     Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib .....                     Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                 

4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Tarix: Bu gün, 07:29 | Çap et
"Bu gün ölkədə fəaliyyət göstərən mağazalar şəbəkələri arasında müştəriyə barmaqarası baxmaq, onun halal zəhmətlə qazandığı pulunu mənimsəmək və istehlakçı hüquqlarını açıq-aşkar tapdalamaq mövzusunda Baku Electronics ilə yarışa biləcək ikinci bir qurum tapmaq çətindir..." "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində jurnalist Sima Babayeva yazıb.
O daha sonra fikrini belə davam etdirir: "İllərdir divarlardan, ekranlardan asılan “pərəstişkarı olacaqsınız” bəzəkli reklam şüarlarının arxasında əslində vahid bir hiylə mexanizmi – vətəndaşı aldatmaq və soymaq sistemi dayanır.
Bu sistemin canlı qurbanlarından biri də şəxsən mənəm! İnanıb, güvənib az qala bir var-dövlət qiymətinə — tam 4 min manata aldığım telefonun ili tamam olmamış sıradan çıxdı. Həm ekranı alt-üst oldu, həm də cihaz əldə saxlanılmayacaq dərəcədə qızmağa başladı.
Problem yarandıqda nə etməli idim? Əlbəttə ki, rəsmi zəmanəti olan mağazaya üz tutmalı idim.
Amma Baku Electronics-ə gedəndə mənə göstərilən "xidmət" nə oldu? 4 min manatlıq texniki zibilin arxasında durub problemi həll etmək əvəzinə, üstümə psixoloji təzyiq göstərdilər, kobudluq edib məni günahkar çıxarmağa çalışdılar! İnsanlardan 4 min manatı almağı bilirlər, amma verdikləri xarab malın arxasında durmağa gələndə utanmaz utanmaz müştərinin üstünə yeriyirlər.
Gəlin bu bəzəkli vitrinlərin, yalançı təbəssümlərin arxasındakı acı həqiqətləri olduğu kimi, kəskin və açıq şəkildə ortaya qoyaq:
Qüsurlu mal satışı və “İstifadəçi xətası” fırıldağı
Baku Electronics-in mağazasına qədəm qoyanda qarşında baş əyən satıcılar, pulu kassa daxil edən kimi tamamilə başqa adama çevrilirlər.
Şirkətin ən böyük özbaşınalığı xarab, defektli, hətta bəzən əvvəllər təmir olunub yenidən vitrinə qoyulmuş texnikanı yeni adı ilə insanlara sırımaqdır.
Məhsul ilk günlərdən sıradan çıxanda və vətəndaş qanuni hüququ olan 14 gün ərzində malın dəyişdirilməsini və ya pulun qaytarılmasını tələb edəndə oyun başlayır.
Məhsul onların cib servisi olan "Baku Service Company"yə yönləndirilir. Orada isə mühəndis adı altında əyləşənlərin tək işi var: nə olur-olsun, günahı müştərinin üstünə atmaq! "Su düşüb", "gərginlik oynayıb", "yerə vurmusunuz" kimi gülünc bəhanələrlə insanları şərləyir, öz məsuliyyətsizliklərinin bədəlini vətəndaşa ödətdirirlər.
Bu, sadəcə xidmət qüsuru deyil, birbaşa müştərinin cibinə girməkdir!
“Endirim” adı altında həyata keçirilən qiymət saxtakarlığı
"Möhtəşəm Cümə", "0% ilkin ödəniş", "Böyük Endirim" şüarları bu şirkətin insanları toruna salmaq üçün istifadə etdiyi növbəti tələdir. Kampaniyadan bir neçə gün öncə məhsulun qiymətini süni şəkildə astronomik həddə qaldırırlar, sonra isə üstündən qırmızı xətt çəkib "böyük endirim" elan edirlər.
Nəticədə savadsızlaşdırılmış reklam manipulyasiyası ilə vətəndaşa köhnə qiymətdən də baha mal satırlar. Hədiyyəli satış dedikləri isə tam bir biabırçılıqdır – kassaya çatanda "hədiyyələr qurtardı" deyib insanları açıq-aşkar ələ salırlar.
Servis işgəncəsi və qanunsuzluq
Zəmanətli məhsulun təmiri Baku Electronics-də müştəriyə verilən işgəncəyə çevrilir. "Xaricdən detal gəlir" yalanı ilə insanları aylarla gözlədirlər.
Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun tələbləri bu şirkət üçün heç bir əhəmiyyət kəsb etmir. Qanuna görə təmir müddətində müştəriyə müvəqqəti əvəzedici cihaz verilməlidir, amma Baku Electronics bu normanı açıq-aşkar ayaqlar altına alır.
İnsanları soyuducusuz, paltaryuyansız, mobil telefonsuz saxlayaraq cəhənnəmi yaşadırlar.
Kredit terroru və psixoloji təzyiq
İnsanların ehtiyacından istifadə edib hissə-hissə ödənişlə mal satan bu şəbəkə, bir günlük gecikmə olan kimi əsl üzünü göstərir.
Özlərinin ödəniş sistemlərindəki texniki xətalara görə belə günahı vətəndaşın üstünə yıxır, dərhal qanunsuz cərimələr tətbiq edirlər.
Zəng mərkəzinin əməkdaşları müştərilərlə, onların ailə üzvləri və zaminləri ilə elə kobud, reket sayağı tonda danışırlar ki, sanki qarşılarındakı insan deyil.
Baku Electronics müştərisinə insan kimi deyil, sadəcə sağılan inək və birdəfəlik gəlir mənbəyi kimi baxır. İnsanların halallıqla qazandığı pulu bu dərəcədə rahatlıqla mənimsəmək, qanunları və vətəndaşı saymamaq hədsizlikdir.
Şirkət rəhbərliyi anlamalıdır ki, xalqın haqqına girməklə, insanları aldatmaqla imperiya qurmaq olmaz. Bu gün insanları susdurmaq, aldatmaq olar, amma tezliklə bu dərəbəyliyin cavabını nəinki məhkəmə zalında, bazarın özündən kütləvi şəkildə silinməklə verəcəksiniz.
Bu özbaşınalığa və istehlakçı terroruna dur deməyin vaxtı çoxdan çatıb!"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04
"Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58
2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39
" Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34
4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29
Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23
"21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10
Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57
ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30
Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24
Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Dünən, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Dünən, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Dünən, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Dünən, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Dünən, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Dünən, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Dünən, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Dünən, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Dünən, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Dünən, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Dünən, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
8-08-2026, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
8-08-2026, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
8-08-2026, 13:35
Qazaxda taxıl biçini başa çatıb
8-08-2026, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
8-08-2026, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
8-08-2026, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
8-08-2026, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
8-08-2026, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
8-08-2026, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
8-08-2026, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
8-08-2026, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
8-08-2026, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru