“Mənə qarşı çox haqsızlıqlar oldu”.
Bunu Yenicag.az-a açıqlamasında Xalq artisti Nisə Qasımova “Afaqla Onlar” verilişində deyib.
Müğənni keçmişdə sənət yolunda yaşadığı çətinliklərdən danışıb:
“Konsertlərim, ifalarım montaj edildi, televiziyada nümayiş olunmadı. Qarşımı kəsdilər, yolumu bağladılar. Amma hər şeyə rəğmən sınmadım, əyilmədim”.
Xalq artisti ona olan haqsızlıqların səbəbini də söyləyib:
“Zamanında çox tez sevildim, xalq tərəfindən tez qəbul olundum. İlk sarışın müğənni idim, mənə “alman kuklası” deyirdilər. İlk müğənni idim ki, həm muğam oxuyurdum, həm estrada mahnıları. Qol-qabırğam kəsilə-kəsilə irəlilədim. Amma yenə dik dayandım, çünki bu, mənim stilim, imicim, həyat tərzi və həyatımdır. Alışdım hər şeyə…”









