Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... .....                     Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb .....                     Ceki Çan üçün muğam oxuyan xanəndə: .....                     Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında .....                     Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı .....                     Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı .....                     Ermənistan ordusu yeni hərbi formaya keçir .....                     Mask Britaniyanı “satın almaq” istəyir .....                     Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb .....                     SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı .....                     “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. .....                     Qapalı diktator sindromu: .....                     Azərbaycanda qiymətlərin nə qədər artdığı .....                     ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb .....                     Mollayev CƏZASIZ QALDIQCA... .....                     “907-ci düzəliş” ətrafında yeni qarşıdurma .....                     298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı .....                     “Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...” .....                     Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu .....                     Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər .....                     Hər uşaq üçün 250 manat hazırlayın .....                     Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir .....                     Biz nəyin davasını edirik? .....                     "Mən səni “axmaq” adlandırmayacağam" .....                     Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR .....                     Təbrizdə benzin qıtlığı yaranıb .....                     Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb .....                     Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... .....                     Əgər İran inkişaf etmiş ölkə olarsa... .....                     "Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." .....                     Dondurma satanın qarşısında oynayan xalq və... .....                     Artıq ödəniş edəndə də, xeyri olmur... .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... .....                     Sənin olmayan həyat... .....                     Biz niyə yerimizdə sayırıq... .....                     Vaxtı keçmiş məhsul satırlar, həm də... .....                     Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... .....                     Adam istədiyini edir və... QORXMUR! .....                 

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Tarix: Bu gün, 09:51 | Çap et

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatı 2026-cı ildə orta hesabla günə 0,55 milyon barel təşkil edəcək. 2027-ci ildə isə bu göstəricinin 0,52 milyon barelə enəcəyi gözlənilir.

Bu barədə ABŞ Enerji İnformasiyası Administrasiyasının (EIA) qısamüddətli enerji proqnozunda bildirilib.

Proqnoza görə, göstərici 2025-ci il üçün qiymətləndirilən sutkada 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq.

EIA-nın hesablamalarına əsasən, 2026-cı ildə hasilat birinci rübdə orta hesabla günə 0,56 milyon barel olub. İkinci rübdə bu göstəricinin 0,55 milyon barelə, üçüncü və dördüncü rüblərdə isə 0,54 milyon barelə düşəcəyi proqnozlaşdırılır.

Oxşar dinamikanın 2027-ci ildə də davam edəcəyi gözlənilir. Belə ki, həmin ilin birinci rübündə hasilatın günə 0,53 milyon barel, ikinci və üçüncü rüblərdə 0,52 milyon barel, dördüncü rübdə isə 0,51 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Ümumilikdə, 2027-ci ilin yekunları üzrə orta sutkalıq hasilatın 0,52 milyon barel təşkil edəcəyi bildirilir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13,270 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 421,8 min ton və ya 3,1 faiz azdır.

Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 13,236 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 424,2 min ton və ya 3,1% azdır.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azalıb.

Energetika Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanda hasil edilmiş hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,7 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib.

Bildirilib ki, bu dövrdə 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edilib ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barrel), kondensat hasilatı 12 min ton (103 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (552 min barrel) olub.

Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.

2026-cı ilin yanvar-iyun aylarında ölkədə 25,4 milyard kubmetr təbii qaz hasil edilib. Hasil edilmiş qazın 7,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,7 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 3,6 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə xaricə qaz ixracı 12,7 milyard kubmetr təşkil edib. Bunun 5,9 milyard kubmetri Avropanın, 4,9 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 3 milyard kubmetr), 1,2 milyard kubmetri Gürcüstanın, 0,7 milyard kubmetri isə Suriyayanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 529,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 625,6 milyon ton neft, 251,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 54,2 milyon tona yaxın kondensat, 278,5 milyard kubmetr qaz hasil edilib.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayında Azərbaycan 10-dan çox ölkəyə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların ixracının dəyəri 177,9 milyon ABŞ dolları və ya 2,3%, həcmi isə 1,921 milyon ton və ya 15,9% azalıb.

Hasilat və ixrac göstəricilərində azalma fonunda Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam etdirir. Son illərdə qeyri-neft sektorunun inkişafı dövlət iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Bu çərçivədə sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-logistika, turizm və bərpa olunan enerji sahələrinə investisiyalar artırılır, ixracın şaxələndirilməsi və qeyri-neft məhsullarının xarici bazarlara çıxışının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Məqsəd iqtisadiyyatın neft gəlirlərindən asılılığını tədricən azaltmaq və dayanıqlı iqtisadi artımı təmin etməkdir. Bu kontekstdə ölkə rəhbərliyi qeyri-neft sahələrinin investisiya baxımından əsas inkişaf istiqaməti olduğunu vurğulayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib: "Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib. İnvestisiya imkanları əsasən qeyri-neft sənayesi istehsalı, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, eləcə də nəqliyyat və logistika sahələrini əhatə edir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Perinatal Mərkəzə daxil olan kimi problemlər başlayır... - İTTİHAM VAR...
Bu gün, 10:59
Ukrayna Vensin xahişindən sonra Qara dənizdə neft tankerlərinə zərbələri dayandırıb - “Financial Times”
Bu gün, 10:44
Ceki Çan üçün muğam oxuyan xanəndə: - “Telefonuna da çəkdi, süni intellekt olduğunu deyirlər”
Bu gün, 10:41
Dövlət Sığorta Agentliyinin eks-vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:38
Nazirliyin ekektron attestatı NARAZILIQ yaratdı – FOTO
Bu gün, 10:36
Münaqişədən qarşılıqlı asılılığa: Cənubi Qafqazın yeni reallığı - İNCƏLƏMƏ
Bu gün, 10:34
Ermənistan ordusu yeni hərbi formaya keçir
Bu gün, 10:31
Mask Britaniyanı “satın almaq” istəyir – “Neçəyədir?”
Bu gün, 10:26
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 10:24
SOCAR-ın QALMAQALLI vitse-prezidenti vəzifədən alındı - belə deyirlər...
Bu gün, 10:10
“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?.. - İTTİHAM VAR...
Bu gün, 10:05
Qapalı diktator sindromu: - Ukrayna cəbhəsindəki dalandan "qələbəyə"
Bu gün, 09:56
Azərbaycanda qiymətlərin nə qədər artdığı AÇIQLANDI
Bu gün, 09:54
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb - DETALLAR
Bu gün, 09:51
Mollayev CƏZASIZ QALDIQCA... - "Mənim kimi problemi olan çoxlu sayda işçi var..."
Bu gün, 09:44
“907-ci düzəliş” ətrafında yeni qarşıdurma - NƏ ETMƏLİ
Bu gün, 09:35
298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirildi, 578 989 manat sosial yardım almasına şərait yaradıldı – MƏHKƏMƏ
Bu gün, 09:30
“Fədayə tələbəm kimi oğlumun toyunda olmalı idi, amma gəlmədi...”
Bu gün, 09:23
Kremlin yeni planı: İrəvanda müxalifəti birləşdirir - Soçidə Paşinyana qarşı yeni ittifaq hazırlanır
Bu gün, 09:19
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:18
Keçmiş həyat yoldaşını döyərək xəsarət yetirən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:14
Araz dəhlizi Zəngəzur dəhlizindən əvvəl istifadəyə verilə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:12
Hər uşaq üçün 250 manat hazırlayın - ƏN AZI...
Bu gün, 08:05
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir - “Die Velt”
Bu gün, 08:03
Biz nəyin davasını edirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:01
"Mən səni “axmaq” adlandırmayacağam"
Bu gün, 07:42
Sərvəti aşıb daşan deputat rəsmən QOÇULUQ EDİR - AY MAŞALLAH...
Bu gün, 07:37
Təbrizdə benzin qıtlığı yaranıb — Sürücülər uzun növbələrdə gözləyir
Bu gün, 07:32
Tramp Türkiyədən gizli şəkildə uçmasının səbəbini açıqlayıb - “The Washington Post”
Bu gün, 07:30
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
Bu gün, 07:19
Əgər İran inkişaf etmiş ölkə olarsa... - ŞƏRH
Bu gün, 06:59
"Cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır..." - Fazil Mustafa
Bu gün, 06:55
Dondurma satanın qarşısında oynayan xalq və... - REPLİKA
Bu gün, 06:48
Artıq ödəniş edəndə də, xeyri olmur... - AXI NİYƏ?..
Bu gün, 06:41
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti öz proqnozlarını açıqladı... - TƏFƏRRÜAT
Bu gün, 06:34
Sənin olmayan həyat... - İfşa mütləqdir...
Bu gün, 06:28
Biz niyə yerimizdə sayırıq... - nə qədər ki...
Bu gün, 06:20
Vaxtı keçmiş məhsul satırlar, həm də... - ABSURD BƏHANƏ...
Bu gün, 06:12
Xəzər uğrunda HÜQUQİ MÜBARİZƏ... - yeni mərhələdə...
Bu gün, 06:00
Adam istədiyini edir və... QORXMUR! - FAKT BUDUR!
Bu gün, 05:57
Məmurlarımız necə TƏLƏYƏ SALINIB... - AKTUAL
Bu gün, 05:50
Quru sərhədlərlə bağlı MÜJDƏ - Payızda nələr olacaq?
Dünən, 17:53
Gürcüstan əlaqələrin bərpası üçün Rusiyaya şərt qoydu
Dünən, 17:51
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Dünən, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Dünən, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Dünən, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Dünən, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Dünən, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Dünən, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru