Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                     Məmurlarımız necə TƏLƏYƏ SALINIB... .....                     Quru sərhədlərlə bağlı MÜJDƏ .....                     Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu .....                     Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                     Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib .....                     Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                     Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                     Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi .....                     Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                 

Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Tarix: Bu gün, 06:00 | Çap et

Bir neçə gün bundan əvvəl Xəzərin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasının İran parlamentində ratifikasiyası məsələsinin yenidən gündəmə gətirilməsi ilk baxışda texniki-hüquqi məsələ təsiri bağışlaya bilər. Əslində isə söhbət Xəzərdə regional güc balansına təsir göstərə biləcək kifayət qədər ciddi siyasi qərardan gedir. Bu baxımdan İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması xüsusilə diqqətçəkəndir: nazir bir tərəfdən konvensiyanın İranın milli maraqlarına uyğun olduğunu bildirir, digər tərəfdən isə vurğulayır ki, sənəddə İranın Xəzərdəki konkret payı müəyyənləşdirilmir və bu məsələ ikitərəfli, yaxud üçtərəfli danışıqlar yolu ilə həll olunmalıdır.
İlk növbədə onu qeyd edək ki, həqiqətən də Xəzər haqqında Konvensiyada təkcə İranın deyil, heç bir sahilyanı dövlətin Xəzərdəki konkret payı müəyyənləşmir. Konvensiya yalnız Xəzərin dibinin necə bölüşdürüləcəyinin hüquqi çərçivəsini yaradır. Konvensiyasının 8-ci maddəsinə əsasən Xəzərin dibi və yeraltı sərvətlərinin sektorlara bölünməsi qonşu və qarşı-qarşıya sahilləri olan dövlətlərin razılaşması ilə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları nəzərə alınmaqla həyata keçirilir. Bu müddəa əslində mövcud praktikanı nəzərə alır. Belə ki, 2001-2003-cü illərdə əvvəlcə Azərbaycan və Qazaxstan, Azərbaycan və Rusiya ayrı-ayrılıqda ikitərəfli qaydada, sonra isə həmin dövlətlər birlikdə üçtərəfli qaydada öz aralarında Xəzərin dibinin sektorlara bölünməsi barədə razılaşma imzalayıblar.
Əraqçinin bu açıqlamasını İranın Konvensiyadan imtina etmədiyini, lakin Xəzərinin dibinin delimitasiyası məsələsinə daha aktiv yanaşacağı barədə mesaj kimi qiymətləndirmək olar.
Açıqlamanın verildiyi zaman da maraqlı görünür. İran müasir geosiyasi şəraitdə Yaxın şərqdə gərginlik, ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi, Ukrayna dronlarının və ABŞ raketlərinin Xəzərdə görünməsi kontekstində artıq konvensiyadan kənarda qalmağın riskli olduğunu görür. Xəzər indi yalnız enerji ehtiyatları və balıqçılıq məsələsi deyil. Bu dəniz Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin, Şimal–Cənub dəhlizinin, Mərkəzi Asiya ilə əlaqələrin və regional enerji marşrutlarının mühüm hissəsinə çevrilir. Belə şəraitdə İranın Xəzərin hüquqi rejimini müəyyən edən əsas sənəddən kənarda qalması artıq üstünlükdən daha çox çatışmazlığa çevrilə bilər. İran ratifikasiya ilə Xəzərin statusunun gələcək elementlərinin formalaşmasında təsirini, Xəzərin dibinin delimitasiya məsələsində ayrıca danışıqlar aparmaq imkanını saxlayır.
Bu məsələdə Rusiya amilini də nəzərə almaq lazımdır. Rusiya uzun müddətdir ki, Xəzərin hüquqi statusu məsələsinin yekunlaşdırılmasında maraqlıdır. Belə ki, Rusiya üçün Xəzər həm təhlükəsizlik, həm də geosiyasi nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır. Konvensiyanın əsas müddəalarından biri Xəzərdə hərbi fəaliyyətlə bağlı xüsusi rejim yaratmaq və sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin Xəzərdə iştirakını istisna etməkdir. Bu, Rusiyanın strateji maraqlarına tam uyğun gəlir. Çünki Rusiya Xəzəri özünün cənub təhlükəsizlik perimetrinin bir hissəsi kimi görür. İranın konvensiyanı ratifikasiya etməsi isə Rusiyanın arzuladığı hüquqi statusun tamamlanmasına kömək edəcək.
Bir neçə gün sonra Tehranda Xəzəryanı dövlətlərin sammitinin keçiriləcəyi gözlənilir. Rusiya hələ keçən ilin dekabrında İranın Konvensiyanı bu sammitə qədər ratifikasiya etməsinə ümid etdiyini açıqlamışdı. Bu amili də əhəmiyyətli hesab etmək olar: İranın ratifikasiyasının məhz indi – Tehranda Xəzəryanı ölkələrin sammiti ərəfəsində – gündəmə gətirilməsi sırf hüquqi deyil, həm də ciddi geosiyasi zamanlama təsiri bağışlayır. Lakin İran ratifikasiya məsələsinin Rusiyanın tələbi ilə gündəmə gətirdiyini etiraf etmək və Rusiyaya güzəşt kimi təqdim etmək istəmir; bu məsələnin sırf Tehranın milli maraqları ilə əsaslandırıldığı görüntüsünü yaratmaq istəyir.
Konvensiyanın ratifikasiyasının gündəmə gətirilməsini Azərbaycan və Türkmənistan amili ilə də əlaqələndirmək olar. Xəzərin cənub hissəsində İranın əsas qonşularından biri Azərbaycan, cənubi şərq istiqamətində isə Türkmənistandır. Hər 2 dövlətin Xəzərdə böyük enerji infrastrukturu, neft-qaz yataqları, dəniz platformaları və beynəlxalq enerji layihələri mövcuddur. Bu isə İranla Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi və dəniz sərhədləri məsələsini prinsipial mövzuya çevirir. İran konvensiyanı ratifikasiya etməklə onun yaratdığı ümumi hüquqi çərçivədən istifadə edərək Azərbaycan və Türkmənistanla danışıqlara daha müəyyən hüquqi platformada daxil ola bilər. İranın Xəzərin hüquqi statusu üzrə ümumi konvensiyadan kənarda qalması Türkmənistan və Azərbaycanla ayrı-ayrı mübahisələrdə onun mövqeyini uzunmüddətli perspektivdə daha mürəkkəb vəziyyətə sala bilər. İndiki qeyri-müəyyənlik uzandıqca məsələ hüquqi mübahisədən daha çox siyasi qarşıdurma mövzusuna çevrilə bilərdi.
Və nəhayət bu məsələyə Şimal–Cənub dəhlizi kontekstindən də yanaşmaq olar. Burada Xəzərin hüquqi statusu ilə İranın iqtisadi maraqlarının birbaşa birləşdiyini görmək olar. Belə ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran üçün strateji əhəmiyyət daşıyır. Rusiya ilə İran arasında yükdaşımaların artması, Xəzər limanlarının əhəmiyyətinin yüksəlməsi və Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının inkişafı Xəzəri İranın regional iqtisadi siyasətində daha vacib mövqeyə gətirir. Bu mənada İran bu prosesin içində olmaq istəyirsə, Xəzərin hüquqi rejiminin müəyyən edilməsində də tam hüquqlu iştirakçı olmalıdır. Başqa sözlə, Xəzərin hüquqi statusu məsələsi artıq Tehran üçün yalnız suverenlik məsələsi deyil, həm də tranzit və iqtisadi gəlir məsələsidir. Buna görə də ratifikasiya İranın iqtisadi maraqlarına da xidmət edə bilər.
Konvensiyanı ratifikasiya etmək indiki vəziyyətə nisbətən İrana bəzi üstünlüklər verir. İran Xəzərin hüquqi rejiminin tamhüquqlu iştirakçısına çevrilir, gələcək delimitasiya danışıqları üçün hüquqi platformanı qəbul etmiş olur, Rusiya və digər Xəzəryanı dövlətlərlə münasibətlərində əlavə hüquqi qeyri-müəyyənlik aradan qalxır. Bunlardan başqa, Xəzərdə xarici dövlətlərin hərbi iştirakına qarşı ümumi prinsip İranın da təhlükəsizlik maraqlarına xidmət etmiş olur.
İran parlamenti ratifikasiya etsə, Bakı–Tehran münasibətlərində Xəzər məsələsinin yeni mərhələyə keçməsi ehtimalı yüksəkdir. Ratifikasiyadan sonra əsas məsələ Xəzərin dibinin delimitasiyası olacağı şübhəsizdir. Bu isə öz növbəsində daha mürəkkəb prosesdir; burada söhbət siyasi bəyanatlardan yox, konkret koordinatlardan, dəniz dibindən, enerji yataqlarından və qarşılıqlı hüquqi arqumentlərdən gedəcək. Başqa sözlə, İranın ratifikasiyası Xəzər məsələsinin sonu deyil, Azərbaycan–İran delimitasiya danışıqlarının yeni başlanğıcı ola bilər. Lakin bu məsələdə Azərbaycan, Rusiya və Qazaxstan presidentinin əsas götürülmüsi mümkün hesab oluna bilər; bu, həm də beynəlxalq praktikaya uyğundur.
Beləliklə, İranın Xəzərin statusu haqqında konvensiyanı ratifikasiya etməyə hazırlaşmasını bu məsələdə İranın öz əvvəlki mövqeyindən geri çəkilməsi və Xəzərin statusu məsələsinin qəti həll olunması kimi qiymətləndirmək bir o qədər də düzgün olmazdı. Bu daha çox taktikanın dəyişdirilməsi və diplomatik manevr təsiri bağışlayır. İran tərəfindən Konvensiyanın ratifikasiyasını Xəzər uğrunda hüquqi mübarizənin başa çatması yox, yeni mərhələyə keçməsi kimi qiymətləndirmək daha düzgün olardı.
Qulamhüseyn Əlibəyli - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Dünən, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Dünən, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Dünən, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Dünən, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Dünən, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Dünən, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Dünən, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Dünən, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Dünən, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Dünən, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Dünən, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Dünən, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Dünən, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Dünən, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Dünən, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Dünən, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Dünən, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Dünən, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Dünən, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Dünən, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Dünən, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Dünən, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Dünən, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Dünən, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Dünən, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Dünən, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Dünən, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru