ABŞ Prezidenti Donald Tramp onun ünvanına yönələn bir çox təhdid barədə ictimaiyyətə məlumat verilmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Mənə qarşı çoxlu təhdid var. Sizin bilmədiyiniz bir çox təhdidlə üzləşirəm”, - ABŞ Prezidenti deyib.
Tramp iyulun əvvəlində ABŞ Məxfi Xidmətinin və hərbçilərin tövsiyəsi ilə Türkiyəni prezident təyyarəsi deyil, başqa təyyarə ilə gizli şəkildə tərk etməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, həmin vaxt real təhlükə olub:
“Məncə, təhlükə var idi. Bu barədə çox sual vermədim. Düşünürəm ki, uçmalı olduğum təyyarə böyük təhlükə altında idi və hədəf seçilmə ehtimalı daha yüksək idi”.
“The Washington Post” daha əvvəl yazmışdı ki, iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra Tramp əvvəlcə prezident təyyarəsinə minib, lakin bir neçə dəqiqə sonra gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-32A” təyyarəsinə keçirilib.
Nəşrin məlumatına görə, potensial hücum ehtimalını çaşdırmaq məqsədilə həyata keçirilən bu əməliyyat İranla əlaqəli real təhlükə fonunda təşkil olunub.
Bir neçə demokrat senator isə Ağ Ev administrasiyasından əməliyyatın təfərrüatlarını və hansı səbəbdən belə qərar verildiyini açıqlamağı tələb edib.














