“Gürcüstan Moskva Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıdığı müddətdə Rusiya ilə tamhüquqlu diplomatik münasibətləri bərpa etmək niyyətində deyil”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
“Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanıması faktı mövcud olduğu müddətdə diplomatik münasibətlər bərpa edilməyəcək. Rusiya Federasiyası ilə bağlı məqsədimiz münaqişənin dinc yolla nizamlanmasıdır”, - o bildirib.
Baş nazir vurğulayıb ki, problemin dinc yolla həll edilməsi Gürcüstanın xarici siyasət prioritetlərindən biridir.
İrakli Kobaxidze Rusiyanın Gürcüstan ərazisində işğal cinayəti törətdiyini də sözlərinə əlavə edib.










