SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                     Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu .....                     Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər .....                     Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                 

Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Tarix: Bu gün, 09:19 | Çap et

Rusiyadakı erməni diasporunun bir hissəsi və Ermənistanın müxalif siyasi çevrələri Nikol Paşinyan hakimiyyətinə qarşı daha fəal mövqe nümayiş etdirməyə başlayıb. Soçidə keçirilən Rusiya-Ermənistan “Lazarev klubu”nun genişləndirilmiş toplantısı bu baxımdan diqqətçəkən siyasi mesajlarla yadda qalıb.

Toplantıda Soçi, Moskva və İrəvan nümayəndələri videokonfrans formatında bir araya gəlib. Müzakirələrin əsas mövzusu 7 iyunda Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra ölkədə yaranan siyasi vəziyyət olub. İştirakçılar seçki prosesini tənqid edib, onun demokratikliyini şübhə altına alıb və Nikol Paşinyanın yenidən baş nazir postuna gəlməsini siyasi gərginliyi artıra biləcək amil kimi qiymətləndiriblər.

Toplantıda Ermənistan hakimiyyəti siyasi təzyiqlərdə, fikir ayrılıqlarının boğulmasında və cəmiyyət üzərində nəzarətin gücləndirilməsində ittiham olunub. Görüşdə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan, “Ermənistan” blokunun nümayəndəsi Armen Rustamyan, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan və digər siyasi və ictimai xadimlər iştirak ediblər.

Toplantının əsas siyasi mesajlarından biri Rusiya-Ermənistan münasibətlərinin qorunması ilə bağlı olub. İştirakçılar həm Rusiyada, həm də Ermənistanda ictimai səfərbərliyin vacibliyini vurğulayıblar. “Lazarev klubu”nun koordinatoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Rusiya və Ermənistan xalqları arasındakı tarixi əlaqələrin əhəmiyyətindən danışaraq Rusiyanın Ermənistanın taleyi ilə bağlı xüsusi məsuliyyət daşıdığını bildirib. Bu mövqe Paşinyan hökumətinin son illərdə Rusiya ilə münasibətlərdə məsafə yaratması və Qərblə əlaqələri genişləndirməsi fonunda diqqət çəkir.

Beləliklə, Paşinyana qarşı narazılıq artıq yalnız Ermənistan daxilindəki siyasi müxalifətlə məhdudlaşmır. Rusiyadakı erməni siyasi və ictimai çevrələrinin bir hissəsinin də bu prosesə qoşulması yeni siyasi xəttin formalaşdığını göstərir.

Soçi toplantısında Erməni Apostol Kilsəsinin vəziyyəti də müzakirə olunub. İştirakçılar Ermənistan hakimiyyətinin kilsəyə münasibətini tənqid edib və məsələ ilə bağlı Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə, eləcə də Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leoya müraciət etmək niyyətlərini açıqlayıblar. Bu təşəbbüs Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında dərinləşən qarşıdurmanın beynəlxalq dini müstəviyə çıxarılması cəhdi kimi qiymətləndirilə bilər.

Paşinyan 7 iyun seçkilərindən sonra hakimiyyətini qoruyub. Lakin Soçidə keçirilən toplantı onun siyasətinə qarşı çıxan qüvvələrin yeni platformalar axtardığını göstərir. Rusiyadakı erməni diasporunun müəyyən hissəsinin Ermənistan müxalifəti ilə əlaqələri gücləndirməsi, Moskva-İrəvan münasibətlərinin bərpasını gündəmə gətirməsi və Paşinyanın qərbyönlü siyasətini tənqid etməsi gələcəkdə Ermənistan hökumətinə əlavə siyasi təzyiq yarada bilər.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, 7 avqust 2026-cı ildə Soçinin “Lazerev klubu”nun genişləndirilmiş toplantısı barədə məlumatdan irəli gələn mesajlara, sadəcə, Rusiya-Ermənistan münasibətlərinin növbəti müzakirəsi kimi baxmaq çətindir. Onun sözlərinə görə, toplantının əsas mesajı Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin siyasi legitimliyinə şübhələrin yaranması və bunun hakimiyyətin həyata keçirdiyi siyasətin legitimliyinə də təsir etməsidir.

Siyasi şərhçi hesab edir ki, “Lazarev klubu”nun koordinatorunun Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri üzrə Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin olması toplantıya xüsusi siyasi məna verir. Əlibəyliyə görə, bu, Rusiya hakimiyyətinin Ermənistana növbəti təzyiq layihəsi kimi qiymətləndirilə bilər. Onun fikrincə, qarşıdakı anti-Paşinyan fəaliyyətin əsas istiqaməti hakimiyyətin siyasətini dəyişdirmək və növbəti parlament seçkilərinə qədər yeni siyasi güc mərkəzi formalaşdırmaq ola bilər.

Q.Əlibəyli bildirir ki, Rusiyanın Ermənistan cəmiyyətinə və hakimiyyətə çoxsaylı təzyiq mexanizmləri var və Moskva həmin imkanları yenidən toparlayaraq vahid istiqamətdə istifadə etməyə çalışa bilər. Bu prosesə Rusiyadakı erməni diasporu ilə yanaşı, erməni kilsəsinin də cəlb olunması ehtimalı diqqət çəkir.

Onun sözlərinə görə, parlament seçkilərində hakimiyyət dəyişikliyinə nail ola bilməyən Rusiya açıq qarşıdurmaya getməyərək Paşinyan hakimiyyətinin legitimliyini şübhə altına almaq, diasporu və kilsəni səfərbər etmək yolu ilə təzyiq imkanlarını gücləndirməyə çalışa bilər. Belə bir yanaşma Paşinyanı üç əsas istiqamətdə müdafiə mövqeyinə keçirə bilər: Rusiya ilə münasibətlər, Erməni Apostol Kilsəsi və Ermənistanın Qərbə inteqrasiyası.

Soçi toplantısında məhz kilsə məsələsinin ayrıca önə çəkilməsi də təsadüfi görünmür. İştirakçılar Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə qarşı siyasətini pisləyib və məsələ ilə bağlı Patriarx Kirillə və Papa XIV Leoya müraciət etmək qərarını açıqlayıblar. Bu, kilsə məsələsinə daha geniş, mənəvi və beynəlxalq məzmun qazandırmaq cəhdi kimi qiymətləndirilə bilər.

Bununla belə, ekspert vurğulayır ki, bu hələ vahid siyasi hərəkat və ya təşkilat demək deyil. Paşinyana qarşı çıxan Ermənistan müxalifətində müxtəlif siyasi keçmişə, xarici siyasət baxışlarına və sosial bazaya malik qruplar var. Onları bir araya gətirmək mümkün olsa da, Paşinyandan sonra hansı siyasi modelin qurulacağı barədə razılığa gəlmək daha çətin görünür.

Son parlament seçkilərində Rusiyanın bu qüvvələri vahid siyasi alternativ ətrafında birləşdirə bilməməsi də diqqət çəkir. Buna görə Moskvanın yeni siyasi fiqurlar axtarması, müxalifəti, diasporu və kilsəni həmin fiqurun ətrafında toplamaq və növbəti seçkilərə qədər alternativ güc formalaşdırmaq istəməsi ehtimal edilir.

Bu baxımdan Soçi toplantısı sadəcə keçmiş münasibətlərin müzakirəsi deyil, Paşinyan hakimiyyətinə qarşı yeni siyasi mexanizmlərin sınaqdan keçirildiyi platforma kimi də qiymətləndirilə bilər. Hələlik bu qüvvələrin vahid siyasi blok kimi formalaşdığını söyləmək tezdir. Lakin müxtəlif siyasi və ictimai qrupların eyni platformada Paşinyanı tənqid etməsi diqqətçəkən tendensiyadır. İrəvanda seçkidən sonra hakimiyyətini möhkəmləndirən Paşinyan üçün Moskvada yaranan bu yeni siyasi xətt gələcəkdə əlavə təzyiq mənbəyinə çevrilə bilər.

Əsas sual isə budur: Rusiyadakı erməni diasporunun bir hissəsi Ermənistanın rusiyayönlü müxalifəti və kilsə ilə eyni platformada Paşinyana qarşı real siyasi hərəkat yarada biləcəkmi? Əgər bu resurslar vahid mərkəzdə birləşdirilərsə, Moskva Paşinyan hakimiyyətinə təsir imkanlarını artıraraq Ermənistanın Qərbə inteqrasiya kursunu zəiflədə bilərmi?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru