Bakcell müştəriləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Samsung Galaxy A57 5G (8GB/256GB) modeli xüsusi şərtlərlə təqdim olunur.
Kampaniya müddətində müştərilər Samsung Galaxy A57 5G smartfonunu 24 aylıq hissəli ödəniş şərtləri ilə əldə edə bilərlər. Bu təklif çərçivəsində cihazın gündəlik ödənişi cəmi 1.55 AZN təşkil edir. Bundan əlavə, cihazı 24 aylıq hissəli ödənişlə əldə edən müştərilərə hər ay 2 GB hədiyyə internet təqdim olunur.
Samsung Galaxy A57 5G yüksək performansı və müasir dizaynı ilə gündəlik istifadə üçün bütün zəruri funksiyaları bir araya gətirir.
Abunəçilər 19 avqust tarixinədək Bakcell mağazalarında keçərli olan təklifdən yararlanmaq üçün ən yaxın Bakcell mağazasının ünvanı ilə link vasitəsilə tanış ola bilərlər.
"DİA-AZ"









