Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? .....                     “Müharibədəki məsələləri açıqlayın… .....                     Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb .....                     Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                     Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib .....                     Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                     Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                     Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi .....                     Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                     Azərbaycanla Ermənistan arasında .....                     800 manata 3 günlük İŞGƏNCƏ! .....                     MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? .....                     “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” .....                     Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? .....                     Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: .....                     İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? .....                     Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                     Qafqaz ölkələrinin yeni artım tempi .....                     Ferması dağıdıldı, mal-qarası tələf edildi .....                 

Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Tarix: Bu gün, 16:38 | Çap et

Ermənistan Kremldən uzaqlaşdıqca, Cənubi Qafqazda Rusiya və Qərb arasında geopolitik qarşıdurmanın yeni ağırlıq mərkəzinin yaranma ehtimalı da ciddi şəkildə artır... Bu isə Ermənistanı sadəcə, xarici siyasət seçimi qarşısında deyil, həm də daha böyük geopolitik qarşıdurmanın mərkəzinə çevrilmə təhlükəsi ilə üz-üzə qoya bilər...

Ermənistanın sürətlə Qərbə yaxınlaşmaya bağlı xarici siyasət kursu Kreml və rəsmi İrəvan arasındakı münasibətləri artıq adi siyasi-diplomatik narazılıq mərhələsindən çıxartmaqdadır. Belə ki, hazırda Rusiya-Ermənistan münasibətləri tədricən açıq geopolitik qarşıdurma xəttinə doğru yaxınlaşır. Və Rusiyanın son təhdidkar xəbərdarlıqları isə onu göstərir ki, Kreml Ermənistanın Avropa Birliyinə inteqrasiya cəhdlərini qətiyyən cavabsız buraxmaq niyyətində deyil.

Məsələ ondadır ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanla bağlı son açıqlaması bu baxımdan, xüsusilə diqqəti çəkir. Çünki Dmitri Medvedev Ermənistanı faktiki olaraq, Gürcüstanın taleyini yaşaya biləcəyi ilə hədələyib. Və o, rəsmi İrəvanın Qərbə inteqrasiya kursunu davam etdirəcəyi təqdirdə, Ermənistanın “eyni nəticələrlə” üzləşə biləcəyini bildirib.

Ancaq daha da diqqəti çəkən əsas məqam isə onun Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri kəsməsinin “dərin ölkədaxili böhrana” gətirib, çıxara biləcəyini ön plana çəkməsidir. Üstəlik, Dmitri Medvedev bu xəbərdarlığına “bəlkə də daha pis nəticələr” iddiasını da əlavə edib. Bu təhdidlər isə Kremlin Ermənistana münasibətdə mövqeyinin əhəmiyyətli dərəcədə sərtləşdirdiyini göstərir. Ona görə də, əgər, rəsmi İrəvan Qərbə inteqrasiya prosesini sürətləndirərsə, Rusiyanın Ermənistana qarşı bir neçə mümkün təzyiq mexanizmini işə sala biləcəyi ehtimal olunur.

Əslində, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilə biləcəyi barədə açıqlaması artıq siyasi təzyiq mexanizminin işə salındığını göstərir. Bu addım Ermənistan üçün dərhal hərbi-siyasi böhran yaratmasa da, hər halda, rəsmi İrəvanın Rusiya mərkəzli təhlükəsizlik sistemindən daha da uzaqlaşdırılması və onun təşkilat daxilində siyasi statusunun ciddi şəkildə zəiflədilməsi anlamına gələ bilər. Əgər, bu proses Ermənistanın KTMT-dən ümumiyyətlə çıxarılması ilə nəticələnərsə, onda, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən qurulması da sürətlənə bilər.

Digər tərəfdən, Rusiyanın Ermənistana qarşı daha həssas təzyiq aləti isə məhz Avrasiya İqtisadi İttifaqı hesab olunur. Çünki Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə mövcud əlaqələri hazırda onun Rusiya və digər üzv ölkələrlə iqtisadi-ticari münasibətlərində əvəzolunmaz səviyyədə önəmli rol oynayır. Ona görə də, Kremlin Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanla bağlı “müvafiq addımlar”ın atılacağı ilə bağlı xəbərdarlığı rəsmi İrəvan üçün daha ciddi iqtisadi təhdid mesajıdır. Çünki bu təhdid Ermənistan üçün Rusiya bazarının qapadılması, ticarət dövriyyəsinin azaldılması və Kremlin iki ölkə arasındakı iqtisadi əlaqələrdən asılı sahələr üzrə təzyiqləri daha da artırması ilə bağlı olduqca ciddi risklər yarada bilər. Və Rusiya hazırda məhz Ermənistanın bu zəif nöqtələrinə dəqiq zərbələr vurmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan üçün indi ən təhlükəli ssenari isə iqtisadi və siyasi təzyiqlərin bir-birini tamamlaması ilə bağlıdır. Belə ki, Rusiya Ermənistan daxilində sosial-iqtisadi narazılığın artılmasına və bundan birbaşa Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Və məhz ona görə də, Dmitri Medvedevin Ermənistana yönəlik “dərin ölkədaxili böhran” və “daha pis nəticələr” iddiaları qətiyyən sıradan siyasi-diplomatik xəbərdarlıq xarakteri daşımır.

Ancaq buna baxmayaraq, hazırda Kremlin Ermənistanda belə böhranı məqsədli şəkildə yaratmaq imkanları ilə bağlı konkret nəticələrin çıxarılması da bir qədər tələskənlik olardı. Bu baxımdan, Dmitri Medvedevin həmin təhdidlərini indiki situasiyada hələlik Rusiyanın siyasi təzyiq alətlərini daha işlək vəziyyətə gətirmək niyyətinin göstəricisi kimi də qəbul etmək mümkündür. Çünki rəsmi İrəvan isə Kremlin təzyiqlərinin sərtləşməsinə baxmayaraq, Qərblə yaxınlaşma kursundan imtina etmək niyyətində olmadığını açıq-aşkar biruzə verir.

Nə qədər qəribə də olsa, hətta baş nazir Nikol Paşinyan belə, Ermənistanın eyni vaxtda həm Avropa Birliyinə, həm də Avrasiya İqtisadi İttifaqına üzvlüyünün mümkün olmadığını açıq şəkildə etiraf edir. Bununla belə, rəsmi İrəvan Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrini tamamilə dağıtmağa da qətiyyən hazır görünmür. Yəni, Paşinyan hakimiyyətinin əslində, hazırda olduqca qəliz dilemma qarşısında qaldığı o qədər də ciddi şübhə doğurmur. Çünki rəsmi İrəvan Ermənistanın siyasi baxımdan, Qərbə yaxınlaşmasını, iqtisadi istiqamət üzrə isə Rusiya ilə mövcud əlaqələrini qorumasını istəyir. Və Kremlin əsas mesajı isə odur ki, bu iki istiqaməti uzun müddət paralel saxlamaq mümkün deyil.

Ona görə də, Kremlin Ermənistanı Avropa Birliyinə üzvlük və ya Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi üzrə referendumun keçirilməsinə çağırması qətiyyən təsadüfi xarakter daşımır. Çünki bu tələb əslində, Kremlin rəsmi İrəvanı Ermənistanın geopolitik seçimini rəsmiləşdirməyə məcbur etmək cəhdi kimi görünür. Əgər, Ermənistan Avropa Birliyinə üzvlük qərarı verərsə, Kremlin buna reaksiyasi yalnız siyasi-diplomatik bəyanatlarla məhdudlaşmaz. Əksinə, Avrasiya İqtisadi İttifaqı, KTMT və ikitərəfli Rusiya-Ermənistan münasibətlərinin müxtəlif mexanizmləri vasitəsilə təzyiqin artırılma ehtimalı istisna deyil.

Onu da nəzərə almaq lazımdır ki, Rusiyadan Ermənistana Gürcüstanın örnək göstərilməsi də xüsusi siyasi mesaj xarakteri daşıyır. Kreml rəsmi İrəvana demək istəyir ki, “Qərbə güvənsəniz, sizi də öz maraqları naminə istifadə edib, müəyyən mərhələdən sonra kənara ata bilərlər”. Bu, Kremlin yalnız rəsmi İrəvana deyil, həm də Ermənistan cəmiyyətinə yönəlik xəbərdarlıq mesajıdır. Kreml bununla Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasətinin legitimliyini zəiflətməyə və Ermənistan daxilində Rusiya ilə münasibətlərin pozulmasının mümkün neqativ nəticələri üzərindən qorxu yaratmağa çalışır.

Ancaq Ermənistan üçün indi əsas məsələ artıq Rusiyanın xəbərdarlığının doğru olub-olmaması ilə bağlı deyil. Yəni, hazırda rəsmi İrəvan Kremldən uzaqlaşdıqca, Ermənistan üçün Rusiyanın əvəzinə hansı təhlükəsizlik və iqtisadi mexanizmlərə sığına biləcəyi daha böyük önəm daşıyır. Çünki Rusiya ilə münasibətlərin pozulması, Avropa Birliyinin Ermənistana eyni səviyyədə təhlükəsizlik təminatı verməsi anlamına gəlmir.

Məsələ ondadır ki, Ermənistan Kremldən uzaqlaşdıqca, Cənubi Qafqazda Rusiya və Qərb arasında qarşıdurmanın yeni ağırlıq mərkəzinin yaranma ehtimalı da artır. Bu isə Ermənistanı sadəcə, xarici siyasət seçimi qarşısında deyil, həm də daha böyük geopolitik qarşıdurmanın mərkəzinə çevrilmə təhlükəsi ilə üz-üzə qoya bilər. Bu baxımdan, Kremlin son sərt xəbərdarlıqları onu göstərir ki, Rusiya Ermənistanın Qərbə yaxınlaşma siyasətində israr etməsinə sadəcə, müşahidəçi qalmaq niyyətində deyil. Yəni, əgər, rəsmi İrəvan Avropa Birliyinə doğru siyasi-strateji qərar versə, bu, Rusiya və Ermənistan arasında siyasi-iqtisadi savaşa da çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdən edilən onlayn sifarişlər niyə gecikir? - AÇIQLAMA
Bu gün, 17:26
“Müharibədəki məsələləri açıqlayın… Nəyi gizlədirsiz?”
Bu gün, 17:19
Bu il dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb - RƏSMİ
Bu gün, 17:15
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Bu gün, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Bu gün, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Bu gün, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Bu gün, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Bu gün, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Bu gün, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Bu gün, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Bu gün, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Bu gün, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Bu gün, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Bu gün, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Bu gün, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Bu gün, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Bu gün, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Bu gün, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Bu gün, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Bu gün, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Bu gün, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru