Adı son günlər müxtəlif qalmaqallarda hallanan və böyük yeyinti işlərində çəkilən SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən alınması barədə xəbərlər yayılıb.
"DİA-AZ" bildirir ki, bu barədə məlumatı açıqlayan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əslində SOCAR-dakı sıravı işçilərin əksəriyyətinin ürəyincə olan bu xəbəri aşağıdakı kimi paylaşıb:
"Səhər-səhər aldığım məlumatda deyilir ki, SOCAR vitse prezidenti Babək Hüseynov tutduğu vəzifəsindən azad olunub..."
Qeyd edək ki, bu məlumat hələlik rəsmən təsdiq olunmayıb.













