" "Unibank"a kredit ödənişim var, aylıq 405 manatdır..." "DİA-AZ" xəbər verir ki, bunu Orxan Ramaldanov adlı istifadəçi özünün sosial şəbəkə hesabında yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Hər dəfə normadan artıq və əvvəl ödəniş edirəm, bu ay üçün qrafik üzrə 117 manat faiz tutulmalıdır, amma 134 manat tutulub. Dəstək xidmətlərinə yazıram... normal açıqlama verə bilmirlər. Deyilir ki, "faiz gündəlik hesablanır qrafikə uyğun ödəniş edin".
Normalda artıq ödəniş etdikdə və qabaqcadan ödəniş olunanda əsas məbləğdən çıxılmalı və növbəti ayın faizləri daha az hesablanmalıdır. Amma "Unibank"da hər şey kəlləmayallaqdır..."












