Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır .....                     AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək .....                     Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır .....                     Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib .....                     “Elektron Məhkəmə Sistemində problemlər davam edir” .....                     İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu .....                     Kremlin qəzəbi Ermənistana baha başa gəlir: .....                     Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi .....                     Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş .....                     Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib .....                     Alim deputatlarımız .....                     Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub .....                     "Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" .....                     İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər .....                     Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? .....                     Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub .....                     Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır .....                     Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi .....                     "Kristal-F" MTK yarım milyon manat borca düşüb .....                     Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib .....                     Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi .....                     Paşinyan referendumla bağlı hərəkətə keçdi .....                     İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər .....                     Azərbaycanla Ermənistan arasında .....                     800 manata 3 günlük İŞGƏNCƏ! .....                     MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? .....                     “AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” .....                     Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? .....                     Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: .....                     İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? .....                     Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? .....                     Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? .....                     “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək .....                     Gənc müəllimin “qorxmayın” sözünə .....                     İrəvan Moskvanın tələbini rədd etdi .....                     Qafqaz ölkələrinin yeni artım tempi .....                     Ferması dağıdıldı, mal-qarası tələf edildi .....                     Avropanın “demokratiya” PARADOKSU .....                     Ayxan İsrafilov azadlığa buraxıldı .....                     Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb .....                 

Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Tarix: Bu gün, 16:10 | Çap et

Bu yaxınlarda Türkiyənin keçmiş Baş Naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi Gələcək Partiyasını quraraq siyasətdən çəkildiyini elan etdi.

Davudoğlu hazırda 67 yaşındadır və siyasətdə hansısa liderin bu yaşda çəkilməsi nadir hallarda görünür. Ancaq elmlə siyasəti birlikdə aparanlar üçün bu asandır. Çünki onların alternativ yolları var; siyasətdən getdikdən sonra elmlə daha sıx məşğul ola bilirlər. Əvvəlki təcrübə də burada üstün rol oynayır. Buna görə də elmdən siyasətə axın hər zaman güclü olub.

Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da vəziyyət eynidir. Hazırda Azərbaycan parlamentində elmdən siyasətə gələn, hətta hər ikisini birlikdə davam etdirən xeyli sayda deputat var.

Maraqlıdır ki, Milli Məclisin hazırkı çağırış rəhbərliyi tamamilə elm adamlarından formalaşmışdır. Həm spiker, həm də onun 4 müavini professordur. Gəlin? onların kimliyinə və elmi yoluna nəzər salaq.

Milli Məclisin sədri özü elm adamıdır.

Sahibə Qafarova 1981–2020-ci illərdə Bakı Slavyan Universitetində laborant, müəllim, baş müəllim, dosent, professor, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq Əlaqələr üzrə prorektor olub. Xanım spiker bir müddət Bakının mərkəzində fəaliyyət göstərən Qərb Universitetinin (indiki adı Qərbi Kaspi Universitetidir) Qərb dilləri kafedrasının müdiri olub. Filologiya elmləri doktoru, professor olan Sahibə xanım ölkəmizin ingilis dili üzrə əsas mütəxəssislərindən biridir. Parlamentin ikinci şəxsi də elm adamıdır. İxtisasca tarixçi olan Əli Əhmədov fəlsəfə doktoru, professordur. 1 dərsliyin, 50-dən çox elmi əsərin müəllifidir. Onun araşdırma sahəsi əsasən arxiv işi ilə bağlıdır. Əli müəllim sovet hökuməti dövründə bir müddət hətta AMEA-nın Baş Arxiv İdarəsinin müdiri də olub. Daha sonra isə Bakı Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent və kafedra müdiri kimi vəzifələrdə çalışıb.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə ölkənin tanınmış hüquqşünas alimlərindəndir. Ziyafət müəllim hazırda ictimai əsaslarla BDU-nun konstitusiya hüququ kafedrasının müdiridir. Zamanında Azərbaycanın Əsas Qanununu hazırlayan komissiyanın işçi qrupunun üzvlərindən biri olmuş vitse-spiker hüquq elmləri doktoru, professordur.

Milli Məclisin bitərəf deputatları təmsil edən sədr müavini Musa Qasımlı isə ölkənin ən tanınmış tarixçi alimlərindən biridir. Araşdırma sahəsi Amerika və Avropa tarixi olmaqla, tarix elmləri doktoru, professordur. Bakı Dövlət Universitetində uzun elmi-pedaqoji yol keçmiş Musa müəllim 2016–2024-cü illərdə AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru olmuşdur. O, bu institutun ilk və yeganə rəhbəri olmuşdur. 2024-cü ildə Musa Qasımlı vitse-spiker seçildikdən sonra institutun da fəaliyyətinə xitam verilmişdir.

Milli Məclisin sədr müavini Rafael Hüseynov isə filologiya elmləri doktoru, professor, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademikdir. Onun araşdırma sahəsi əsasən Məhsəti Gəncəvinin yaradıcılığı üzərindədir.

Parlamentin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov da yolunu elmdən salanlardandır. Hüquq üzrə fəlsəfə doktoru olduğu bioqrafiyasında qeyd edilsə də, Siyavuş müəllimin elmi yaradıcılığı haqqında heç bir məlumat yoxdur. Qeyd edək ki, Siyavuş Novruzov ölkənin tanınmış hüquqşünaslarından olan Ombudsman Səbinə Əliyevanın həyat yoldaşıdır.

Milli Məclisin İntizam Komissiyasının sədri, həm yaşına, həm də deputatlıq təcrübəsinə görə parlamentin qocamanlarından olan Eldar İbrahimov isə iqtisadi elmlər doktoru, professordur. Elmi fəaliyyət sahəsi kənd təsərrüfatı ilə bağlı olan Eldar müəllim uzun illər həm də Milli Məclisin Aqrar Siyasət Komitəsinə də rəhbərlik edib.

Həm jurnalist, həm siyasətçi olan YAP-çı deputat Vüqar Rəhimzadə eyni zamanda siyasi elmlər doktoru, professordur. O, həmçinin Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiridir. Onun elmi araşdırması əsasən siyasi jurnalistika ilə bağlıdır.

Milli Məclisdə 13 saylı Xəzər ikinci seçki dairəsini təmsil edən deputat Gülşən Paşayeva isə filologiya elmləri namizədi, dosentdir. Beynəlxalq münasibətlər üzrə mütəxəssis olan Gülşən xanımın elmi araşdırma mövzusu dilçilik nəzəriyyəsi üzrədir.

Ölkənin tanınmış politoloqlarından olan, 18 saylı Nərimanov-Nizami seçki dairəsindən seçilmiş deputat Rasim Musabəyov fəlsəfə üzrə fəlsəfə doktorudur. O, dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 150-dən çox kitab, kitabça və elmi məqalənin müəllifidir. Araşdırma sahəsi əsasən siyasi ideologiyalar üzrədir.

Jurnalistikadan parlamentə getmiş tanınmış YAP-çı deputat Hikmət Babaoğlu həm də elm adamıdır. Hikmət müəllim siyasi elmlər doktoru, professor olmaqla yanaşı, eyni zamanda BDU-da və Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Onun araşdırma sahəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolu üzrədir.

Parlamentdə Nərimanov rayonunu təmsil edən Samir Vəliyev hüquq elmləri doktoru, professordur. Keçmiş deputat Əhməd Vəliyevin oğlu olan Samir bəy eyni zamanda atasının təsis etdiyi “Odlar Yurdu” Universitetinin də İdarəetmə Şurasının sədri olaraq faktiki bu ali məktəbin rəhbəridir.

Nəsimi rayonunu təmsil edən deputat Asim Mollazadə isə tibb elmləri doktorudur. Onun araşdırma sahəsi nevrologiya və psixologiya üzrədir.

Milli Məclisin ən yaşlı deputatı da elm adamıdır. 86 yaşlı Ziyad Səmədzadə iqtisad elmləri doktoru, professor, akademikdir. Ziyad müəllimin araşdırma sahəsi isə əmək məhsuldarlığının yüksəldilməsi yolları ilə bağlıdır.

Ziyad Səmədzadə kimi daha bir qocaman deputat Eldar Quliyev də iqtisadi elmlər doktoru, professordur. Azərbaycan Ağsaqqallar Şurasının sədri olan Eldar müəllim Azərbaycan Kooperasiya Universitetinə də rəhbərlik etməklə parlamentdə hazırda yeganə rektor-deputatdır. Onun elmi araşdırması kənd təsərrüfatı məhsullarının topdansatış bazarlarının formalaşdırılması üzrədir.

Milli Məclisdə Sabunçu rayonunu təmsil edən Azər Allahverənov ölkədə QHT sektorunun tanınmış nümayəndəsi olmaqla yanaşı, həm də elm adamıdır. Sosial elmlər üzrə fəlsəfə doktoru olan Azər müəllimin araşdırma sahəsi vətəndaş cəmiyyətində ictimai sektorun rolu mövzusunda olmuşdur.

Parlamentin aktiv qadın deputatlarından Sevinc Fətəliyeva isə filologiya elmləri üzrə fəlsəfə doktorudur. O da spiker Sahibə Qafarova kimi ingilis dili üzrə mütəxəssisdir və xanım spikerlə eyni ali məktəbdə – Bakı Slavyan Universitetində də çalışmışdır. Sevinc xanım hazırda həmin universitetin “İngilis filologiyası” kafedrasının müdiridir.

Milli Məclisin Gəncədən seçilmiş deputatı Naqif Həmzəyev tarix üzrə fəlsəfə doktorudur. Naqif müəllimin elmi araşdırması Yaxın və Orta Şərqin tarixi üzrədir. Əsas araşdırma mövzusu isə İraq türkmanları ilə bağlıdır.

Naqif Həmzəyevlə bərabər Gəncədən seçilmiş digər deputat Pərvin Kərimzadə də tarix üzrə fəlsəfə doktorudur. Deputatlıq fəaliyyəti ilə yanaşı Gəncə Dövlət Universitetinin də prorektoru olan Pərvin xanımın araşdırma sahəsi əsasən Cümhuriyyətin Gəncə dövrüdür.

Milli Məclisdə tibb elmi ilə məşğul olan deputatlardan biri də Musa Quliyevdir. Musa müəllim tibb elmləri üzrə fəlsəfə doktorudur. Parlamentin Sumqayıtdan seçilmiş deputatı Tahir Mirkişili isə iqtisad üzrə fəlsəfə doktorudur.

Bir müddət Milli Məclisin İqtisadi Siyasət Komitəsinə də rəhbərlik etmiş Tahir müəllimin elmi araşdırması Azərbaycanın xarici ticarət siyasəti ilə bağlıdır.

Parlamentə təhsil sektorundan gəlmiş Mehriban Vəliyeva da elmi ad daşıyıcısıdır. Xanım deputat filologiya üzrə fəlsəfə doktorudur.

Sumqayıtdan seçilmiş digər xanım deputat Elnarə Akimova da həmkarı kimi filoloqdur. Filologiya elmləri doktoru, dosent olan xanım Akimovanın elmi fəaliyyəti uşaq ədəbiyyatı ilə bağlıdır.

Yeni seçilməsinə baxmayaraq, Milli Məclisin aktiv deputatlarından olan Rizvan Nəbiyev isə siyasi elmlər doktorudur. Diplomatik tərcüməçi olan və XİN-də idarə rəisi işləmiş Rizvan müəllimin elmi araşdırması Azərbaycan-İrəvan (Azərbaycan-Ermənistan) münaqişəsi ilə bağlıdır.

Deputat seçilməsi ilə böyük təəccüb doğurmuş keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov isə iqtisadi elmlər namizədidir. Uzun illər Hesablama Palatasına və KTN-ə rəhbərlik etmiş Heydər müəllimin sonuncu iş yeri Azərbaycan Dövlət Dəniz Akademiyası olub, o, burada rektor işləmişdir. O, 2 il öncə rektorluğu deputatlığa dəyiərək parlamentə gəlmişdir. Parlamentdə qanunların hazırlanmasında əsas rolu oynayan Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə hüquq elmləri namizədidir.

Aktiv pedaqoji fəaliyyəti ilə bilinən tanınmış YAP-çı deputat Aydın Mirzəzadə isə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. Araşdırma sahəsi Azərbaycanın çoxpartiyalı sisteminin xüsusiyyətləri ilə bağlıdır.

Azərbaycan ictimaiyyətinin iş adamı kimi tanıdığı, Qubadan seçilmiş deputat Əlibala Məhərrəmzadə həm də elmi fəaliyyətlə məşğul olur. O, iqtisadi elmlər doktorudur. Onun əsas araşdırması İlham Əliyevin iqtisadi strategiyası ilə bağlıdır.

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov isə texniki elmlər namizədidir. Onun araşdırma sahəsi yaşıl iqtisadiyyatla bağlıdır. Qərbi Azərbaycan İcmasının sədri olan deputat Əziz Ələkbərli də yolunu elmdən salanlardandır. Filologiya üzrə fəlsəfə doktoru və dosent olan deputat AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiridir. Onun araşdırma sahəsi Qərbi Azərbaycan folkloru ilə bağlıdır.

Uzun illərdir ki, Milli Məclisin Səhiyyə Komitəsinə rəhbərlik edən Əhliman Əmiraslanov isə tibb elmləri doktoru, professor, akademikdir. Ölkənin ən nüfuzlu cərrah-onkoloqlarından olan Əhliman müəllim 1992–2016-cı illərdə Azərbaycan Tibb Universitetinin rektoru olmuşdur. Araşdırma sahəsi onkoloji xəstəliklərin müalicəsi üzrədir.

Parlamentdə əks düşərgə mənsublarına qarşı sərt çıxışları ilə tanınan deputat Bəhruz Məhərrəmov hüquq üzrə fəlsəfə doktorudur. BDU-da pedaqoji fəaliyyətlə məşğul olan deputatın elmi araşdırması Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının ölkəmizdə tətbiqi ilə bağlıdır. 2024-cü il seçkilərində ən maraqlı seçki kampaniyalarından birini aparmış və Neftçaladan həyat yoldaşı Sabir Rüstəmxanlının yerinə deputat seçilmiş Tənzilə Rüstəmxanlı da həmkarından geri qalmayıb. Xanım deputat filologiya üzrə fəlsəfə doktorudur.

Parlamentdə YAP-ın ən tanınmış simalarından olan Elman Nəsirov da məşğul olduğu sahənin elminə bələddir. Elman müəllim siyasi elmlər doktoru, professordur. Araşdırma sahəsi isə əsasən ABŞ-ın ölkəmizlə münasibətləridir.

Parlamentdə poetik çıxışları ilə tanınan keçmiş vitse-spiker, hazırda isə sıravi deputat olan Fəzail İbrahimli isə görkəmli tarixçi alimlərdəndir. Tarix elmləri doktoru, professor olan Fəzail müəllimin araşdırma sahəsi əsasən Cümhuriyyətin parlament tarixi ilə bağlıdır.

Deputatlıqdan daha çox Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin qardaşı olması ilə tanınan Cavanşir Paşazadə isə iqtisad üzrə fəlsəfə doktorudur. Onun elmi araşdırması əsasən kənd təsərrüfatı üzrədir.

Parlamentin Lənkərandan seçilmiş deputatı Fariz İsmayılzadə ADA Universitetinin prorektoru olmaqla yanaşı, həm də fəlsəfə doktorudur. Fariz müəllimin araşdırma sahəsi beynəlxalq münasibətlər sistemi üzrədir.

Parlamentdəki sanballı tarixçilərdən biri də heç şübhəsiz ki, Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərovdur. BDU-da kafedra müdiri olan Anar müəllim tarix elmləri doktoru, professordur. Onun araşdırma sahəsi mənbəşünaslıq üzrədir.

Ölkəmizin ən tanınmış ürək-damar cərrahlarından olan deputat Rəşad Mahmudov həm də tibb elmləri doktorudur. Onun elmi araşdırmaları ürək-damar cərrahiyyəsi üzrədir.

Bir zamanlar Azərbaycan Xalq Cümhuriyyəti barədə fikirləri ilə məşhurlaşmış deputat Vasif Qafarov AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktorudur. Onun elmi araşdırması azərbaycanlılara qarşı soyqırımlarla bağlıdır.

Sosial mövzularda sərt çıxışları ilə məşhur olan qocaman deputat Səyyad Aran isə görkəmli yazıçı-publisist olmaqla yanaşı, həm də filologiya üzrə fəlsəfə doktorudur. Onun elmi araşdırması isə Azərbaycan nəsrində psixologizm üzrədir.

Azərbaycanın tanınmış iqtisadçı ekspertlərindən olan Vüqar Bayramov həm də iqtisad elmləri namizədidir. Deputatın araşdırma mövzusu əsasən sosial-iqtisadi məsələlərlə bağlıdır. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri olan Tahir Rzayev isə tamam fərqli sahə üzrə elmi iş müdafiə edib. Filologiya üzrə fəlsəfə doktoru olan Tahir müəllimin elmi araşdırması Azərbaycandakı ədəbi proseslər üzrədir.

Deputatlıqla yanaşı Azərbaycan Dillər Universitetinin də prorektoru olan xanım deputat Tamam Cəfərova tarix elmləri namizədidir. Elmi araşdırması beynəlxalq münasibətlər tarixi üzrədir.

Xanım deputatlardan Jalə Əliyeva da parlamentin filoloqlarındandır. Ölkəmizin Füzulişünas alimlərindən olan Jalə xanım filologiya elmləri doktoru, professor olmaqla bərabər, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində də dərs deyir.

Milli Məclisin Ekologiya Komitəsinin sədr müavini Fatma Yıldırım isə digər xanım həmkarlarından fərqli olaraq humanitar deyil, texniki sahə üzrə elmi iş müdafiə edib. Fatma xanım fizika-riyaziyyat üzrə elmlər namizədidir. Xanım deputat atasının yolunu davam etdirir; qeyd edək ki, Fatma Yıldırım mərhum fizika elmləri doktoru, professor Vidadi Əliyevin qızıdır. Azərbaycan siyasətinin qocaman fiqurlarından biri, 10 il hökumətdə təmsil olunduqdan sonra

2024-cü ildə yenidən parlamentə qayıtmış Mübariz Qurbanlı da elm adamıdır. Mübariz müəllim tarix üzrə fəlsəfə doktorudur. O, zamanında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olub.

Parlamentin gənc deputatlarından olan, Regional Məsələlər Komitəsinin sədr müavini Nurlan Həsənov hüquq elmləri doktorudur. O, digər həmkarlarından fərqli olaraq elmi adını Azərbaycanda deyil, Almaniyanın Bremen Universitetində qazanıb. Onun araşdırma sahəsi isə Azərbaycanın Avropa İttifaqı ilə münasibətləridir.

Parlamentin nüfuzlu hüquqşünaslarından olan Nizami Səfərov isə hüquq elmləri doktoru elmi dərəcəsinə sahibdir. Tovuzdan mərhum Qənirə Paşayevanın yerinə deputat seçilmiş Nizami Səfərov uzun müddət Milli Məclis Aparatının Qanunvericilik şöbəsinə də rəhbərlik etmişdir. 2000–2015-ci illərdə Azərbaycan Dillər Universitetinin rektoru olmuş və 26 ildir parlamentin Beynəlxalq Münasibətlər Komitəsinə rəhbərlik edən Səməd Seyidov psixologiya elmləri doktoru, professordur. Səməd Seyidovun elmi araşdırması əsasən menecment psixologiyası üzrədir.

Əli Məsimlinin adı Azərbaycan ictimaiyyətinə çoxdan tanıdısıdır. Xalq Cəbhəsi hökumətində iqtisadi bloka rəhbərlik etmiş Əli müəllim iqtisadi elmlər namizədidir. Onun elmi araşdırması aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrədir.

İctimaiyyətin deputatlıqdan başqa biznes fəaliyyəti ilə də tanıdığı Cavanşir Feyziyev həm də elmi fəaliyyətlə məşğul olub. Şəkidən deputat seçilmiş Feyziyev fəlsəfə üzrə fəlsəfə doktorudur. Onun elmi araşdırması etno-siyasi münaqişələr üzrədir.

26 illik deputat fəaliyyəti ilə parlamentin ən stajlılarından olan Bəxtiyar Əliyev isə psixologiya elmləri doktoru, professordur. Ağdamdan deputat seçilmiş Bəxtiyar müəllimin elmi araşdırma sahəsi məhkəmə psixologiyası üzrədir.

Bir müddət Azərbaycan İlahiyyat İnstitutuna rəhbərlik etdikdən sonra rektor kürsüsünü parlamentdəki deputat kreslosuna dəyişdirən Ceyhun Məmmədov Milli Məclisdə yeganə ilahiyyatçıdır. İlahiyyat üzrə fəlsəfə doktoru olan Ceyhun müəllimin elmi araşdırmaları İslam dini üzrə yazılmış elmi əsərlərlə bağlıdır.

Deputat olmamışdan öncə parlament aparatında İqtisadi qanunvericilik şöbəsinin müdir müavini olmuş Rövşən Muradov isə iqtisadi elmlər doktoru, professordur.

Beləliklə, 125 deputatdan ibarət olan parlamentimizdə alim deputatların sayı 55 nəfərdir.

Görəsən, onlar özlərini harada daha faydalı hesab edirlər: siyasətdə, yoxsa elmdə?

Zeynal Əmrəliyev

Gununsesi.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəzərin qumunu daşıyırlar, boğulma təhlükəsi artır - XƏBƏRDARLIQ
Bu gün, 17:08
AYNA informasiya sistemlərinin yenilənməsinə 14 milyon manat xərcləyəcək
Bu gün, 17:04
Elm və Təhsil Nazirliyi bu işlərə 1,5 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 17:02
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib - Zelenski
Bu gün, 16:56
“Elektron Məhkəmə Sistemində problemlər davam edir” – Əkrəm Həsənovdan TƏKLİF
Bu gün, 16:54
İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:47
Kremlin qəzəbi Ermənistana baha başa gəlir: - Rusiya “bütün cəbhə boyu” hücuma keçir
Bu gün, 16:38
Kəmaləddin Heydərov Kənan Aşurova yeni vəzifə verdi - ƏMR
Bu gün, 16:32
Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş - Foto
Bu gün, 16:20
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib - DİQQƏT
Bu gün, 16:15
Alim deputatlarımız -Siyasətlə elmi birləşdirənlər kimlərdir?
Bu gün, 16:10
Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi olub - "Associated Press"
Bu gün, 16:04
"Efirlərdən uzaqlaşdırdılar, yolumu kəsdilər" - Xalq artisti
Bu gün, 16:02
İctimaiyyət qarşısında görünməyən Xameneidən yeni xəbər – “Sağdır, amma...”
Bu gün, 15:56
Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz? - NƏ BAŞ VERİR?
Bu gün, 15:55
Müştərilərin ən çox şikayət etdiyi sığorta şirkətləri Xalq Sığorta və Meqa Sığorta olub - SİYAHI
Bu gün, 15:49
Evlənənlər azalır, qiymət bahalaşır: Şadlıq sarayları bağlanır - RƏY
Bu gün, 15:45
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
Bu gün, 15:38
"Kristal-F" MTK yarım milyon manat borca düşüb - DETALLAR
Bu gün, 15:37
Şamxal Həsənlinin yəhudi əsilli müdiri İslam dini haqqında aşağılayıcı sözlər işlədib – Video
Bu gün, 15:23
Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 15:18
Paşinyan referendumla bağlı hərəkətə keçdi – Sensasiyalı açıqlamalar
Bu gün, 15:12
İcra hakimiyyətləri bu şəkildə ləğv edilə bilər – AÇIQLAMA
Bu gün, 14:48
Azərbaycanla Ermənistan arasında MÜHÜM DANIŞIQLAR
Bu gün, 14:43
800 manata 3 günlük İŞGƏNCƏ! - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 14:36
MİQ-də vakant yerlər niyə əvvəlcədən açıqlanmır? - "Namizədlər aylarla vaxt və pul itirir"
Bu gün, 14:29
“AYB ilə məhkəmədə qalib oldum, amma heç nə qazanmadım” – Şair İlham Qəhrəman
Bu gün, 14:25
Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
Bu gün, 14:20
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı: - “Çoban olmaq istəyirəm”
Bu gün, 14:16
İrəvan Rusiyada məhv edilən 39 min qızılgül​​​​​​​lə bağlı niyə susur? - ŞOK DETALLAR
Bu gün, 14:14
Azərbaycan da "Məkkə sazişi"nə qoşulur? - AKTUAL
Bu gün, 14:07
Tibb Universiteti və UNEC-dən sonra: BDU-da təhsil haqqı azaldılıb? - AÇIQLAMA
Bu gün, 14:04
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək - "...diversifikasiya edəcəyik"
Bu gün, 14:00
Gənc müəllimin “qorxmayın” sözünə Putindən ilginc CAVAB
Bu gün, 13:59
İrəvan Moskvanın tələbini rədd etdi - KİV
Bu gün, 13:26
Qafqaz ölkələrinin yeni artım tempi – Azərbaycanın fərqi isə...
Bu gün, 13:09
Ferması dağıdıldı, mal-qarası tələf edildi - Şirvan Milli Parkında QALMAQAL
Bu gün, 13:02
Avropanın “demokratiya” PARADOKSU - Terrorçular necə “siyasi mühacir”ə çevrildi?
Bu gün, 12:58
Ayxan İsrafilov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:52
Suriyada Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarılıb - SANA
Bu gün, 12:51
Tramp ABŞ-da sursat ehtiyatlarının azalmasına görə Baydeni ittiham edib: - Ukraynaya 300 milyard dollarlıq sursat verilib
Bu gün, 12:50
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...” - Firudin Cəlilov
Bu gün, 12:27
Uitkoffdan Əliyev və Trampa yüksək qiymət: - Sülh necə mümkün oldu...
Bu gün, 12:24
MİDA-da yeni təyinat olub - DOSYE
Bu gün, 12:17
Şirkət üç illik auditor axtarır – 225 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 12:15
Cənubi Qafqazda sülhün əsas şərtləri - Təkcə kabab deyil
Bu gün, 12:11
Tramp İrandan danışıb: - "Mən onların bankiriyəm, pullarına nəzarət edirik..."
Bu gün, 12:08
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - SİYAHI
Bu gün, 12:06
AzTV və Gömrük Komitəsinə sendviç satan şirkət Kino Agentliyi üçün film dublyaj edəcək - MAŞALLAH, ƏLLƏRİNDƏN HƏR İŞ GƏLİR...
Bu gün, 12:04
Həbsdə olan Qaqik Çarukyanın şirkəti 3 milyon dollar vergi ödəməyib
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru